Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Bizans imperiyası süqutunun səbəbləri və onun nəticələri



Yüklə 3,06 Mb.
səhifə209/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   205   206   207   208   209   210   211   212   ...   263
Orta srlr tarixi S D Skazkin

Bizans imperiyası süqutunun səbəbləri və onun nəticələri

Bizans yadelli basqınının zərbələri altında süqut etdi. Ancaq onun işğalı təkcə xarici müdaxilə deyil , daxili səbəblər üzündən də baş vermişdir. Bunların ən başlıcası Bizansın iqtisadi tənəzzülü , hər şeydən əvvəl sənətkarlıq və ticarətin tənəzzülü, kəndlilərin və şəhərdəki əhalinin ağır vəziyəti , Bizans daxilində sinfi mübarizənin və hakim sinif daxildə ziddiyətlərin kəskinləşməsi , sonsuz feodal didişmələri və feodal əyanlarının satqın siyasəti idi. Qərbi Avropa dövlətlərinin öz mənfəətini güdən siyasəti də Bizansı məhv etdi.


Türklərin Bizansı, Balkan yarmadasındakı Slavyan dövlətlərini və başqa dövlətləri işğal etməsi bu ölkədə yaşayan xalqlara və millətərə saysız hesabsız müsibətlər gətirdi. Bu işğal cənub-şərqi Avropa dövlətlərinin sonrakı iqtisadi inkişafını uzun müddət ləngitdi.


Türkiyə ağalığının bərpa olunması ilə bir zamanda Balkan yarmadasının slavyan xalqlarının və başqa xalqların milliətindən asılı olmayaraq o dövrün bütün insanları əziyyət çəkdi.


Türklərin Balkan yarımadasında qəti olaraq möhkəmlənməsi ilə Avropa ölkələri üçün təhlükə yarandı. Həmin təhlükə sonralar bir neçə yüzillik ərzində zəifləmədi. Papalıq və Qərbi Avropa feodalları Bizansa münasibətdə öz uzaq görmə siyasətinin cəzasını çəkməli oldular: Qara dənizə, Yaxın və Uzaq şərqə gedən ən mühüm ticarət yolları türklərin əlinə keçdi ki, bu da Avropanın Şərqlə ticarətinə çox güclü zərbə vurdu.


18-ci fəsil


QƏRBİ AVROPADA KİLSƏ VƏ ONUN TƏŞKİLİ. XALQ TƏRİQƏTÇİLİK HƏRƏKATLARI.


Feodalizm cəmiyyətində xristian dini və kilsənin ictimai rolu

Xristianlıq formalaşmış bir dini məfkurə kimi feodalizm cəmiyyətinin beşiyi başında durmuşdu. Roma imperiyası varlığının son yüz illiklərində bu din, artıq, məzlumların dinindən hakim quldarlar sinfinin əlində zəhmətkeş kütlələri əsarət altında saxlamaq vasitəsinə çevrilmişdi.


Xristian təbliğatı zəhmətkeşlərə mistiklik etiqadı aşılayırdı. Həmin etiqada görə bu dünyada həyata keçməsi baş tutmayan ədalət və xeyirxahlıq, yeni dinin bütün tərəfdarları üçün axirət səltənətində zəfər çalacaqdır. Bütün insanların allah qarşısında bərabər olması barədə uydurma ideya ilə xristianlıq real varlıqda nəzərə çarpan ictimai zidiyyətlər uçurumunu ört-basdır etməyə cəhd göstərirdi. Xristianlıq “cəfakeşlərə və məşəqqətdə olanlara” dini təsəlli verməklə istismar olunanların ictimai etirazını söndürməyə çalışır onlara çəkdikləri əzab müqavilində “axirət dünyası” nda mükafat vəd edirdi. Özünün bu ictimai və ideoloji roluna görə xristianlıq quldarlıq qruluşu dağıldıqdan sonra da yaşadı və feodalizm cəmiyyətində də zəhmətkeşlərin mənəvi əsarət altına salmaq üçün mühüm vasitə olaraq qaldı.


Bu cəmiyyətin hakim sinfi, xristianlığı bütün orta əsrlər boyunca - feodalizm qruluşunun şəraitinə uyğunlaşdırır, hər cür yolla kilsəni iqtisadi, siyasi və ideya baxımından qüvvətləndirməyə çalışırdı. Kilsə və ona xidmət edən ruhanilər feodalizm sisteminin bir hissəsi, onun ən mühüm məfkurə dayağı oldu. Xristian dini –katoliklik orta əsrlərdə Qərbi Avropada hakim məfkurə forması idi. Bu din ictimai, ideya və mədəni həyatın bütün sahələrində hakim vəziyyətdə idi; mənəvi həyatı, elmi, mədəniyyəti, maarifi özünə tabe etmiş, ona öz formasını geyindirmiş və bütün orta əsr dünya görüşü sahələrinin iliyinə işləmişdir.


Feodalizm dövründə din və kilsənin müstəsna dərəcədə böyük rolu onların insan zəkasına son dərəcə güclü təsiri bununla müəyyən olunurdu ki, orta əsr adamının dünya görüşü, başlıca olaraq ilahiyyat dünya görüşü idi. Dini ruh, ictimai mənsubiyyətindən aslı olmayaraq o dövrün bütün insanlarının təsəvvürünə hopmuşdu.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin