Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Orta əsr təriqətlərinin ictimai mahiyyəti və başlıca ideyaları



Yüklə 3,06 Mb.
səhifə217/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   213   214   215   216   217   218   219   220   ...   263
Orta srlr tarixi S D Skazkin

Orta əsr təriqətlərinin ictimai mahiyyəti və başlıca ideyaları:

Orta əsr təriqətlərinin öz ictimai istiqamətlərinə görə iki əsas tipə- burger və kəndli-plebey təriqətlərinə bölmək olar. Burker təriqəti şəhər iqtisadiyyatının inkişafına mane olan feodal buxolarına və feodalizm cəmiyyətinin burgerləri sıxışdırmasına qarşı şəhərlilərin etiraz ifadəsi idi. Bu isyiqaməti Engels “orta əsrlərin rəsmi təriqəti” adlandırırdı. XII-XIII əsrlərin təriqətçilik hərəkatlarının çoxu məhz bu istiqamətə mənsub idi. Bu cür təriqətlərin tələbləri ruhanilərin xüsusi vəziyyətdə olmasının, papalığın siyasi iddialarının kilsənin topaq sərvətlərinin ləğv olunmasını nəzərdə tuturdu. Onlar dini mərasimlərin sadələşdirilməsinə və ucuzlaşdırılmasına, ruhanilərin mənəvi simasının yaxşılaşdırılmasına çalışırdılar. Bu təriqətlərin idealı ərkən xristian “apostol” kilsəsi-sadə, “ucuz” və “saf” kilsə idi. Bu tipdən olan təriqətlər ancaq “kilsə feodalizmi” nə qarşı çıxır və bütövlükdə feodalizm quruluşunun əsaslarına toxunmurdular.


Buna görə də, bəzən burger təriqətlərindən öz mənafeyinə (kilsə əmlakını musadirə etmək və ya papalığın siyasi nüfuzunu məhdudlaşdırmaq üçün) istifadə etməyə çalışan bütöv feodal qrupları onlara qoşulurdular. Cənbi Fransada Albi (Albiqoy), Çexiyada qusçu muharibələri dövründə, İngiltərədə Vinklifin zamanında belə olmuşdu.


Kəndli-plebey qəriqətləri daha qəti xarakterikə malik idilər. Bu təriqətlər şəhər və kəndin məzlum aşağı kütlələrinin yalnız kilsə və ruhaniçilərə qarşı deyil, həm də feodallara, varlı tacirlərə və şəhər patrisiatına qarşı düşmən munasibətini əks etdirirdi. Burger təriqətinin bütün tələblərinə şərik olan kəndli-plebey təriqəti, bundan əlavə, insanlar arasında bərabərlik tələb dirdi. Allah qarşısında hamının bərabaər olmasından vətəndaşlıq bərabərliyi nəticəsi çıxarılır, bununlada silki fərqlər inkar edilirdi. Kəndli-plebey təriqətləri, bir qayda olaraq,


həmçinin təhkimçilik hüququnun və biyarın ləğvini tələb edir, ayrı-ayrı ifrat təriqətlər isə əmlak bərabərliyinə və əmlak ümumiliyinə çağırırdılar.

XIV-XV əsrlərdə ən radikal (qəti) kəndli-plebey təriqətləri,çox hallarda, xalq üsyanları ilə çulğaşırdı (apostol qardaşları, lolladlar, taborçular və b.) Bununla bele bütün orta əsrlər boyunca ele təriqətlər də olmuşdur ki, bu təriqətlərdə həmin iki istiqamətin ünsürləri aydın surətdə bir-birindən fərqlənmirdi


Orta əsr təriqəti təlimlərinin ehkamları kifayət qədər rəngarən idi. Lakin əsas ideyalar və müddəalar bir çox təiqətlər üçün ümumi idi. Bunların sırasında,hər şeydən əvvəl, papa da daxil olmaqla bütün dərəcələrdən olan katolik keşişlərinə qarşı kəskin tənqidi munasibət aiddir. Bu cəhət hansı ictimai təbəqəyə mənsub olmağından aslı olmayaraq bütün təriqətlər və onların bütün üzvləri üçün səciyyəvi idi. Ruhaniləri tənqid etməyin əsas bundan ibarət idi ki,keşişlərin real əxlaqi Bibliya keşişərinin ideal obrazı ilə muqayisə olunur, onları sözləri və vəzləri ilə gündəlik təcrübə tutuşdurulurdu. Təriqətçilərin əksəriyyəti, habelə indulgensiyaya, Bibliyaya and içilməsinin tələb olunmasına, “Xristə qovuşma”nın dünyəvi adamlar və ruhanilər üçün fərqli olmasına kəskin hücumlar edirdilər. Bir çox təriqətlərə mənsub bidətçilər kilsəni “Babil fahişəsi” , şeytan əməli, papanı isə onun canişini, antixrist adlandırırdılar. Bu zaman təriqətçilərin bəzi, nisbətən mulayim (mötədil) hissəsi özlərini əsl katolik hesab edir, kilsənin düzəldilməsinə kömək etməyə çalışdıqlarını göstərirdilər. Təriqətçilərin bundan heç də az olmayan digər hisssəsi, aşgar surətdə katolik kilsəsi ilə əlaqəni kəsdilər, pz dini təşkilatlarını yaratdılar (katarlar, valdnslər, apostol qardaşları, taborçular); bunların içərisində ən ardıcılları (xüsusilə apostol qardaşları,XVI əsr lollardları) isə özlərinin katolik kilsəsinə olan düşmən munasibətlərini bütün feodalizm ictimai qruluşuna id edirdilər.


Təriqətçi təlimlərin böyük əksəriyyəti üçün səciyyəvi olan cəhətlərdən biri də, həmçinin bu idi ku, onlar İncilə riayət etməyə çalışır, “kilsə ataları”nın yazılarının, kilsə məclislərinin (sobaların) qərarlarının, papa fərmanlarının (bullarının) və s.-nın əksinə olaraq ,onun – İncili yeganə etiqad mənbəyi kimi qəbl olmasını tələb edirdilər. Bunu onunla izah etmək olar ki, bütün xristian ədəbiyyatından ancaq İncil erkən xristianlığın üsyankar – demokratik ideyalarının bəzi qalıqlarını saxlamışdır. Elə bunlar da bir çox təriqətçi təlimlər üçün əsas oldu. Təriqətçilər içərisində İncildən götürülmüş ən kütləvi ideyalardan biri “apostol yoxsulluğu” ideyası idi. Bu ideya cəmiyyətin müxtəlif təbəqlərinə mənsub olan adamlar içərisində rəğbətlə qarşılanırdı. “Apostol yoxsulları”nın bir çoxu öz əmlaklarını satmış və ya paylamışdılar; özləri isə zahidlik edirdilər. Lakin müxtəlif ictimai qruplardan olan təriqətçilər yoxsulluq idealını müxtəlif cür başa düşürdülər. Hakim sinfin nümayəndələri bunu kilsənin siyasi rolunu zəiflətmək üçün bir vasitə və kilsə sərvəti hesabına varlanmaq üçün bir fürsət hesab edirdilər; burgerlər isə bunda “ucuz”, dini icma üzvlərindən böyük vəsait tələb etməyən bir kilsə yaratmaq yolunu görürdülər. Geniş xalq kütlələrinin isə yoxsulluq idealına münasibəti ziddiyyətli idi. Bir tərəfdən, hamını allah qarşısında bərabər tutan, sadə yoxsul adamların ləyaqətinin bərqərar edən yoxsulluq ideyası onların içərisində fövqəladə dərəcədə kütləvi idi, digər tərəfdən, bu ideya onlara ağır vəziyyətdən çıxış yolu göstərirdi. Buna görə də kəndli-plebey təriqətlərinin iştirakçıları içərisində dərin ictimai dəyişikliklər nəzərdə tutan əmlak ümumiliyi və bərabərliyi ideaları da yayılmışdı. Yoxsulluq təbliği ilə sıx bağlı olan asketizm (tərki-dünyalıq) idealını böyük əhəmiyyətə malik idi.Engelsin dediyi kimi, o zamanın kəndli-plebey kütlələrinin əmlaksız və hüquqsuz aşağı kütlələri cəmiyyətin qalan hissəsindən ayıran inqilabi asketizmi (tərki-dünyalığı) məzlum kütlələri birləşdirmək vasitəsi və onların şüurunun spesifik forması idi.


Təriqətçilər içərisində zahidlik (mistika) ideyalarının da təsiri vardı. Orta əsr təriqətlərində zahidlik iki əsas formada təzahür edirdi. Bibliya rəvayətləri və peyğəmbərliklərini, o cümlədən Apokalipsisin görünmələrini, istədiklərini kimi izah edən bir çox təriqət başçıları – Kalabriyalı İoaxii, Dolçino və b. Təkcə mövcud qaydaların labud olaraq dəyişməyəcəyini qabaqcadan xəbər verməklə kifayətlənmir, həm də bu çevrilişin baş verəcəyi ən yaxın tarixi də söyləyirdilər. Bu cür peyğəmbərliklər qətiyyətli xarakter daşıyır, təriqətçilərin kəndli-plebey dairələrinin inqilabi əhvali-ruhiyəsinə cavab verirdi.


Bunlar həmin dairələr üçün səciyyəvi olan “minillikçilik” (“millenarizm və ya “xiliazm”) ideyaları ilə-tezliklə ədalətin bərqərar olacağı “minillik səltənət”in, başqa sözlə Yer üzündə “ilahi səltənət”in başlanacağı haqqında ideya ilə bağlı idi. Zahidliklə burger istiqaməti-XIV əsrin alman ilahiyyatçıları olan Ekkart, Tauler və b.-nın təliminə əsaslanan istiqamət isə başqa səciyyə daşıyırdı. Onlar və onların ardıcılları belə hesab edirdilər ki, “ilahi həqiqət” insanın özündədir: buna görə də insan “iradə azadlığına” malikdir və yaradıcılıqda fəal olmalıdır. Onlar üçün panteizm ünsürləri xas idi ki, bu da onları kilsənin lazımsızlığı ideyasına gətirib çıxarırdı. Bununla yanaşı, zahidliyin bu növü insanın öz daxili aləminə qapılması, dini bəcdə gəlmə qarabasma və s. Səciyyəvi idi ki, bu da həmin təlimlərin qətiyətliliyini kəskin surətdə azaldır və onların tərəfdarlarını real həyatdan, mubarizədən uzaqlaşdırırdı.


Orta əsrlərdə təriqətlərin tarixi rolu bundan ibarət idi ki, onlar katolik kilsəsinin nüfuzunu və dinin hökmünü, onun mudafiə etdiyi feodal-kilsə dünya görüşünü sarsıdır, ruhanilərin tamahkarlığı və əxlaqsızlığını açıb göstərir, obyektiv olaraq azadfikirliliyin yayılmasına kömək edirdilər (hərçənd təriqəçilər öz-özlüyündə, daha çox, azadfikirlilik göstərmirdilər; onlar üçün fanatizm və başqa cür düşünənlərə qarşı dözülməzlik xas idi).


Təriqətlər, dini formada da olsa, xalq kütlələrinin antifeodal əhvali-ruhiyyəsini ifadə etdikləri etdikləri üçün bütövlükdə fedalizm quruluşunu da sarsıdırdılar. Lakin, acıq surətdə təzahür edən kəndli-plebey təriqətləri istisna edilməklə, təriqətlərin çoxu, adətən əsaslı ictimai dəyişikliklər etmək, feodal istismarını aradan qaldırmaq barədə açıq tələblər irəli sürmürdülər. Onlar kilsə ehkamlarında və ya kilsə təşkilatında az-çox qəti dəyişiklər olunması təbliğ etməklə kifayətlənirdilər. Bu təriqətlər “pis” kilsəyə və “yalan” etiqada –“yaxşı” kilsə və “əsl” etiqadı qarşı qoyurdular. Bununlada təriqətlər, çox hallarda, xalq kütlələrini xəyali uydurmalar aləminə çəkib aparır, onların diqqətini real vəzifələrin həllindən yayındırırdılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin