Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə220/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   216   217   218   219   220   221   222   223   ...   263
Orta srlr tarixi S D Skazkin

Dilənci cəmiyyətləri

Kilsə təriqətçilik hərəkatlarını daxildən də dağıtmağa çalışırdı. Bu məqsədlə də o bəzi təriqətləri açıq fəaliyyətə keçirdi; onların fəaliyyətini özünə lazım olan istiqamətə yönəltdi və bu təriqətləri, tədriclə adi rahib cəmiyyətlərinə döndərdi. Jeremit, qumiliat cəmiyyətləri və bəzi başqa ordenlər məhz bu cür meydana gəldi. Təriqətçilər içərisində tərki-dünyalıq və yoxsulluq ideyalrının çox məşhur olduğunu, habelə azad surətdə vəz etmə təcrübəsi mövcud olduğunu görən papalıq yeni rahiblik forması tətbiq etdi-dilənçi rahiblər –moizəçilər cəmiyyətləri yaratdı. Papalıq bu cəmiyyətlərin köməyi ilə kütlələr içərisində təriqətçilik ideyalarının təsirini qarşısını almağa, dindarları kilsə qoynunda saxlamağa çalışırdılar.


Bu cəmiyyətlərdən birincisi-fransiskçilər cəmiyyəti kilsənin xalq içərisində məşhur olan yoxsulluq təbliğindən məharətlə istifadə etməsi nəticəsində meydana gəldi. Xalq içərisində yoxsulluğu italyan Assizli Fransiks (1182-1226) təbliğ edirdi. O, varlı oğlu idi; valdaçıların təsiri ilə tərki-dünyalığa qapılmışdı. Assizli Fransisk İtaliyanı gəzib dolaşır, xalqı mülkiyyətdən əl çəkməyə və tövbə etməyə çağırırdı. O, öz ardıcıllarından (“minorlarından”- balaca qardaşlarından) sadə xasiyyətlilik və faydalı əməklə məşğul olağı tələb edirdi. Lakin Fransisk kəskin surətdə kilsəyə qarşı çıxmırdı. O, barışdırıcılıq və itaətçilik təbliğ edirdi. Məsələn , Fransisk rahibliyi tənqid etcə də, onu bütövlükdə, inkar etmirdi; o rahibləri ancaq monastr həyatından imtina eməyə bə sədəqə yaşayan gəzərgi moizəçilərə çevrilməyə çağırırdı. Papalıq Fransiskin nisbətən mülayim olan bu mövqeyinden istifadə etdi və xalq kütlələrinin narazılığını öz nəzarəti altına salmağa çalışaraq 1210-cu ildə fransiskçilər (minorlar) adlı rahib cəmiyyəti yaratdı; Fransiskin özünü isə, sonralar, övliyalar(müqəddəslər) sırasına daxil etdi. Fransiskçilər cəmiyyəti, tədriclə, özünün ilkin yoxsulluq və tərki-dünyalıq ideallarından uzaqlaşdı. Minorlar, öz məşhurluqlarından istifadə edərək, az vaxt içərisində ən varlı rahib cəmiyyətlərindən birinə çevrildilər; onların monastrlarından (XIII əsrin ortalarında nu monastrların sayı 1100-ə çatırdı) bir çoxu görkəmli siyasi rol oynamağa başladı. Minorlar cəmiyyəti sərt intizam və iyerarxiya prinsipi əsasında yenidən təşkil olundu;bütün Avropa ərazisi “provinsial”lar tərfindən idarə olunan “provinsiya”lara bölündü ; cəmiyyətə (ordenə) papanın təyin etdiyi “general” başçılıx edirdi. Xalq təriqətlərinə qarşı mübarizə cəmiyyətin başlıca məqsədi oldu. Geniş dairələrdə fəaliyyət göstərən fransiskçilər bu təriqətlərin nüfuzunu məhdudlaşdırmağa çalışır, tərəddüd edən təriqət üzvlərini öz tərəflərinə çəkirdilər.


Demək olar, fransiskçilərə eyni zamana ispan rahibi – fanatiki Dominik tərəfindən yaradılan dilənçi cəmiyyət, domnikçilər də meydana gəldi (1216). Bu cəmiyyət bilavasitə papaya tabe idi. Domnikçilər moziəçilik sənətinə və sxolastik ilahiyyat mubahisələrinə xüsusi əhəmiyyət verirdilər ki, bu da o zamankı “ziyalılığ”ın əsası idi. “Moizəçi qardaşlarrı” (domnikçiləri belə adlandırırdılar) papanın köməyi ilə tezliklə Avropanın ən iri üniversitetlərinin ilahiyyat kafedralarını ələ keçirdilər. Onların içərisindən o dövrün Böyük Albert, Akvinalı Foma və b. Kimi məşhur ilahiyyatçıları və sxolastları yetişdirdilər. Domnikçilər tezliklə çox böyük nüfuz qazandılar. Onlar bundan papalığın hökmdarlar, şəhərlər, universitetlər və ayrı-ayrı yepiskoplarla munaqişələrində Roma papalarının xeyrinə istifadə edirdilər. Lakin domnikiçilər təriqətçilərə qarşı mübarizəni özlərinin başlıca vəzifəsi hesab edirdilər. Onların bayrağında dişlərində məşəl tutmuş it təsvir olunurdu.


Domnikçilər özlərini “tanrının köpəkləri” adlandırırdılar (cinas: domi-nicani əvəzinə dominu canes) Inkvizisiyaçıların böyük əksəriyyəti domniklərdən ibarət idi. Paris universitetinin domnikçilər tərəfindən başçılıq edilən ilahiyyat fakultəsi (Corbonna) bu və ya digər təlimin ortodoksiyadan (məslək ardıcıllığından) uzaqlaşma dərəcəsini müəyyən edən ali hakim idi.

“Dilənçi cəmiyyətləri”, həmçinin xristianlıq təbliğatı və diplomatik fəaliyyətlə məşğul olmaqla Şərqə doğru katolik ekspansiyasında mühüm vasitə idilər; belə ki, domnikçilər Kiyev yaxınlığında öz monastrlarını yaratmış (1223), Çinə (1272), Yaponiyaya və başqa ,Şərqi Avropa və A siya ölkələrinə soxulmuşdular.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin