XIV əsrdə papalığın tənəzüllü.
Lakin nə təriqəyçilərin amansızcasına təqib olunması, nə inkvizisiya, nə də “dilənçi” cəmiyyətlərinin mahir demoqoqluğu XIV-XV əsrlərdə papalığın tənəzüllünün qarşısını ala bilmədi. Bu feodal Avropası tarixi inkişafının ümumi gedişinin nəticəsi idi. 1302-ci ildə fransa karlı IV Gözəl Filiplə münaqişəyə girən papa VIII Bonifasi məğlubiyyətə uğradı. Papalar “əbədi şəhər”i tərk etməyə və öz iqamətgahlarını Fransa kralıının (kölgəsi” altına-Avinyona köçürməyə məcbur oldular. Papaların 70 ilə yaxın qədər davam edən (1309-1378) “Avinyon əsarəti” illəri başlandı. Bu dövrdə papalıq Fransa mərkəzi hakimiyyətin möhkəmləndirilməsi aləti oldu. Papalar Romya qayıtdıqdan (1378) sonra qırx illik “böyük təfriqə” (“böyük ayrılıq” və ya “böyük sxizma”) başlandı.
Bu zaman papa taxtı üzərində iki, sonra isə üç iddiaçı mübarizə aparırdı. XIV əsrin sonlarına doğru papalıq özünün keçmiş nüfuzu və hakimiyyətini itirdi, özünün teokratiya – dini mütləqiyyət yaratmaq iddialarından həmişəlik əl çəkməyə məcbur oldu.
XIV-XV əsrlərdə papalığın tənəzülü, ilk növbədə, bunun nəticəsi idi ki, bir sıra Avropa ölkələrində milli dövlətlərin təşəkkülü və bununla əlaqədar olaraq milli şüurun (özünüanlamanın) inkişafı kilsə və papalığın feodal Avropasının bir “beynəlmiləl mərkəz”i kimi keçmiş əhəmiyyətini sarsıdırdı: Bununla əlaqədar olaraq dövlət mərkəzləşməsinin getdiyi ölkələrdə papadn asılı olmayan qüvvətli kral hakimiyyəti yaradılması ideyaları getdikcə daha çox yayılırdı. Həmin ölkələrin kralları bu ideyalara arxalanaraq müvəffəqiyyətlə özlərinin Romadan aslılığının daha da azalmasına yönəlmiş siyasət yeridirdilər.
IV Gözəl Filippin bu ruhdakı uğurlu hərəkətlərindən sonra İngiltərə kralı və parlamenti
tərəfindən (1343,1351 və 1353-cü illərdə) və bəzi başqa ölkələrdə papanın kilsə vergiləri ilə
əlaqədar hüququnu məhdudlaşdıran və kral məhkəmələrinin hökmündən papaya şikayət
verilməsini yasaq edən və i. Qerarlar verildi. Almaniyada bu yeni təsəvvürlər əsgi imperiya
iddiaları ilə culaşdı və öz real ifadəsini alman imperatoru IV Ludoviq Babariyanın papalığa
qarşı mübarizəsində tapdı. Qüvvətli, papalığın asılı olamayan dünyəvi hakimiyyət ideyasını
nəzəri baxımından XIV əsrdə özünün “Dünyanın müdafiəsi əsri ilə Padualı Marsili və Jan
Janden, fransız qanunçusu Pjer Dubua Məşhur ingilis sxolastı Uilyam Okkazm, bu fikri böyük
Dante özünün “Mütləqiyyət haqqında” əsərində, bədii formada isə “İlahi komediyada
söyləmişdi. Bəzi təriqətçilik təlimlərində milli kilsə yaradılması və xalq üçün anlaşılan, milli
dildə ibadət olunması tələbi mühüm rol oynayırdı ki, bu da gələcək XVI əsr Reformasiya
ideyalarını qabaqlayırdı.
Dostları ilə paylaş: |