Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə223/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   219   220   221   222   223   224   225   226   ...   263
Orta srlr tarixi S D Skazkin

Kilsə hərəkatı.

Eyni zamanda rəsmi kilsənin öz daxilində də, XIV və XV əsrlərdə, papalığın tam tək hakimiyyətlik iddialarını rədd edən “kilsə hərəkatı” getdikcə daha geniş yayılır. Bu hərəkat papalığın dünyəvi işlərdə dövlət hakimiyyətinə, dini işlərdə isə dünya kilsə soborunun (məclisinin) qərarlarına tabe olmasının zərurriliyini sübut edirdi. “Böyük təriqə”nin başlanması ilə “kilsə hərəkatı” xüsusilə gücləndi. Fransada bu hərakat “Qalliya azadlıqları”nın tələb olunmasına- Fransa kilsəsinə Romaya münasibətdə muxtariyyət verilməsi tələbinə gətirib çıxardı.


Həmin tələb VII Karlın “Burj təntənəli təsdiqnaməsi” (1438) ilə həyata keçirildi. Bu fərmanla Fransada Fransız kilsəsinin-Qalliya kilsəsinin nisbi müstəqilliyi bərqərar edildi və kilsə məclisinin papa qərarlarından üstün olduğu bildirildi. Ali ruhanilərin təyin olunmasında kral hakimiyyətinin xüsusi hüquqlara malik olduğu qəbul edildi, həmçinin ruhanilərin işinə dünyəvi məhkəmədə (Paris parlamentində) baxılması qaydası qoyuldu. Ingiltərədə də buna bənzər hərəkat başlanmışdı. III İnnokenti zamanından müəyyən olunmuş haqq papa kuriyasına getdikcə daha az az hallarda ödənilirdi. 1366-cı ildən isə bu ödəniş qəti olara ləğv edildi.


Kilsənin sarsımış nüfuzunu möhkəmləndirməyə və hər şeydən əvvəl “böyük təfriqə”ni aradan qaldırmağa çalışan “kilsə hərakatı” tərəfdarları yeni dünya məclisi çağrılmasını tələb edirdilər. İmperator Sigizmundun təkidi ilə papa XXIII İohanın çağırdığı kilsə məclisi 1414-cü ildə Konstant şəhərində açıldı və 1418-ci ilin yazına qədər davam etdi. Bu kilsə məclisi təfriqəyə (sxizmaya) son qoymalı, kilsəni islah etməli, təriqətləri məhv etməli idi. Lakin kilsə məclisi bu vəzifələri həyata keçirə bilmədi.


Doğrudur, məclis qərar qəbul etdi ki, dünya kilsə məclisinin qərarları papa üçün məcburidir; bu kilsə məclisi üç papadan birini- XXIII İohanı da papalıqdan çıxardı. Məlum olduki, həmin papa keçmiş dəniz qulduru və qəlp pul kəsən imiş. Lakin papa taxtı üstündə mübarizə davam edirdi.

Kilsə məclisində birlik olmaması üzündən kilsəni islah etmək barədə hər hansı qərar qəbul etmək mümkün olmadı. Lakin bunun əvəzində məclis iştirakçıları Con Biklif və Yan Qus (Hus) təlimini pisləməklə tam yekdillik göstərirdilər. Hüquq və mənəviyyat normalarının ziddinə olaraq müdafiə hüququndan məhrum edilmiş Qua 1415-ci ildə yandırıldı. Bir sıra sonrakı kilsə məclisləri-1213cü il Paviya kilsəsi, 1421-1449-cu illər bazel kilsəsi və Bazel kilsəsinə qarşı papa IV Jevgeni tərəfindən 1438 ildə Ferrara-Florensiyada çağırılmış və 1445-ci ildə Romada başa çatdırılmış məclis də sxizma son qoy bilmədi. Sxizma ancaq 1449-cu il Lozanna kilsə məclisində aradan qaldırldı. Bu soborda sonuncu “antipapa” Vfeliks öz iddialarından əl çəkdi və V Nikolay papa kimi tanındı.


1439-cu ildə Ferrara-Florensiya soborunda üzündən mübarizədən sonra qərb və şərq kilsələri arasında ittifaq bağladı.sazişin imzalanmasında Bizans imperatoru və Konstantinopol patriarxı başda olmaqla şərq kilsəsinin nümayəndələri, habelə Kiyev mitropoliti iştirak etdilər. Katolik təbliğatı bu ittifaqı xristian dünyasının birləşdirilməsinin və Bizansın türk təhlükəsindən xilas edilməsinin ən mühüm hadisəsi kimi təsvir edirdi. Lakin bu ittifaq, əslində, zəifləmiş Bizansı və xüsusilə Rus torpaqlarını papanın nüfuzu altında salmağa yönəldilmş ənənəvi papa siyasəti üçün bir vasitə oldu. Göstərilən ittifaq istər Bizansda istərsə də Rus torpaqlarında həm xalq həmdə ruhanilərin əksəriyyəti tərəfindən rədd olundu. Katolik kilsəsi qeyd olunan ittifaqı ancaq Polşa- Litva ağalığı altında olan Ukrayna və Belorusiya torpaqlarının əhalisinə qəbul etdirə bildi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin