XV ərdə papalığın siyasi iddialarının boşa çıxması.
XV əsrin ikinci yarısında tamamilə aydın oldu ki, papalıq özünün teokratiya iddiaları ilə ayrı-ayrı dövlətlərin gələcək inkişafı yolunda maneədir. Bu dövrün qabaqcıl mütəffəkirləri xüsuilə humanistlər, yeni mütərəqqi məfkurə nümayəndələri tənqid silahını getdikcə tez-tez papalığa, o cümlədən onun teokratiya iddialarına qarşı çevirirdilər. XV əsrdə “Konstantinova bəxşişi “ və “Yalançı İsidor dekretləri”nin – papalığın siyasi iddiaları üçün əsas olan səsnədlərin həqiqiliyi şübhə altına alındı. Özünün beynəlxalq əhəmiyyətini itirən papa hakimiyyəti, siayasi cəhətdən getdikcə yerli knyaz hakimiyyəti xarakteri alıırdı. XV əsrdə papalar Romada və Roma ətrafında öz mülklərini əldə saxlamaq və papa taxtına çox zaman öz qanunsuz oğullarından ibarət olan varislərinin keçməsiini təmin etmək üçün var qüvvələrini sərf etməli olurdular. Papalar öz siyasətlərində bütün vasitələrdən- rüşvətlə ələ almadan, intriqalardan qətllərdən istifadə edirdilər.Papa sarayı (kriyası) bütün Avropada öz Həyasızcasına pulqoparmaları və satqınlığı ilə məşhur idi.
XV əsrin sonlarında qabaqcıl humanizm ideyalarının sürətlə etdiyi şəraitdə papalar ən cəfəng mövhumatı qoruyub saxlamağa və canlandırmağa çalışırdılar. Belə ki, 1484-cü ildə cadu və cadugərlik haqqında papa fərmanı dərc olundu. Həmin fərmanda cadunun mövcudluğu inkarolunmaz həqiqiət elan edildi və bildirildi ki, onun məhv edilməsi hər bir xristianın ən birinci borcudur. Bununla da cadugərləri vəhşicəsinə ovlanmasına, hec bir gunahı olmayan insanların, başlıca olaraq qadınların, kütləvi sürətdə yandırılmasına təkan verilmiş oldu. Məəhz bu zaman inkvizisiya kilsənin və onun müqəddəsləşdirdiyi qruluşun həqiqi və uydurma düşmənlərinə qarşı ən geniş hücuma keçdi.
İnkvizisiya İspaniyada xüsusi əhəmiyyət kəsb etdi burada o “böyük inkvizisiyaçı” Tomas Torkvemada oldu. O bu vəzifədə olduğu 18 il ərzində 9 minə yaxın kütləvi sürətdə yandırılma cəzası təşkil etmişdi ki, bunun da qurbanları təriqətçilər və siyasi rejimin düşmənlərindən ibarət idilər.
Feodalizm qruluşu inkişaf etdikcə katolik kilsəsi Qərbi Avropada getdikcə daha mürtece qüvvəyə çevrilirdi.
Erkən orta əsrlərdə o hələlik bir çox cəhətdən yeni feodal münasibətlərinin və ona uyğun mənəvi mədəniyyətin təşəkkülünə kömək edirdi. Lakin elə o zamanlar da həmin dinin, hər hansı başqa din kimi, mənfi xüsusiyyətləri vardı. Inkişaf etmiş feodalizm dövründə isə bu din zaman keçdikcə, ictimai tərəqqi yolunda-həm ictimai-siyasi, həm də zehni inkişaf sahələrində-daha
böyük əngələ çevrildi. Kilsə feodalları kəndlilərin istismarının hər hansı şəkildə yüngülləşdirilməsinə qarşı xüsusilə inadlı müqavimət göstərirdilər. Biyar və təhkimçilik hamıdan daha çox onların torpaqlarında davam etdi. Yepiskoplar və monastrlar, xüsusilə onların mülklərində olan şəhərlərin azadlıq əldə etməsinə qızğın sürətdə mane olurdular. Papalıq mərkəzləşmiş mili dövlətlərin yaranmasına inadlı müqavimət göstərir, buna qarşı ümumi avropa papa dövləti yaradılması haqqında mürtece xəyali-ideya irəli sürürdülər. Kilsə xalq hərəkatlarını qan içində boğur təriqətləri və feodalizm qruluşunun başqa düşmənlərini amansızcasına təqib edir, iatət göstərməyənlərin hamsını kütləvi sürətdə məhv etməkdən çəkinmirdi; o katolik olmayan xalqalara qarşı talançılıq yürüşlərinin ilhamcısı və təşkilatcısı idi; onlar səfalət və köləlik gətirirdi. Kilsə, nəhayət, bu dövrdə meydana gəlmiş dünyəvi mədəniyyət və ziyalılıq fonunda xüsusilə qaba və cəfəng olan mövhumat və xürafat yayırdı.
Erkən orta əsrlərdə olduğu kimi, bu yüzilliklərdə də ruhanilər içərisindən, o cümlədən öz dövrü üçün qabaqcıl olan, xeyli, böyük filosoflar, elm adamları, siyasi mütəfəkkirlər, təriqət başçıları sıxsa da, kilsə bir cəmiyyət kimi kiçicik bir azadfikirlilik əlamətini belə boğur, biliklərin, dünyəvi təhsil və mədəniyyətin inkişafına mane olurdu. Feodalizm quruluşunu müqəddəsləşdirən kilsə cəmiyyətin irəliyə doğru inkişafıını dayandırmağa çakışırdı.
XV əsrdə, içərilərində, artiq, burjua munasibətləri ünsürlərinin meydana gəlmiş olduğu feodal dünyasının erkən burjua inqilablarına doğru irəlilədiyi bir zamanda katolik kilsəsi öz tarixi ərzində rast gəldiyi ən böyük sarsıntı- Reformasiya ərəfəsində idi.
19-cu fəsil
Dostları ilə paylaş: |