Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XIV-XV əsrlərdə beynəlxalq meydandakı qüvvələr nisbətində dəyişikliklər



Yüklə 3,06 Mb.
səhifə227/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   223   224   225   226   227   228   229   230   ...   263
Orta srlr tarixi S D Skazkin

XIV-XV əsrlərdə beynəlxalq meydandakı qüvvələr nisbətində dəyişikliklər.

XIV-XV əsrlərdə beynəlxalq qüvvələr nisbətində çox mühüm dəyişikliklər baş verdi. Almaniya imperiyası Hohenştaufenlər sulaləsinin hakimiyyəti başa çatdıqdan (1254) və bundan sonra başlanan səltənət fasiləsindən sonra beynəlxalq siyasətdə bir o qədər də mühüm rol oynamırdı. XIII əsrin sonu- XIV əsrin əvvəlinə yaxın papalığın siyasi qüdrəti də zəiflədi. Indi beynəlxalq münasibətlərdə bu zaman üçün ən mərkəzdirilmiş Qərbi Avropa dövlətləri olan İngiltərə, Fransa, Kastiliya, Araqon arasındakı münasibətlər və münaqişələr başlıca yer tuturdu.


Bu dövrün beynəlxalq münaqişələrindən ən böyüyü Fransa ilə İngiltərə arasındaı yüzillik müharibə (1337-1453) idi. Ingiltərə - Fransa münaqişəsinə lap əvvəldən bir Avropa dövlətləri də cəlb edilmiş oldular. Fransanı papa, həmçinin Şotlandiya, Sicilya, K astilya kralları, Flandriya qrafı müdafiə edirdi. Ingiltərənin tərəfində Almaniya imperatoru Babariyalı,Ludoviq, sonralar isə Burqundiya hersoqu, bir sıra Niderland və alman knyazları çıxış edirdilər.


Ən nəhayət Fransanın qələbəsi ilə başa çatmış Yüzillik müharibənin mühüm beynəlxalq nəticələri oldu. Həmin müharibə nəticəsində Fransanın siyasi mərkəzləşməsi başa çatdı və bu vaxtdan etibarən Fransa Avropanın beynəlxalq siyasətində çox mühüm rol oynamağa başladı.


Yüz illik müharibədə hərbi əməliyyatlar aparmağın yeni üsulları və hərbi qüvvələri təşkil etməyin yeni prinsipləri hazırlanmağa başladı ki, bunlar da sonralar geniş yayıldı.


Nizamsız feodal qoşunlarının yerini, xeyli dərəcədə, muzdulu qoşunlar tutdu. Ağır silahlı atlı cəngavər qoşunları əvəzində birinci yerə piyada qoşunlar çıxır; bu qoşunlar əvvəlcə uzaq məsafədəki hədəfi vura bilən böyük oxlarla silahlanırdılar XIV əsrdə artilleriyanın meydana gəlməsi ilə hərbi əməlliyyatlar taktikası da deyişdi. əgər əvvəllər qoşunlar qəsrlərin qalın divarları arxasında özlərini qoruya bilirdisə, artilleriyanın meydana gəlməsi ilə bu taktika, artıq az səmərəli oldu. Çünkü artilleriya üçün qala divarları alınmaz sədd deyildi. Hərbi əməliyyatlar getdikcə daha çox müdafiə müharibəsi deyil, manevr muharibəsi, açıq düzdə döyüş xarakteri aldı. Lakin nəzərə almaq lazımdır ki, hərbi taktikanın odlu silahın, xüsusilə artilleriyanın, meydana gəlməsi ilə əlaqədar olan bu təkamül bir yüzilik ərzində baş vermədi və yüzillik müharibə sona yetdikdən sonra da davam etdi.



  • 2. XII-XV ƏSRLƏRDƏKİ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ QƏRB VƏ CƏNUB SLAVYANLARI ÖLKƏLƏRİNİN ROLU .

Orta əsrlərin lap başlanğıcından etibarən Qərbi və Mərkəzi Avropa xalqları Cənubi, Şərqi və qismən də mərkəzi Avropada geniş ərazilər tutan çoxlu slavyan tayfaları və xalqları ilə saxlayırdılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin