Slavyan xalqlarının alman təcavüzünə qarşı mübarizəsinin beynəlxalq əhəmiyyəti.
Slavyan xalqlarının alman feodallarının təcavüzünə qarşı mübarizəsi böyük əhəmiyyətə malik idi. Bu təcəvüzə müqavimət göstərilməsində Polşa mühüm rol oynayırdı. XII əsrin 60-
ci illəri ərzində Lababoyu və baltiksahili slavyanların torpaqları almanlar tərəfindən ələ keçirildi. Bunun ardınca Qərbi Pomorye Almaniya imperiyasının vassal aslılığını qəbul etməyə məcbur oldu. XIII əsrin 30-cu illərinin ortalarından isə Tevtoi ordeni Pribaltika ərazisindən
Polşaya qarşı təcavüzkarlıq hərəkətlərinə başladı. Bunlar 1237-ci ildə Qılınçlılar (Gordalılar) ordeni ilə birləşdi. Tevtoi ordeni XIV əsrin əvvəlində Qdaisk ilə birlikdə Şərqi Pomoryeni ələ kecirdi.
Almanların Polşanı işğal etmək təhlükəsi knyaz Vladislav Loketekin kiçik və böyük Polşanı vahid dövlət halında birləşdirməsini asanlaşdırdı. 1320-ci ildə o, Krakovda tac qoydu. Lakin Şərqi Pomorye Tevtoi ordenin əlində qaldı. Başqa polyak torpaqları (Sileziya , Mazoviya) da Polşa krallığının tərkibinə daxil olmayaraq Litva ilə yaxınlaşdırdı4 bu zaman bir sıra ukrayna, belorye və rus torpaqları Litvanın tərkibinə daxil idi. Polşa-Litva yaxınlaşması 1385-ci ildə iki dövlət (Polşa-Litva) arasında (Krevo uniyası) ittifaq bağlaması ilə nəticələndi.
1409-cu ildə birləşmiş Polşa-Litva Dövləti Tevtoni ordeni ilə Böyük müharibəyə cəlb olundu,həll edici vuruşma 1410-cu il iyulun 15-də Qrunvald yaxınlığında oldu. Litvanın çıxardığı alayların xeyli hissəsi belorus, Ukrayna və rus döyüşlərindən təşkil olunmuşdu. Polşa qoşunlarının tərkibinə polyaklardan və çexlərdən ibarət olan Silezya alayları daxil idi.
Döyüşün əvvəlində litva atlıları geri çəkilməyə başladı Alman hərbi qvvələri polyak və çex alaylarının üstünə düşdülər, onların içərisinə çaxnaşma saldılar. Lakin mərkəzdə dubai rus smlensk alaylarları hücuma davam gətirdilər. Bu isə polyak hissələrinə çaşqınlıqdan sonra özünü düzəldib həlledici hücuma keçmək imkanı verdi. Döyüş Tevton ordeni qoşunlarının tamamilə darmadağın edilməsi ilə başa çatdı. Orden məhv edilməsə də onun qüdrəti sarsıldı. 1411-ci il birinci Torui sülh müqaviləsinə görə orden Pribaltika (Jemaytiya) və Privisleiyeyə (Dobjanski diyarı) olan iddialarından əl çəkdi və böyük məbləğdə təzminat ödəməyi öhdəsinə götürdü. 1466-cı ildə Torun sülhünə görə isə Tevtoi ordeni özünü polşanın vassalı hesab etməyə və Qdanskla birlikdə ,ərqi Pomoryeni, habelə digər qədim polşa torpaqlarını ona qaytarmağa məcbur oldu. Qrunvald vuruşması Şərqdə alman feodal təcavüzünə son qoydu.
Dostları ilə paylaş: |