Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Xalq kütlələrinin mənəvi mədəniyyəti



Yüklə 3,06 Mb.
səhifə236/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   232   233   234   235   236   237   238   239   ...   263
Orta srlr tarixi S D Skazkin

Xalq kütlələrinin mənəvi mədəniyyəti.

Kilsənin mədəniyyət və məfkurə sahəsində qələbəsi kəskin mübarizə prosesində möhkəmləndi. Hakim feodal- kilsə mədəniyyətinə qarşı xalq mədəniyyəti-dünyanın xalq kütlələri tərəfindən dərk olunması və onların bədii yaradıcılığı dururdu.


Xalq mədəniyyətinin mədəniyyətinin kökləri feodalizmdən əvvəlki əski dövrlərdən başlandı. Bu mədəniyyət barbar mədəni irsi ilə keltlər, qədim almanlar, slavyanlar və başqa barbar xalqalarının bütpərəslik dövrü əsatirləri, inamları əfsanələri, və bayramları ilə əlaqədar idi. Bütün orta əsrlər boyuncakəndlilər içərisində saxlanılan bu ənənələr də dini hisslər və təsəvvürlərlə, lakin başqa məzhəbə-bütpərəsliyə aid dini hisslər və təsəvvürlərlə aşılanmışdı: bu hisslər və təsəvvürlər üçün kədərli xristian tərki-dünyalığı, xristianlığın canlı təbiətə inamsızlığı yad idi. Sadə insanlar təbiəti ancaq vahiməli qüvvə deyil, həm də maddi nemətlərin və bu dünya sevinclərinin mənbəyi hesab edirdilər. Onların dünyanı dərk etmələrinə sadəlövh realizm xas idi. Sadə xalqın mənəvi həyatında aşkar surətdə kilsə musiqisinə və bütövlükdə hakim sinfin mədəniyyətinə qarşı duran xalq mahnıları, oyunları və şifahi poeziya böyük rol oynayırdı. Müəllifi məlum olmayan xalq yaradıcılığı, folklor formaca fövqalaə dərəcədə rəngarəng idi. Bunlar nağıllardan rəvayətlərdən, müxtəlif lirik mahnılardan – məhəbbət mahnıları- suffə mahnıları və i. a-dan ibarət idi. Bütün bu folklor nümunələrinin kökləri feodalizmdən əvvəlki əski adətlərə gedib çıxırdı.


Bütpərəstlik təsəvvürləri və etiqadlarının qalıqları da, onlarla əlaqədar olan “ata-baba adətləri” kimi, xalq kütlələrinin mənəvi mədəniyyətinə xeyli dərəcədə şərait yaradırdı. Yeni tarixi şəraitdə, özüdə çox vaxt yeni etnos(xalq) əsasları üzərində dirçələn xalq mədəni ənənələri sonralar bütün orta əsr yazılı vədii ədəbiyyatına təsir göstərdi.


Erkən orta əsrlərin xalq yaradıcılığında, hələ mədəniyyətin ictimai baxımdan ayrılmadığı bir zamanda hərbi yürüşlər, döyüşlər və vuruşmalar haqqında, başçıların və qəhramanların rəşadətini mədh edən qəhramanlıq mahnıları və dastanları böyük yer tuturdu. Bəzən hərbi drujinalar içərisində meydana gələn bu mahnılar və dastanları sonralar xalq icraçıları məşhurlaşdırar və xalqın arzularına uyğun olaraq dəyişdirrdilər. xalq dastanları orta əsr Qərbi Avropasının iri spos əsərlərinin ilikin əsası oldu. Xalq əsası özünü tam yetkinliyi ilə İngiltərə, İrlandiya və Skandinaviya ölkələrinin erkən orta əsr eposunda büruzə verdi. Bu ölkələrdə feodallaşma prosessinin ləngiməsi üzündən azad kəndlilər uzun müddət mümüm bir təbəqə kimi qaldılar və bütpərəstlik qalıqları davam etdi. Həmin ölkələrin xalq şeirində kelt və qədim alman əfsanələrinin, rəvayətlərinin izləri yaşamaqda idiş bu əfsanə və rəvayətlərdə xalq bədii təxəyyülünün qüdrəti özünü xüsusilə aydın göstərirdi.

Bu cəhətdən zəiflərin və məzlumların mudafiəçisi qəhraman Kuxulin barəsindəki rəvayətdən ibarət olan İrlandiya saqatalrı çox səciyyəvidir. Skandinaviya eposunun mühüm abidəsi qədim İspaniyada “Böyük Edda”sıdır.


“Böyük Edda” nəğmələr toplusudur. Bu nəğmələrin ən qədimi IX əsrə çıxır. Göstərilən topluda allahlar haqqında əfsanələrdən-allahların buyruqlarının pərdəsi altında gündəlik xalq müdrikliyi verilir və “xalqların köçü” dövrünün ayrı-ayrı hadisələrindən bəhs edən qəhramanlıq nəğmələrindən ibarətdir. Islandiya saqalarında həqiqi tarixi hadisələrdən, məsələn, İslandiyalıların Qrenlandiyanı və Şimali Amerikanı kəşf etmələrindən danışılır.


əfsanəvi qəhrəman Beovulf (“Beovulf” poeması) haqqında anql-saks epos poemasının əsasında şifahi xalq yaradıcılığı durur. Bu poema X əsrin əvvəlində anql-saks dilində yazıya salınmışdır poemada Beovulfun qaniçən nəhəng Qrendelə qarşı mübarizəsi və onun üzərində qələbəsi, başqa igidlikləri tərənnüm olunur.


Xalq kütlələrinin musiqi və bədii yaradıcılığının ifadəçiləri, onu təmsil edənlər mimlər və kistrionlar, XI əsrdən isə Fransada- jonqlyorlar, İspaniyada- xuqlarlar, Almaniyada-şpilmanlar və i. a. adlanırdılar. Onlar bütün Avropanı gəzib-dolaşır, camaat qarşısında tamaşalar göstərib gündəlik çörəklərini çıxarırdılar; xalq mahnıları oxuyurdular, müxtəlif musiqi alətləri çalırdılar, kiçik səhnələr göstərirdilər, özləri isə təlim görmüş heyvaanlar gəzdrirdilər, akrobatika nömrələri və fokslar göstərirdilər. xalqla gündəlik ünsiyyətdə olan bu adamlar asanlıqla xalq təriqətlərini mənimsəyir onları bütün Avropada yayırdılar. Kilsə qəhramanlıq nəğmələrinin ifaçılarına dözümlə yanaşır, lakin xalq oyunları göstərənləri amansızcasına təqib edirdi; belə ki, onları göstərdikləri tamaşalar, çox vaxt, açıq-aşkar əks kilsə səciyyəsinə malik olurdu.


Xalq mədəniyyətini məhv etmək iqtidarında olmayan kilsə onu öz təsiri altına salmağa cəhd göstərirdi: bütpərəstlik bayramları və inamları ilə əlaqədar olan oyunları və nəğmələri kilsə bayramlarına uyğunlaşdırdı; xalq təxəyyülünün müqəddəsləşdirdiyi qədim əsatir qəhramanları bütpərəst allahalarını rəsmi olaraq yerli “müqəddəslər “sırasına daxil etdi. Hətta moizələrə də xalq əfsanələri, nağılları, nəsihətləri, hekayətlərinin ünsürləri daxil edildi. Bunlardan dindarlara öyüd-nəsihət vermək məqsədi ilə istifadə edildi. Lakin xalq yaradıcılığından qismən istifadə etsə də, kilsə onun istər dünyəvi adamlar, istərsədə ruhanilər içərisində təzahürlərinə qarşı daim mübarizə aparırdı. Çünki orta əsrlərin xalq mədəniyyəti öz daxili mahiyyətinə görə həmişə feodal-kilsə məfkurəsinə qarşı kortəbii etiraz ifadəsi idi.


İncəsənət.

Xalq barbar ənənələri erkən orta əsrlərdə, bir çoxcəhətdən, incəsənətin xüsusiyyətini müyyən edirdi. Bu dövrün incəsənəti antiq incəsənət formalarının incəliyi və kamilliyini, onun bir çox qiymətli keyfiyyətlərini itirdi. Heykəltəraşlıq və ümumiyyətlə insanın təsvir olunması tamamilə aradan qalxdı.


Daşişləmə vərdişləri yaddan çıxarıldı. Son antiq dövr ənənələri, o cümlədən daş memarlığı, mozaika sənəti yalnız Cənubi Avropada qaldı. Mərkəzdə və Qərbi Avropanın şimal vilayətlərində isə ağac memarlığı üstün idi. Nadir istisnalar müstəsna olmaqla bu memarlığın nümunələri qalmamışdır.


Barbar zövqü və dünya dyumu, fiziki qüvvəyə pərəstiş, mal dövlət nümayiş etdirilməsi, lakin bununla birlikdə maddi olan şeylə bilavsitə canlı təmas erkən orta əsrlərin incəsənəti üçün bax bunlar səviyyəvi idi. Bu xüsusiyyətlər özünüzərgərlikdə və kitab hazırlanması işində biruzə verdi. Taclara, qınlara, toqqalara, boyunbağılara üzüklərə, bilərziklərə qızıl haşiyə işərisində qiymətli daşlarla və mürəkkəb naxışlara bəzək vurulurdu. Bəzəklər içərisində həndəsi, xüsusilə “heyvan” və bitgi motivləri üstünlük təşkil edirdi. Özünün bütün primitivliklərinə baxmayaraq barbar incəsənəti böyük daxili dinamizmə malik idi. Onun başlıca təsvir vasitəsi rəng idi. Parlaq şeylər barbarların görmə hissinə və dünyanı dərk etmələrinə uyğun olan maddilik duyğuları yaradırdı ki, bu da xristian kilsə tərkidünyalığından idi.


VII əsrdə Qərbi Avropanın xristianlaşmasının başa çatması ilə antropomorfizm incəsənəti dirçəlir. Bu incəsənətin mərkəzində allah və müqəddəslərin insan surətində təsviri dururdu.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin