Kilsənin zehin təhsil üzərində inhisarı.
Cəmiyyətin bütün təbəqələrində dini təsəvvürlərin hökmranlığı bir çox yüzilliklər boyu kilsənin “zehini təhsil üzərində inhisarının” bərqərar olması ilə nəticələndi.
İbtidai təhsil sistemini (məktəblər bu zaman ancaq monastrların nəzdində idilər) özünə tabe edən kilsə təşəkkül etməkdə olan feodalizm cəmiyyətinin bütün mənəvi həyatını öz nəzarəti altına salmışdı. Kilsənin dini diktaturası, sosial baxımdan, kilsənin orta əsr cəmiyyətində mövcud feodalizm qruluşunun ən ümumi sintezi və ən ümumi sanksiyası kimi oynadığı xüsusi rolu ifadə edirdi. Siyasi desentralizasiya zamanı möhkəm təşkilata və formalaşmış nəzəriyyəyə malik olan kilsənin, həm də qüdrətli təbliğat vasitələri vardı.
Mədəniyyət sahəsində kilsə inhisarının bərqərar olması bütün bilik sahələrinin kilsə-feodal məfkurəsinə tabe edilməsinə səbəb oldu.” ...Kilsə ehkamı hər cür təfəkkürün çıxış nöqtəsi və əsası idi. Hüquqşünaslıq, təbiyyatşünaslıq, fəlsəfə bu elmlərin bütün məzmunu kilsə təliminə uyğunlaşdırılırdı”.
Kilsə bütün cəmiyyət adından cıxış etdiyini iddia edirdi. Lakin obyektiv olaraq o hakim sinfin menafeyini ifadə edir və ciddi cəhdlə elə dünya görüş xüsussiyyətləri yayırdı ki, bunlar sosial zidiyyətləri hamarlamağa kömək edirdi. Bu xüsussiyyətlər bütün orta əsr (XIII əsrə qədər) mədəniyyətinə təsir göstərirdi. Kilsə dünyagörüşünün əsasən, müvəqqəti, “günahlı” yer dünyası və insanın maddi təbiəti “o dünyadakı” ədəbi varlığa qarşı qoyurdu. Kilsə axirət səadətinin təmin edən əxlaq idealı kimi itaətkarlıq, tərki-dünyalıq, dini mərasimlərə ciddi surətdə əməl etməyi, ağalara tabe olmağı təbliğ edirdi.
Erkən orta əsrlərdə geniş yayılmış dini himnlər, ibadət pyesləri, müqəddəslər və şəhidlərin həyatı və möcüzəli işlər barədə hekayətlər dinə dərin və səmimi inam bəsləyən orta əsr adamını həyəcana gətirirdi. Müqəddəslərin “tərcümeyi-halları”nda onlara elə xarakterik xüsusiyyətlər verilirdi ki, kilsə həmin xüsusiyyətləri (dözüm,əqidə möhkəmliyi və i. a) dindarlarda tərbiyə etmək istəyirdi. Dindarların beyninə ardıcıl sürətdə inadla belə bir fikir yeridilirdi ki, labüd tale qarşısında insanların çalışıb-vuruşması əbəsdir. Kilsələr real həyat problemlərindən bu cür uzaqlaşdırılırdılar.
Xristianlığın nüfuzunun bu cür artması yazı yayılmadan mümkün deyildi4 yazı dini kitablara əsaslanan xristian ibadəti üçün zəruri idi. Belə kitabların üzü monastrlar nəzdində yaradılmış skriptoriyalarda- yazı emalatxanalarında köcürülürdü.
Vivariya monastrı (Cənubi İtaliya) bunlara nümunə idi. Həmin monastra orta əsrlərin ilk xristian yazıçılarından biri olan Kassiodor (tərq. 480-573) başçılıq edirdi.
Əlyazısı halında olan kitablar (kodekslər) – perqamentdən-xüsusi şəkildə emal olunmuş bir Bibliya hazırlamaq üçün 300-ə yaxın qoyun dərisi lazım olurdu. Onun köçürülməsinə isə iki-üç il vaxt sərf olunurdu. Buna görə də kitab böyük sərvət hesab olunur və az miqdarda hazırlanırdı. Kitabların köçürülməsinin məqsədi Kassiodorun sözlərində yaxşı ifadə olunmuşdur: “Rahiblər şeytanın məkrli hiylələrinə qarşı pero və mürəkkəblə mübarizə aparır və ona nə qədər yara vururlar, onlar nə qədər tanrı sözü köçürürlər”
Skriptoriyalar və monastır məktəbləri o zaman Avropada yeganə təhsil ocaqları idilər.
Onlar kilsənin mənəvi inhisarının möhkəmləndirilməsinə kömək edirdilər.
Dostları ilə paylaş: |