Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə237/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   233   234   235   236   237   238   239   240   ...   263
Orta srlr tarixi S D Skazkin

Katolik oyanışı

VIII əsrin sonu- IX əsrin əvvəlində, Böyük Karl zamanında, Karoliq dövlətində feodal-kilsə mədəniyyətinin müəyyən yüksəliş baş verir. Bu yüksəliş tarixşünaslıqda “Karolinq oyanışı” adını almışdır. Karolinklərin geniş ərazili dövlətini idarə etmək üçün dövlət aparatında müəyyən təhsil hazırlığı olan məmur kadrları və məhkəməhakimləri lazım idi. Böyük Karl bu cür adamları o zaman əhalinin yeganə savadlı təbəqəsi olan ruhanilər içərisində tapa bilərdi; hərçənd ruhanilərin mədəni səviyyəsi yüksək deyildi.


“Elmlər haqqında qanun”a-kapitulyariya (təqr. 787-ci il) görə hər bir monastr və yepiskop kafedrası nəzdində rahiblər və ruhanilər üçün məktəblər açılmalı idi. Dünyəvi adamaların təhsil almasını təşkil etmək üçün də (802-ci il qanunu-kapitulyarisi ilə) cəhd göstərildi. Yeni yaradılmaqda olan məktəblərin təlim proqramı keçmiş kilsə məktəblərinin proqramından demək olar fərqlənmirdi. 813-cü il Şalon kilsə məclisinin qərarında deyildiyi kimi, həmin məktəblər elə adamlar təbiyə etməli idilər ki, “onlar sadə xalq içərisində xüsusi rola malik ola bilsinlər və bu adamların elmin yalnız ayrı-ayrı təriqətlərə qarşı deyil, həm də dəcçalın ( antixristin) hiylələrinə qarşı qoymaq mümkün olsun”


Böyük Karl başqa ölkələrdən də elmli adamlar – İtaliyadan pavel Diakony , İspaniyadan qot Teodulfy, İngiltərədən Alkuini dəvət etmişdi Alkuinin “Karolink oyanışı”nda xüsusilə böyük rol oynamışdı.


İmperator sarayda ədəbi dərnək kimi bir şey təşkil dilmişdi ki, bu da “Saray akademiyası” adını almışdı. Karlın özü və onun çoxsaylı ailə üzvləri, ən görkəmli ruhani və dünyəvi əyanlar, Axendə açılmış saray məktəbinin müəllimləri və şagirdləri bu akademiyanın üzvləri idilər.

Akademiya təkcə kilsə deyil, eyni zamanda antiq müəllifilərin, habelə dərnək üzvlərinin də əsərləri oxunur və ya bibliyadan ləqəb götürmüşdü. Karl “David” Alkuin “Flakk” adlanırdı və s. İtaliyadan Roma müəlliflərinin əsərlərindən ibarət əlyazıları gətirilmişdi.


Bir sıra monastrlarda salnamələr yazılır, əkinçilik texnikasına maraq artıq. Antik dövrə dair əkinçilik texnikasına aid əsərlərin üzü köçürülür, kənd təsərüffatına dair yeni əsərlər (məsələn, Bolafrid Strabonun “Bostanların becərilməsi haqqında kitab” poeması) meydana gəlir. Bizans imperatorlarını yamsılayan Karl Axen, Borms və başqa şəhərlərdə daşdan saraylar və kilsələr tikilməsi barədə ər verdi. Bu tikililər, əsasən, Bizans mmemarlığını təlqid etsə də onlardan çox kiçik idilər.Franklarda inşaat sənətinin kamil inkişaf etməsi üzündən Karl zamanında ucaldılmış tikintilərin, demək olar, hamısı üçüb dağıldı. Dövrümüzə qədər ancaq Axendə bir kapelli qalmışdı.


Böyük Karl tədbirləri Frank dövlətinin mədəni həyatını canlanırdı. Təhsil görmüş adamların dairəsi genişləndi. Kilsə məktəblərinə dünyəvi adamlar da buraxılmağa başlandı. Monastr kitab emalatxanalarında xristian ədəbiyyatı nümunələri ilə yanaşı bir çox Roma müəllifləri əsərlərinin də üzü köcürülməyə başlandı.


IX əsr ərzində bu cür əlyazmalar ehtiyatı xeyli artdı. Bu yüzillikdən bizə qədər gəlib çatmış cildlənmiş qədim əlyazılarının ümumi sayı 7000-dən çoxdur. Hazırda antiq müəlliflərin əsərləri nəşr olunarkən əsaslanılan əlyazılarının böyük əksəriyyəti məhz IX əsrə aiddir. Əlyazılarının zahiri tərtibatı da xeyli yaxşılaşdı. Demək olar, hər yerdə dürüst yazı qaydası-karolink sətri hərflərindən ibarət yazı qaydası tətbiq olund; əlyazıları kiçik rəngli şəkillər (minatürlər) və naxışlı başlıqlara bəzədilirdi.


Karolinq yazıçılarının –Pavel Diakonun, Alkuuinin, imperatorunun tərcümeyi-halından ibarət olan “Böyük Karlın həyatı”nı yazmış Eyniqardın əsərləri orta əsr latın ədəbiyyatının inkişafına töhfə oldu. Iki “zülmət əsri”ndən sonra “Karolinq oyanışı” maarifi, o cümlədən dünyəvi biliklərin xeyrinə olan ideya irəli sürdü. Lakin “Karolink oyanışı”nı mədəniyyətin həqiqi oyanışı hesab etmək olmaz; o bəzi Roma nümunələrinin ancaq zahiri özü də başlıca olaraq forma etibari ilə yamsılanması idi.


“Karolink oyanışı” dövründə kilsə-feodal siyasi ideyaları daha da inkişaf etdi. Hələ erkən orta əsrlərdə kilsə xadimlərinin əsərlərində və qanunvericilik sənədlərində cəmiyyətin silklərə bölünməsinə haqq qazandırılır və bu əbədiləşdirilirdi. Sonralar silklərin əməkdaşlığının zəruriliyi ideyası yayıldı. Bu ideyanı Lan yepiskopu Adalberon (X əsrin sonu-XI əsrin əvvəli) qısaca olaraq ən dəqiq şəkildə belə ifadə etmişdi: bəziləri dua edir, digərləri döyüşür, başqaları işləyir-bu silkin üçü də birgə yaşamalı, ayrılmaq haqqında düşünməməlidir”. Bir sıra əsərlərdə kralın yer üzərində allahın qulluqçusu (miniter dei) olması haqqında müddəəa inkişaf etdirilir və göstərilirdi ki, kral, hətta ədalətsiz olduqda belə təbəələri ona itaət etməlidirlər.


“Katoliq oyanışı”nın mədəni və ictimai sərhədləri məhdud idi. Bu ancaq onunla müəyyən olunurdu ki, həmin mədəniyyət yalnız saray məmurları və yüksək vəzifəli məmurların kiçik bir qrupunun ehtiyaclarına cavab verirdi. “Karolinq oyanışı” dövründə də kilsə- din dünyagörüşü hakim dünyagörüş olaraq qaldı.


“Karolinq oynaışı” Karolinqlər imperiyasının dağılması ilə başa çatdı. Böyük karlın ölümündən sonra, çox keçmədən, bir çox məktəblər bağlandı. 817-ci ildən başlayaraq ruhani adı almağa hazırlaşmayanlar üçün kilsə və monastr məktəblərində təhsil almaq qadağan olundu. IX əsrin, özdövrünün ilahiyyatının inkişaf səviyyəsindən yuxarıda duran yeganə orjinal mütəfəkkiri irlandiyalı İoan Skot Eriugena idi. Yunan dilini yaxşı bilən Eriugena yunan neoplatonçularının əsərlərini öyrənmiş və onları latıncaya çevirmişdi. Onların təsiri ilə Eriugena özünün başlıca əsərində- “Təbiətin narçalanması haqqında”əsərində, rəsmi kilsə nəzəriyyəsinin əksinə olaraq, panteizimə meyl edir. Lakin o belə hesab edirdi ki, din idrak azadlığını sıxışdırmamalıdır. Eriugena ağılın kilsə atalalarının nüfuzundan üstün olduğunu təsdiq edirdi. Sonralar onun əsərləri bidətçi əsərləri kimi pislənildi.

IX əsrin sonuna yaxın Avropa ölkələrinin çoxunda mədinyyət yenidən tənəzzülə başlayır. Bu dövr X-XI əsrin birinci yarısını əhatə edir. Yalnız Almaniyada Saksoniya sulaləsindən –Ottonlardan olan imperatorların sarayında X əsrin sonunda nisbətən feal mədəni həyat vardı: ədəbi fəaliyyət davam edir, tikinti işləri aparılır, əlyazıları köçürülürdü. Bəzi soborların nəzdində məktəblər açılmışdı. Reymisdəki yepiskop məktəblərinin birindən-980-ci ildən başlayaraq “azad sənətləri” rahib alim Herbert-gələcək papa II Silvestr tədris edirdi. O, Avropanı ərəb rəqəmləri ilə, hesab məllərini asanlaşdıran “abak” hesab lövhəsi ilə, astronomiya cihazı üsturlabla tanış etdi. Bütövlükdə “Karolinq oyanışı”kimi “Otton oyanışı” adlanan oyanışın yekunları da, onların bütün məhdudluqlarına baxmayaraq, erkən orta əsr mədəniyyətinin daha geniş və sabit yüksəlişi üçün bünövrə yarada bilməlidir.




1   ...   233   234   235   236   237   238   239   240   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin