Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə245/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   241   242   243   244   245   246   247   248   ...   263
Orta srlr tarixi S D Skazkin

Cəngavər ədəbiyyatı

XI – XII əsrlərdə feodalizm cəmiyyəti silklərinin formalaşmasının başa çatması ilə cəngavərlərin ideologiyası təşəkkül tapır. Bu da öz əksini,o cümlədən cəngavər ədəbiyyatında tapır. Cəngavər ədəbiyyatı cəngavərlərin cəmiyyətdəki imyiyazlı vəziyyətini əsaslandırır, onların yaxşı cəhətlərini – hərbi rəşadətlərini, vicdanlıqlarını , krala və xristian dininə sədaqətlərini məhv edirdi.


Cəngavər ədəbiyyatı dünyəvi xarakter ilə fərqlənirdi və tərki-dünyalıq əxlaqına zidd idi. Öz ideyalarına görə xalq mədəniyyətinə düşmən olan cəngavər ədəbiyyatı,bunula belə,həmin mədəniyyətin müəyyən təsirinə məruz qalmış, xüsusilə qalq süjetlərini əxz etmiş, onları öz ruhuna uyğun olaraq yenidən işləmişdir.


XI əsrdə Fransanın cənubunda ( Langedokda) provans xalq dilində trubadurlara məxsus dünyəvi cəngavər lirik poeziyası meydana gəldi və geniş yayıldı. Engelsin fikrincə, o zaman


cənubi fransız milləti “Avropa inkişafının başında durur”; bu millət “hətta orta əsrlərin ən dərinlikləri içərisində qədim ellinizm parıltısını yaratmışdı”. Bu dünyadakı məhəbbəti pisləyən, kilsə tərki-dünyalığına meydan oxuyan trubadurlar məhəbbəti böyük səadət və xoşbəxtlik kimi tərənnüm edirdilər. Onlar “Gözəl Xanım” ayini yaratmışdılar. Bu ayinə sitayiş edərkən cəngavər “lütfkarlıq” qaydalarına əməl etməli idi. Bu qaydalara görə cəngavərdən əsgəri rəşadətdən başqa cəmiyyətdə özünü aparmaq,söhbəti davam etdirə bilmək,musiqi alətlərində çalıb-oxumaq , ciddi surətdə işlənib hazırlanmış mərasim əsasında qadına qulluq etmək bacarığı tələb olunurdu.

“Lütfkarlıq”, çox vaxt ,zahiri forma idi. Bu forma arxasında kobud feodal əxlaqı gizlənirdi. Lakin bu “Lütfkarlıq” şəxsiyyətin tərbiyə olunmasında mənəvi problemlərə marağın artmaqda olduğunu göstərirdi. Provans poeziyasında məhəbbət himni daim canlı olan təbiətin, doğma diyarın tərənnümü ilə uyğunlaşırdı; bu poeziyada ( sirventlər adlanan şerlərdə) həmçinin siyasi və ictimai problemlər də öz əksini tapırdı. Özü də trubadurların tərkibcə rəngarəngliyi ( iri feodallardan başlamış yoxsul cəngavərlərə və hətta şəhərlilər içərisindən çıxmış adamlara qədər ) müxtəlif ictimai meyllərə səbəb olurdu.Ən məşhur şairlərdən birinin – Bertran de Bornun yaradıcılığı açıq-aşkar xalqa zidd xarakter daşıyırdı. O, sirventlərindən birində yazır: “Xoşdur görmək mənə xalqı – ac, cəfakeş,üşüyən, çılpaq!” Başqa trubadurların əsərlərində biz, əksinə, iri feodallara, xüsusilə Albi (Albiqoy) müharibələrindən sonra qüvvətlənmiş ruhanilərə qarşı hücumlara rast gəlirik.


Bir sirventdə deyilirdi: “Baronlar soyğunçuluqda usatdırlar! Belələri, görürük, özgə buğaları kəsirlər miladda, özlərininki hayıfdır, amma, lazımdır qonaqlıqda”.


Başqa ölkələrdə - Şimali Fransada truberlər, Almaniyada minnezinggerlər (“məhəbbət tərənnümçüləri”) lirik cəngavər poeziyasının yaradıcıları idilər.XII əsrin sonlarına doğru təşəkkül etmiş olan “minnezanqa”ların səciyyəvi xüsusiyyəti onların xalq ənənələri ilə sıx bağlılığı idi.


Cəngavər poeziyasında “le”nin xüsusi yeri vardır. “Le”lər məhəbbət-macara süjetlərinə malik olan mənzum povestlər idilər. “Le”lər, başlıca olaraq, kelt rəvayətləri və əfsanələrindən alınmışdı (“Le” kelt Britaniyasında meydana gəlmişdi). Bunlardan başlıcası britlərin, rəvayətə görə,V-VI əsrlərdə yaşamış britlər kralı Artur və onun dəyirmi masa arxasında toplanmış cəngavərlərinin tarixindən ibarətdir. Bu əfsanələr “breton silsiləsi” adlanan geniş cəngavər mənzum romanları üçün mənbə oldu. Lütfkarlıq romanlarının xüsusi cəngavər ədəbiyyatı janrı kimi inkişafında fransız şairi Kretyen de Trua (XII əsrin ikinci yarısı) böyük rol oynadı. Artur rəvayətlərindən onun romanlarına qəribə ölkələr, danışan heyvanlar,tilsimlənmiş adamlar,əsrarəngiz macəralarla birlikdə kelt əfsanələrinin bədii aləmi daxil oldu. Macəra axtarışları cəngavər romanlarına məxsus süjetlərin əsas xüsusiyyəti idi. Lakin bu romanların ötəri olmayan əhəmiyyəti bunda idi ki, onlar fərdi insan hissləri və münasibətlərinin yeni aləmini açıb göstərirdilər.


Bununla belə, cəngavər romanları kilsə məfkurəsinin təsirini də əks etdirirdi. Bu bütöv bir silsilə romanlarda, guya Xristin çarmıxa çəkilməsi ilə əlaqədar olaraq adı çəkilən “Qraal”ın müqəddəs fincanın cəngavərlərin axtarmaları barədə əfsanələrdən geniş istifadə edilməsində xüsusilə nəzərə çarpır.


Tristan və İzolda haqqında roman geniş yayılmışdı. Bu romanda qəhərəmanlığı dəyişdirən ali və gözəl məhəbbət vəsf olunur. Hartman fon der Aunin “Yoxsul Henrix”(XII əsrin sonu) əsəri özünün demokratiya meylləri ilə fərqlənir. Bu əsər kəndli qızının çuzam xəstəliyinə tutulmuş bir cəngavərə olan təsirli məhəbbəti barədə bədii hekayətdir. Alman cəngavər poeziyasının digər əsərində - Volfram fon Eşenbaxın XIII əsrin əvvəlinə aid “Parsifaal” romanında sadə insan hisslərinin feodal mövhumatına qarşı mübarizəsi təsvir olunur; müəllif rəhmdilliyi və xeyirxahlığı cəngavər rəşadəti və “lütfkarlığından” uca tutur.

Sinfi səciyyəsinə malik olmasına baxmayara, cəngavər ədəbiyyatı orta əsr mədəniyyətinin dünyəviləşməsinə, insan şəxsiyyətinə və onun hisslərinə maraq yaranmasına kömək etdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin