Qəhrəmanlıq dastanı.
Şəhərlərin inkişafı ilə latın dilinin yeganə yazı dili olması aradan qalxır.XII əsrdən Qərbi Avropa ölkələrində milli əbədi dillər təşəkkülə başlayır.
Milli dillərdə olan ədəbiyyatın yayılmasında şəhər kitab emalatxanaları böyük rol oynayırdı.Bu emalatxanalar indi başlıca kitab hazırlanmasımərkəzlərinə çevrilmişdilər və şəhərlərin dünyəvi zövqlərini ödəməyə yönəlmişdillər.
XI – XII əsrlərdə , bu vaxta qədər ancaq şifahi ənənədə yaşayan qəhrəmanlıq dastanı , qəti olaraq , təşəkkül etdi və xalq dillərində yazıya alındı. El sənətkarlarının – dastançıların söylədikləri xalq dastanlarının qəhrəmanları , adətən , öz ölkəsinin və xalqının müdafiəçiləri olan döyüşçülər olurdular. Dastanlarda onların igidliyi , gücü , əsgəri rəşadəti,sədaqəti tərənnüm olunurdu. İdeallaşdırılmış cəngavər surətlərində xalqın arzuları və ədalət, vicdan rəşadət haqqında təsəvvürləri öz ifadəsini tapırdı. Bununla yanaşı feodalizm formalaşdığı şəraitində yazıya alınan qəhrəmanlıq dastanları cəngavər və kilsə təsəvvürlərinin təsirinə məruz qalmaya bilməzdi;dastanların qəhrəmanları , çox vaxt, xristianlığın müdafiəçiləri,öz suzerenlərinin sadiq vassalı kimi təsvir olunurdular.
Fransa qəhrəmanlıq dastanlarının ən mühüm nümunəsi olan “Rolan haqqında nəğmə”də (təqribən.1100-cü il) İspaniya səfərindən qayıdarkən Böyük Karl ordusunun Roland tərəfindən başçılıq edilən arxa dəstəsinin Ronseval dərəsində məhv edilməsi rəvayət olunur. Xalq təsiri, ilk dəfə olaraq, belə qüvvətli şəkildə ifadə olunan vətənpərvərlik mövzusunun qüdrətlə səslənməsindədir.
Roland özünün əsgəri borcunu yalnız krala olan vassalıq sədaqətində deyil, hər şeydən əvvəl, “əziz Fransaya” xidmət etməkdə görür. Rolanda qarşı xain Panelon surəti qoyulurdu. Bu surətin təsvirində feodal özbaşınalığına qarşı xalq ittihamı öz əksini tapır.
XII əsrdə İspaniyada meydana gəlmiş “ Sid haqqında nəğmə”də xalqın qəsbkarlara – mavrlara qarşı uzunsürən vətənpərvərlik mübarizəsi əks olunmuşdur. Poemanın qəhrəmanının timsalında ərəblərin Sid* (cənab) adlandırdıqları Kastiliya feodalı Rodriqo Dias de Vizvar durur.Alman qəhrəmanlıq dastanlarının ən böyük abidəsi “Nibelunqlar haqqında nəğmə”dir (təqribən 1200-cü il). Bu dastanın əsasında barbar basqınları dövrünə aid olan qədim alman rəvayətləri durur. Pomeda feodalizm dünyasındakı adətlərin kədərli, lakin düzgün mənzərəsi nəqş olunmuşdur. Feodalizm cəmiyyəti üçün çox adi hal olan çəkişmələr və qəddarlıqlar xalq ənənələri ruhunda ittiham olunur.
Orta əsr dastanlarının yüksək bədii keyfiyyətlərə malik olan nümunələri, ədalətli olaraq, dünya mədəniyyətinin ən görkəmli abidələri sırasına aid edilir.
Dostları ilə paylaş: |