Təcrübi biliyin inkişafı .Rocer Bekon
Ardıcıl sxolastika təcrübəyə əsaslanan biliyin inkişafına əngəl oldu. Təcrübi elmlər – təbabət, astronomiya, əlkimya tamamilə ilahiyyata tabe edildi. Bu xüsusiyyətlər əlkimyada – maddələr və onların çevrilmələri haqqında orta əsr təlimində özünü xüsusilə parlaq şəkildə biruzə verdi. Əlkimyaçılar möcüzəli “ fəlsəfə daşı”nın köməyi ilə adi (paslanan) metalları qızıla çevirməyə çalışırdılar, bu daşın bütün xəstəlikləri sağaltmaq və ömrü uzatmaq xassəsinə malik oduğunu da göstərirdilər. Əlkimyaçıların ayrı-ayrı təcrübələri bəzi maddələrin xassələrini öyrənməyə kömək etsə də, əlkimya mövhumat və fırıldağın dayağı idi.
Orta əsrlərdə riyaziyyat, fizika, astronomiya və başqa elmlər sahəsində qazanilan nailiyyətlər kilsənin ziddinə olaraq baş vermişdir. Oksford universitetinin professoru , fransiskançı rahib Rocer Bekonun ( təqr.1214-1294) faciəli taleyi bunu sübut edir. O, təcrübi biliyi avtorittlərə pərəstiş olunmasına qarşı qoymuşdu.Onun fikrincə “təcrübələr aparmaq bacarığı bütün biliklərdən və sənətlərdən ucada durur”.
Rocer Bekonun , özünün “Böyük əmək” adlandırdığı əsas əsərini haqlı olaraq o dövrün ensiklopediyası adlandırırdılar.Bekon , təcrübədə yalnız çox sonralar sübut olunmuş bir sıra fərziyyələr söyləyərək göstərirdi ki, “ avarçılar olmadan üzə bilən qurğu yaratmaq mümkündür”; o, heç bir qoşqu ləvazimatı olmadan hərəkət edə bilən arabalar , uçan maşınlar, qurşağı hadisəsinin günəş şüalarının yağış danələrində sinması nəticəsində gəldiyini birinci
olaraq o aydınlaşdırmışdır ; Avropada ilk dəfə barıtın reseptini Bekon tərtib etmiş və onun hərbi iş üçün əhəmiyyətini göstərmişdir. O, fosfor, maqnezium və vismut almaq üsullarını müəyyən etmiş və görünür, buxarın gücünü öyrənməyə cəhd göstərmişdi.
Rocer Bekon elmin azad surətdə inkişaf etməsinin zəruri olduğunu israr edirdi. O deyirdi: “ Ağıl düzgün idarənin bələdçisidir və onu qurtuluşa doğru yönəldir..cahillikdən böyük təhlükə yoxdur... Cahillik zülmətin qovub dağıdan müdrikliyi öyrənməkdən ləyaqətli iş ola bilməz”.
Kilsə Rocer Bekonun əsərlərini lənətlədi. Onun özü isə kilsə məhkəməsinin hökmü ilə 14 ilə qədər həbsdə yatdı.
Dostları ilə paylaş: |