XII-XIII əsrlərdə ərəb-yunan irsi.
XII əsrdə, əvvəlkinə nisbətən antik irsə daha dərin maraq oyanması şəhər mədəniyyəti ilə bağlı idi. Xaç yürüşləri və İspaniyada Rekonkista Qərbi Şərq və Bizans mədəniyyəti ilə tanış etdi. Ərəblərdən azad edilmiş Toledo, artıq XI əsrin sonunda, ərəb və yunan alimləri və filosoflarının əsərlərinin latın dilinə tərcümə olunduğu mərkəzə çevrilir. XII əsrdə digər belə bir mərkəz, XI əsrin sonunda normanların ərəblərdən aldığı Sicilya idi. Burada ərəb elmini saxlamaqla yanaşı yunan dilini də bilirdilər. XIII əsərədə Evklik, Hippokrat, Pitolemey, Arximed və Qalenin əsərləri latın dilinə çevrilmişdi. Avropa, həmçinin ərəblərin təbiyyətşünaslıq elmlərinə dair əsərləri ilə, böyük tacik alimi İbn Sinanın (Avisennanın) fizika, mineralogiya, təbabətə dair əsərləri ilə tanış oldu.
Orta əsr mədəniyyətinin daha da inkişafına ən güclü təsiri Aristotelin təbiət fəlsəfəsinə dair əsərlərinin və onun ərəb şərhçilərinin tərcüməsi göstərdi. Aristotelin şərq davaçılarından biri olanərəb İbn Ruşdun (1126-1196) əsərləri yayılmağa başlayır. O, Qərbi Avropada Averroes adı ilə tanınırdı. Kordovada dərs deyən bu çox böyük alim özünün fəlsəfi sistemini yaratdı.
Onun fəlsəfi sistemi şüurun birinciliyinin qəbul olunmasına əsaslanırdı. Bu da labüd olaraq islam dini ilə toqquşmaya gətirib çıxardı. Averroes Aristotel təlimini materializmə yaxın nöqteyi-nəzərdən izah edirdi. O, axirət dünyası barədə və dünyanı allahın xəlq etməsi haqqında təsəvvürləri inkar edirdi. İbn Rüşd öyrdəirdi ki, materiya əbədi mövcuddur və bütün təbiət hadisələri ilahi qanunla deyil, öz qanunlarına- təbii qanunlara tabedir. Müsəlman ruhaniləri Averroesi Kordovadan qovdular və bütün ərəb İspaniyasında Aristotelin öyrədilməsini yasaq etdilər.
Universitetlər. Sxolastikanın daha da inkişafı
XII-XIII əsrlərdə Qərbdə ali məktəb-universitet (latınca universitas-məcmu, toplu sözündən) təşəkkül etməyə başlayır. Müəllimlərin birliyi (universitas magistrorum) və ya müəllimlərlə tələbələrin birliyi (universitas magistrorum et schalarium) universitet adlanırdı. XIII əsrin əvvəlinə doğru Bolonya, Palermo, Salerno, Paris, Monpelye, Oksford və b. şəhərlərdə universitetlər meydan gəldi.
ən qədim universitetlərdən biri olan Paris universiteti tipik orta əsr universiteti idi. Bu universitet 1200-cü ildə öz hüquqlarının qanunlaşdırılması barədə kral fermanı almışdı. Universitetin tərkibində tələbələr, müəllimlər, həmçinin kitab satıcıları, sürət çıxaranlar, xidmətçilər, aptekçilər və hətta universitetə xidmət göstərən aşxana sahibləri də daxil idilər.
Universitet müəllimləri fakültələr ( latınca fastpltas- qabiliyyət, yəni bu və ya digər fənni öyrətmək qabiliyyəti mənasındadır adlanan xüsusi təşkilatlarda birləşirdilər.
Universitet müəllimləri fakültələr (fasnltas-qabiliyyət,yəni bu və ya digər fənni öyrətmək qabiliyyəti mənasındadır) adlanan xüsusi təşkilatlarda birləşirdilər. Paris universitetində 4 fakültə vardır.Bunlardan biri “ kiçik və ya artistlik” fakültəsi idi.Bu fakültədə tələbələr oxumaq və yazmaq öyrənir,onlara “yeddi azad sənət”tədris olunurdu.Bundan başqa üç böyük fakültə - təbabət,hüqüq və ilahiyyat fakültələri vardı.Bu fakültələrə ancaq kiçik fakültəni -“artistlik” fakültəsini bitirdikdən sonra qəbul olunurdular. Müəllimlər fakültəyə başçı -“dekan” seçirdilər.Orta əsr universitetlərinin tələbələri – “student”( latınca –sthudere- “səylə oxumaq “sözündən) adlanırdılar.Onlarda öz növbəsində təşkilatlarda (“əyalətlər”ə və “millətlərə” görə) birləşirdilər.Paris universitetində 4 “millət” -fransızlar (qalliyalılar), normandiyalılar,pikardiyalılar və ingilislərin nümayəndələrindən ibarət tələbə təşkilatı vardı.Bütün dörd “millət” birlikdə üniversitetin başçısını – rektoru ( rector – hakim) seçirdi.
Universitetlərdə təlim tələbələrin mühazirələri dinləməsi və yazmasından , onların mühazirələrdə iştirakından ibarət idi.Mühazirələr adətən nüfuzlu kilsə xadimləri və bəzi ən çox sevilən antik müəlliflərin əsərlərinin oxunması və şərh olunmasına çevrilirdi.Paris universitetinin nümunəsi əsasında başqa universitetlər də yaradılırdı. XVəsrdə Avropada , artıq
60-dan çox universitet vardı.Kilsə universitetləri özünün tam nəzarəti altına salmağa çalışırdı.Lakin bu kilsəyə heç də həmişə müəssər olmurdu.
Feodalizm cəmiyyətində istehsal və texnikanın istər kənddə,istərsə də şəhərdə ləng inkişafı , təhsilin ümumi səviyyəsinin aşağı olması,və bununla əlaqədar olaraq dini dünyagörüşünün hökmranlığı əsl elmi biliklərin tərəqqisini ləngidirdi.Hətta XIII əsrdə ,özünün çiçəklənmə dövründə belə sxolastika həqiqi mənasında elm deyildi.Onun ən səciyyəvi xüsusiyyəti “avtoritetlər”ə arxalanmağa cəhd göstərməsi idi. Ehkamçılıq və təcrübəyə məhəl qoymaması da buradan doğurdu.Sxolastikanın başlıca məqsədi əvvəlcədən nəzərdə tutulmuş
müddəaları, hər şeydən əvvəl “Müqəddəs yazı”dan götürülmüş müddəaları ,təsdiq etmək üçün tutarlı dəlilər axtarmaqdan ibarət idi.
Sxolastların fəaliyyətinin , hər halda ,orta əsr mədəniyyəti tarixində müəyyən qədər müsbət əhəmiyyəti də olmuşdur: sxolastika formal məntiqin inkişafına şərait yaratmış, Aristotelin məcburi surətdə öyrədilməsinin bütün universitetlərin proqramlarına daxil etmişdi; sxolastlar bəzi mühüm idrak problemlərini,məsələn,universiyalar haqqında məsələni qarşılarına qoymuş və həll etməyə cəhd göstərmişdilər; onlar Qərbi Avropanı qədim yunan və ərəb alimlərininbir çox əsərləri ilə tanış etmişdilər.
Dostları ilə paylaş: |