2. X-XIII ƏSRLƏRDƏ ORTA ƏSR MƏDƏNİYYƏTİ
Şəhərin meydana gəlməsi və onun orta əsr mədəniyyətinin inkişafında rolu.
X-XI əsrlərdə sənət və ticarət mərkəzləri olan şəhərlərin meydana gəlməsi ilə orta əsr mədəniyyəti tarixində yeni mərhələ başlandı. Şəhərlərdə əmtəə isthesalı və qul tədavülünün intensiv inkişafı nəticəsində yazmağı və hesablamağı, sənəd tərtib etməyi və rəsmiləşdirməyi bacaran adamlaraehtiyac durmadan artırdı. Sənətkarlıq istehsalı praktikası təcrubi biliklərə maraq doğurur və bu cür biliklərin toplanmasına kömək edirdi. Şəhərlilərə xas olan həyatı feal dərk etmə, ayıq haqq-hesab, işgüzarlıq ağıla əsaslanan təfəkkür formasının işlənib hazırlanmasına səbəb oldu. Əqli tələbat və maraq dairəsi artdı. Dünyəvi təhsilə meyl gücləndi. Savadlılıq ruhani nümayəndələrinin məhdud dairəsinin hüdudlarından kənara çıxırdı.
Kilsənin zehni təhsil üzərində inhisarı pozuldu. Məfkurə sahəsində kilsə öz hakim vəziyyətini saxlamaqda idi. Lakin, hətta ilahiyyat və fəlsəfənin özünə də katolik məzhəbi ilə bir araya sığmayan ideyalar müdaxilə etməyə başlamışdı. Feodalizm cəmiyyətinin mənəvi həyatında baş vərən, onun inkişafına səbəb olan bu mütərəqqi hadisələrin məcmusu “şəhər mədəniyyəti” kimi qiymətləndirmək olar.
Şəhər mədəniyyətinin kökləri xalq mədəniyyətindən başlanırdı. Ilk şəhərlərin azad əhalisi kəndlilər içərisindən çıxmışdı. XI-XII əsərin əvvəlində istismar olunan kəndlilərin feodalizm əleyhinə mübarizəsinin şəhərlilərin öz feodal senyorlarına qarşı mübarizəsi ilə ümumi cəhətləri çox idi. Şəhər mədəniyyətinin məhz xalq zəmini- inkişafın ilk pilləsində xüsusilə nəzərə çarpan bu zəmin həmin mədəniyyətə mütərəqqi xarakter bəzş edirdi. Sonralar, XIII əsrin inkinci yarısından etibarən, şəhərlərdə ictimai ziddiiyyətlər dərinləşdikcə şəhər mədəniyyəti öz yekcinsliyini itirdi. Bu mədəniyyətdə müxtəlif ictimai meyllər aşkar oldu.
Həmin meyllər bir tərəfdən şəhər yuxarılarının,digər tərəfdən isə orta və yoxsul şəhərli kütləərinin əhvali0ruhiyyəsi və görüşlərini əks etdirirdi.
XI-XIIəsrlərdə mədəniyyət və təhsilin yüksəlişinin mühüm ünsürü şəhər məktəbləri idi. Onlar monastr məktəbləri ilə uğurla rəqabət aparırdılar. Şəhərlərdə yepiskop məktəblərindən başqa, bu və ya digər magistrin (müəllimin) təşəbbüsü ilə xüsusi məktəblər-qeyri kilsə məktəbləri də açılırdı. Həmin müəllimlər öz ətraflarına təkcə ruhanilər içərisindən çıxmış dinləyicilər qrupu toplayırdılar. Təhsil haqqını şagirdlərin özləri ödəyirdilər. maddi cəhətdən kilsədən asılı olmayan belə məktəblər asanlıqla yeni ideyaların mərkəzlərinə çevrilirdirlər. Kilsə bu məktəblərdə şübhə ilə - dünyəvi biliklər və azadfikirlilik ocaqları kimi yanaşırdı.
Məktəb mərkəzləri arasında özünəməxsus ixtisaslaşma gedir. Boloniyada (İtaliya), artıq, XI əsrdə hüquq məktəbləri meydana gəlir. Bu məktəblərin yaranması ilə mənimsəmə deyilən prosesin, yəni Roma hüququ ünsürlərinin mənimsənilməsinin əsası qoyulur. Burada ticarət sövdələrin, müxtəlif pul əməliyyatlarını və bəzən silklər arası münasibətləri də tənzim edən hüquq normalarını öyrənirdilər. Salerno (İtaliya) və Monpelyenin (Fransa) tibb məktəblərində insan bədəninin quruluşu barədə təcrübədən doğan ideyalar meydana gəlir, antiq təbiblər olan Hippokrat və Qalenin əsərləri öyrənilir, ərbəb alimlərinin nailiyyətləri nəzərə alınırdı. Oksfordda (İngiltərə) optika xüsusilə yaxşı tədris olunurdu. Landa (Şimali Fransa) ilahiyyatı, Orleanda antiq poeziyanı,Şartrda “yeddi sənəti” tarix və ədəbiyyatı öyrənirdilər. Şartr məktəblərində Konşlu Gilyom dərs deyirdi.
Onun fəlsəfəsi bəzi kortəbii-materialist meyllərə malik olmaqla, qismən, Epikurun “dünyanın atomlardan ibarət olması” haqqındakı ideyalarını dirçəldirdi. Gilyom təsdiq edirdi ki, ağılla etiqad arasında ziddiyət yarandıqda etiqad güzəştə getməlidir.
Ispaniya məktəbləri riyaziyyat, təbabət, fizika və astronomiyanın tədrisi ahəsində şöhrət qazanmışdılar. Bu məktəblər təbiyyatşünaslıq elmləri sahəsindəki bilikləri ərəblərdən əxz etmişdilər. Nəhayət, tanınmış fəlsəfə mərkəzi Paris idi. Burada Notr-Damdakı kilsə məktəbi ilə yanaşı, Senanın sol sahilində (Latın məhələsi deyilən məhəllədə ) qeyi-kilsə məktəbləri də açılmışdı
Dostları ilə paylaş: |