Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kilsənin antiq irsə münasibəti, Erkən orta əsrlərdə maarif



Yüklə 3,06 Mb.
səhifə235/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   231   232   233   234   235   236   237   238   ...   263
Orta srlr tarixi S D Skazkin

Kilsənin antiq irsə münasibəti, Erkən orta əsrlərdə maarif.

Xristianlıq antik mədəniyyətlə məfkurə mübarizəsində təşəkkül etdi. Xristian ilahiyyatçıları antik fəlsəfəni xüsusi təhlükə hesab edirdilər. “Kilsə ataları”ndan biri-Tertullian (tərq.155-222) bildirdi: “Filosofllar təriqət patriarxlarıdırlar”. Idraka həqarətli münasibət və etiqada birincilik verilməsi o zaman geniş yayılmış olan “cəfəngiyyat olduğu üçün inanıram”-kəlamında öz əksini tapmışdır. VI əəsrdə xristianlığı canla-başla təbliğ edənlərdən biri olan papa I Qriqori “dünyəvi elmə qarşı əsl yürüşün ilhamçısı idi. O, allah vergisi olan “biliksizin biliyi”ni və “savadsızın müdrikliyini”ni “dünyəvi elm”ə qarşı qoyurdu.


Lakin kilsə antiq irsdən özü üçün bəzi şeylər götürməli oldu. Antiq irsin, ayr-ayrı ünsürləri olmadan, hələ Roma imperiyasının süqutundan qabaq meydana gəlmiş xristianlığın özünüdə başa düşmək olmazdı. Erkən orta əsrlərin antik mədəniyyət ənənələri ilə tərbiyə olunmuş bir çox ilahiyyatçıları sözdə antik fəlsəfəni rədd edir, dinin ehkamlarını işləyib hazırlayanda isə son Roma fəlsəfəsindən-neoplatonizmdən geniş istifadə edirdilər (məsələn, Avqustin)


Ayrı-ayrı kilsə xadimlərinin əsələrində, hətta tək tək hallarda antiq mədəniyyətin bəzi ünsürlərindən, əgər bunlar xristian dininin möhkəmləndirilməsinə kömək edirsə, istifadə olunmasının mümkünlüyü fikri də söylənilirdi. V əsrin əvvəllərində Sokrat Sxolast yazırdı: “Düşmənə qarşı onun öz silahını çevirdikdə ona qalib gəlmək qat-qat asan olur. əgər düşmənlərimizin silahına yiyələnməsək biz bunu edə bilmərik; həm də bu zaman bacarıqlı, ehtiyatlı olmalıyıq ki, onların görüşlərinintəsiri altına düşməyək”.


Xristian ideologiyasını anti-q mədəniyyət ənənələri uzlaşdırmaq cəhdi Ostqot krallığının filosofu, şairi, siyasətçisi Boesinin (480-525) fealiyyətində özünü göstərdi.


Onun “Fəlsəfə təskinliyi haqqında” əsərində Ptolemey astronomiyası, Arximed mexanikası, Evklid həndəsəsi, Pifaqor musiqisi, Aristotel məntiqi barədə məlumatlar qalmışdır.


Kilsə ruhanilərin təhsil alması üçün zəruri olan kilsə və monastr məktəbləri təşkil edərkən antik dövr dünyəvi biliklərinin ayrı-ayrı ünsürlərindən kilsənin ehtiyaclarına uyğunlaşdırıb bir yerə toplamaq üçün ilk cəhdi hələ V əsrdə Marsian Kanella göstərmişdi. O, “Filologiya ilə Merkurinin kəbini haqqında” kitabında antiq məktəbdə təhsilin əsasında duran və “yeddi azad sənət” adı ilə məşhur olan fənlərin qısa xülasəsini verdi. VI əsrdə Boesi və Kassiodor bu “yeddi sənəti”iki təhsil pilləsinə ayırdılar: aşağı pillə- trivium adlanan təhsil pilləsi –“kvadrivium” adlanan təhsil pilləsi; həndəsə, hesab astronomiya və musiqi. Bu təsnifat XV yüzilliyə qədər davam etdi. Məktəblərdə sonralar universitetlərdə ritorika Siserondan, dialektika Aristoteldən öyrədilirdi. Hesab və həndəsənin öyrənilməsinin əsasında Pifaqor və Evklidin, astronomiyanın öyrənilməsinin əsasında isə Ptolomeyin əsərləri dururdu. Lakin erkən orta əsrlərdə “yeddi azad sənət”in tədrisi tamamilə ruhanilərin təhsil məqsədlərinə tabe edilmişdi; ruhanilərin nümayəndələrinə isə cuzi məlumat –duaları bilmək, latınca oxumağı bacarmaq, kilsə xidmətləri qaydası ilə tanışlıq hesabdan ən adi məlumata malik olmaq lazım idi. Bu bilik dairəsinin genişlənməsində kilsənin marağı yox idi. Buna görə də kilsə ritorikaya yalnız moizələrin tərtibi, kilsə və dövlət sənədlərinin hazırlanması üçün faydalı bir fənn kimi yanaşırdı; dialektika dedikə o zaman dini ehkamların əsaslandırılmasına xidmət edən sübutlar sistemindən ibarət formal məntiq başa düşülürdü; hesab isə haqq-hesab üçün və qəmləri dini-mistika baxımından yozmaqdan ötrü zəruri olan təcrubi biliklərin məcmusu hesab olunurdu.


Həndəsə məbədlər ucaldılması üçün zəruri olan fiqurlar və cizgilər barədə ən adi coşmağı, astronomiya isə xristian pasxa bayramının başlanması vaxtlarını hesablamaq üsullarını öyrədirdi.


Müqəddəs yazının (dini kitablar: əhdi-ətiq və əhdi-cədid) və “kilsə ataları”nın nüfuzu bütün elmlərdən uca tutulurdu. Bu dövrün Turlu Qriqori, Sevilyalı İsidor, Möhtərəm Beda və b.-rı tərəfindən yazılmış tarix əsərləri kilsə dünya görüşü aşılanmaqda cəmiyyətin mövcud ədalətsiz quruluşa haqq qazandırırdı.


Xristian ehkamında görə kainatı (kosmosu) allah xəlq etmişdir4 o heç nədən yaradılmışdır və allahın müəyyən etdiyi vaxt olacaqdır.


Beleliklə, antiq felsəfənin ən mühüm nailiyyəti- dünyanın əbədiliyi haqqında Aristotel ideyası bir kenara atıldı. Antiq dövrdə Aristotel və Ptolomeyin kainatın qruluşu barədə yaratıqları geosentrizm təlimi də xristian ehkamına uyğunlaşdırıldı. Kainat ümumi mərkəzi olan kurələr sistemi kimi təsəvvür olunurdu; onun mərkəzində hətəkətsiz vəziyyətdə dayanan Yer dururdu. Onun ətrafında Günəş, Ay, beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) dövr edirdi; bundan sonra hərəkətsiz dayanan ulduzlar sahəsi (Zodiak) və büllur səma gəlirdi. Büllur səma ilk hərəkətverici qüvvə ilə eyniləşdirilirdi. Kainatın ən yuxarı mərtəbəsində allah və mələklər yaşayırdı. Dünyanın təsvirinə, həmçinin cəhənnəm və cənnət də daxil idi. Cəhənnəm yerin “günhları” olması rəmzi idi. Cənnətə isə, kilə təliminə görə öldükdən sonra ləyaqətli xristianların ruhu düşürdü.


Coğrafi təsəvvürlər də bundan az xəyali deyildi. Yerin mərkəzi Qüds(Yerusəlim) hesab olunurdu. Şərqdə (xəritlərdə yuxarıda təsvir olunurdu) dağ yerləşirdi. Rəvayətə görə burada bir vaxtlar yerin cənnəti olmuşdur. Və oradan 4 çay- Dəclə, Fərat, Qanq və Nil çayları axmağa başlamışdır.

Kilsə-din dünyagörüşünün hökmranlığı təbiəti və insanın öyrənilməsinə xüsusilə mənfi təsir göstərmişdir. Kilsə təliminə görə allah və onun yaratdığı məxluq- təbiət, o cümlədən insan, bir-birindən ayrılmazdır. Hər bir maddi obyektə məhrəm və ideal dünya rəmzi kimi, allah müdrikliyinin təzahürü kimi baxılırdı. Bu rəmzlərin (simvolların) meydana çıxarılması – “görünən şeylərin görünməz səbəblərinin” göstərilməsi təbiət haqqında elmin mövzusu hesab edilirdi. Kilsənin yaydığı bu cür simvolizm şeylər arasındakı əsl əlaqələrin təcrübə yolu ilə öyrənilməsinə etiraz edilməsinə gətirib çıxarırdı. Bu bütün orta əsr mədəniyyətinə təsir göstəmişdi. Belə hesab olunurdu ki, sözlərin şeylərin təbiətini aydınlaşdırır. VI əsrdə sözlərin əhəmiyyəti və mənşəyinin etimoloji izahı şəklində orta əsrlərin ilk ensiklopediyası – sevilyalı isidorun (560-636) “Etimologiya”sı yazıldı. Bu əsər o dövrdə qrammatika, tarix, coğrafiya, kosmologiya, astropologiya və ilahiyyata dair biliklərin toplusu idi. Sevilyalı İsidor yunan-roma müəlliflərinin əsərlərində geniş istifadə etmişdi. Lakin bu məlumatları o, xristian nəzəriyyəsinə uyğun şəkildə şərh etmişdi. Bu kitab erkən orta əsrlərdə təhsil üçün başlıca mənbə oldu.


Simvolizm bütün orta əsr mədəniyyətinə təsir göstərdi. O dövrdə dünyanın incəsənət və ədəbiyyatda bilavasitə realistcəsinə əks olunması çox vaxt simvollar və alleqoriyalar pərdəsi arxasında baş verirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin