Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Son Roma imperiyası və erkən orta əsrlərdə mədəniyyətin tənəzüllü



Yüklə 3,06 Mb.
səhifə233/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   229   230   231   232   233   234   235   236   ...   263
Orta srlr tarixi S D Skazkin

Son Roma imperiyası və erkən orta əsrlərdə mədəniyyətin tənəzüllü.

Roma imperiyasının və orta əsrlərin başlanğıcı mədəniyyətin ümumi süqutu ilə əlamətdar idi. Barbarlar mədəni həyat mərkəzləri olan bir çox şəhərləri, yolları, suvarma qurğularını, antiq incəsənət abidələrini, kitabxanaları dağıtdılar. Lakin mədəniyyətin müvəqqəti tənəzzülü yalnız bu dağıntılarla deyil, Qərbi Avropanın ictimai-iqtisadi inkişafındakı dərin irəliləyişlərlə- onun aqrarlaşması ilə, iqtisadi, siyasi və mədəni əlaqələrin hər yerdə pozulması ilə, qapalı təsərrüfata keçidlə əlaqədar idi. Bütün bunların nəticəsində o zamankı insanların görüş dairəsi son dərəcə məhdud idi. Onların öz biliklərini genişləndirmələri üçün obyektiv zərurət də yox idi.


Hər yerdə əhalinin çoxluğunu təşkil edən kəndlilər onları əhatə edən təbiətdən gündəlik acılılıqlarını kəskin surətdə hiss edir, onu nəzarət edilməsi mümkün olmayan qorxunc qüvvə sayırdılar. Bu isə hər cür mövhumat, sehrbazlıq, bununla birlikdə isə dini hislərin və əhvali ruhiyənin davalılığı üçün zəmin yaradırdı. Buna görə də “orta əsr dünyagörüşü, başlıca olaraq, ilahiyyat dünyagörüşü idi”.

Antiq mədəniyyətin tənəzzül əlamətləri hələ Roma imperiyasının tənəzzülündən çox əvvəl nəzərə çarpmağa başlanmışdı. Son imperiyanın ədəbiyyatı üçün təqlidçiliyə və nəfis alleqoriya formasına meyl göstərilməsi səciyyəvi idi ki, bu da məzmuna xələl gətirirdi. Fəlsəfə, onunla birlikdə isə elmi biliklərin ruşeymləri də tənəzzül etdi. Antiq filosoflar və yazıçıların bir çox əsərləri yaddan çıxarıldı.


Son antiq cəmiyyətin dərin böhranı xristianlığın rolunun artmasına şərait yaratdı. Bu din IV əsrdə dövlət dininə çevrildi və cəmiyyətin məfkurə həyatına getdikcə daha artıq təsir göstərməyə başladı. V-VI əsrlərdəki barbar işğalları antiq mədəniyyətin daha da tənəzzül etməsinə səbəb oldu. Hələ V əsrdə mövcud olan məktəblər VI əsrdə hər yerdə başlanıldı, savadlılıq nadir hala çevrildi. Klassik latın dilini saysız hesabsız yerli dialektləri olan loru “barbar”latın dili və ya xalq latın dili əvəz etdi. Roma hüququnun tətbiq dairəsi kəkin surətdə məhdudlaşdı bununla yanaşı barbar qanun toplularında qeydə alınmış adərt hüququ da yayılır. Erkən orta əsrlərdən mədəniyyətin tənəzzülü, xeyli dərəcədə, Qərbi Avropada təşəkkül etməkdə olan kilsə-feodal məfkurəsinin xüsusiyyətləri ilə izah olunurdu ki, bu məfkurəni də təmsil edən katolik kilsəsi idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin