Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


V-XV ƏSRLƏRDƏ QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ ORTA ƏSR MƏDƏNİYYƏTİ VƏ İEOLOGİYASI



Yüklə 3,06 Mb.
səhifə232/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   228   229   230   231   232   233   234   235   ...   263
Orta srlr tarixi S D Skazkin

V-XV ƏSRLƏRDƏ QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ ORTA ƏSR MƏDƏNİYYƏTİ VƏ İEOLOGİYASI


§ 1. ERKƏN ORTA ƏSR MƏDƏNİYYƏTİ

Quldarliq quruluşundan feodalizmə keçid Qərbi avropa cəmiyyətinin mənəvi həyatında əsaslı dəyişikliklərlə müşayət olunurdu. Əsasən dünyəvi mədəniyyət olan antik mədəniyyəti orta əsr mədəniyyəti əvəz etdi. Bu mədəniyyət üçün dini görüşlərin ağalığı səciyyəvi idi. Orta əsr mədəniyyətinin formalaşmasında bir tərəfdən isə Romanı dağıtmış barbar xalqların mədəni irsi həlledici təsir göstəmişdi. Cəmiyyətin bütün mənəvi həyatını xristian dininə tabe etməyə çalışan kilsənin ideya rəhərliyi orta əsr Qərbi Avropa mədəniyyətinin simasını müəyyən edirdi.


Orta əsr mədəniyyətinin bu xüsusiyyəti sonrakı əsrlərdə na ziddiyyətli qiymət verilməsinə səbəb oldu. Humasnistlər və XVIII əsrin maarifçi-tarixçiləri (bolter və b.) orta əsrlərin- “xristianlığın zülmət gecəsi”nin mədəniyyətinə həqarətlə yanaşırdılar. Onların əksinə olaraq XVIII əsrin sonu –XIX əsrin əvvəlirnininmürtece romantikləri orta əsr mədəniyyətinin ideallaşdırılmasının başlanğıcını qoydular. Onlar orta əsr mədəniyyətində ali əxlaqın təzahürünü görürdülər.


Orta əsr mədəniyyətinin və onun inkişafında kilsənin rolunun mədh olunması müasir burjua katolik tarixşünaslığı və neotomizm fəlsəfəsi üçün də xarakterikdir. Onlar XIII əsrin katolik filosofu Akvianalı Fomanın təlimini yenidən dirçəltəməyə çalışır və nu təlimi fəlsəfi fikrin ali nailiyyəti elan edirdilər.


Sovet alimləri belə hesab edirdilər ki, kilsənin cəmiyyəti bütün mənəvi həyatında rəhbərlik etməsi orta əsr mədəniyyətinin inkişafını ləngitmişdir. Bununla yanaşı, marksist tarixçilərin fikrinçə insan mədəniyyəti tarixinə orta əsrlərdə mədəni inkişaf dairəsinə bir çox yeni xalqlar da cəlb olundular; müasir Avropa ölkələrinin milli mədəniyyəti meydana gəldi; milli dillərdə zəngin ədəbiyyat, təsviri incəsənət və memarlığın son dərəcə gözəl nümunələri yarandı. Tarixi şərait üzündən dini don geyinmiş insan təfəkkürü və bədii yaradıcılığın inkişafı davam etməkdə idi.


Orta əsrlər boyunca onların ağır-ağır inkişafı təbiyyət elmi və fəlsəfi fikrin, ədəbiyyat və incəsənətin sonrakı yüksəlişi şərait yaratdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin