Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Universitetlərdə katolik irticası.Paris ibn-rüşdçüləri XIII əsrdə



Yüklə 3,06 Mb.
səhifə241/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   237   238   239   240   241   242   243   244   ...   263
Orta srlr tarixi S D Skazkin

Universitetlərdə katolik irticası.Paris ibn-rüşdçüləri XIII əsrdə

Antik irsin əxz olunması əsasında elmi görüş dairəsinin genişlənməsi xristian dini ilə dünyəvi biliklər arasında kilsənin əvvəllər işləyib hazırladığı və müdafiə etdiyi nisbəti pozdu.


Aristotelin təbiət fəlsəfəsinə dair əsərləri ilə tanışlıq XIII əsrdə universitet tələbələri və müəllimləri içərisində rasionalzim və azadfikirliliyin yayılmasına ,rəsmi sxolastikaya qarşı duran təlimlər meydana gəlməsinə səbəb oldu.Məsələn,Paris universitetinin magistrləri Benli Amori və Dinanlı Davidin irəli sürdüyü panteizm ideyasına görə xristian dininin düşündüyü kimi Allah yoxdur; Allah bütün təbiətə yayılmış haldadır. Buna görə də kilsə özünün bütün ehkamları və ayinləri ilə birlikdə lazım deyildilər. Bu görüşlər amalrikanların təbiətçilik hərəkatında yayıldı ki, həmin hərəkatı da kilsə amansızlıqla yatırdı.


XIII əsrin sonlarına doğru kilsə qarşısında, təbiətçilik hərəkatları və azadfikirliliyə qarşı mübarizədə özünün fəlsəfi mövqelərini möhkəmləndirmək vəzifəsi durdu. Cəmiyyətdə real təcrübi biliklərə tələbatın artığını nəzərə alan kilsə taktikanı dəyişdi. Əvvəllər dünyəvi bilikləri inkar edən kilsə, indi həmin biliklərə dinin dayağı kimi yanaşmağı tələb etdi.Fəlsəfə “ ilahiyyatın qarabaşı” elan olundu. Aristotelin təlimindən isə dini ehkamı “ əsaslandırmaq “ üçün istfadə olunmağa başlanmışdı. Lenin yazırdı: “ Dinçilik Aristoteldə canlını öldürmüş və ölgünü əbədiləşdirmişdir”.


Kilsə dilənçi rahib cəmiyyətləri vasitəsilə universitetlərə rəhbərliyi öz əlinə keçirdi. Əvvəlcə Paris universitetində , sonra isə digər universitetlərdə ilahiyyat fakültələri papalığın xeyir-duası ilə dominikanların hakimiyyəti altına düşdü. Nəticədə sxolastika sırf dini xarakter aldı. “Sxolastika ilahiyyatı yenidən birinciliyi əə keçrdi və onunla ancaq təbabət və hüquqşünaslıq kimi təcrübi elmlər uğurla rəqabət apara bilərdilər... Universitetlərdə dilənçi rahibləri möhkəmləndiyi o vaxtdan etibarən sxolastika elm aləminin bütün mənəvi qüvvələrini uddu..”


Universitetlərdə katolik irticasının hücumu şiddətli ideoloji mübarizə şəraitində gedirdi. Bu mübarizənin mərkəzi Paris universiteti idi. XIII əsrin ikinci yarısında burda iki aristotelçi məktəb arasında toqquşma gedirdi. Bu məktəblərdən biri – ardıcıl katoliklər olan Böyük ləqəbi almış Albert (1193-1280) və onun şagirdi Akvinalı Fomanın (1225-1274) başçılıq etdikləri məktəb Aristotelin əsərlərini kilsə təliminə uyğunlaşdırmağa çalışırdı. “ Artistlik fakültəsi”ndə meydana gəlmiş digər məktəb Aristotelin İbn Rüşd ruhunda şərh olunması uğrunda çixiş edirdi. Bu məktəbin başçısı Brabantlı Siger aristotelin ardınca dünyanın və bütün canlı məxluqun , o cümlədən insan soyunun ( nəslinin) ,əbədi olduğunu təsdiq edir, faktiki olaraq onların allah – xaliq tərəfindən xəlq olunduğunu inkar edirdi. Sigerin təlimində allahın özü təbiət qanunlarına


tabe edilirdi.Kilsə ibn-rüşdçülərin təlimini yasaq etdi (1270,1277). Brabantlı Siger papa zindanında həlak oldu.

XIII əsrdə ardıcıl sxolastikanın ən böyük nümayəndəsi italyan dominikançısı Akvinalı Foma idi. O katolik ilahiyyatının təbiətə və cəmiyyətə münasibətinin elə ümumi prinsiplərini işləyib hazırladı ki, həmin prinsipləri katolik kilsəsi indi də toxunulmaz hesab edir. Akvinalı foma özünün baş əsəri olan “ilahiyyat məcmusu”nda və bir sıra başqa əsərlərində Aristoteli birtərəfli izah edərək kilsənin ehkam sistemini rasionalizm mövqeyindən əsaslandırmağa, elmi dinə xidmət göstərməyə cəhd göstərir, şur və etiqdın harmoniyası ideasını irəli sürürdü. Lakin fəlsəfəni “ ilahiyyatın qarabaşı” mövqeyində saxlayırdı. O yazırdı: “ Etiqad məsələlərində hər hansı qarı bütün filosoflardan çox bilir...çünki hansı qarı bilmir ki, ruh ölməzdir”. Akvinalı Foma israr edirdi ki: “allahı dərk etməyi qarşısına məqsəd qoymayan hər cür elm günahdır”.


Akvinalı Fomanın iqtisadi və siyasi idealları feodalizmin inkişafında baş vermiş yeni hadisələri – pil münasibətlərini və şəhərlərin tərəqqisini əks etdirirdi. O borc faizinin günah olması və “ədalətli qiymət” haqqında təlim irəli sürdü. Akvinalı Foma göstərirdi ki, “ ədalətli qiyməti” müəyyən edərkən əşyanın istehsalına nə qədər əmək sərf olunduğunu nəzərə almaq lazımdır. Bununla yanaşı o, xüsusui mülkiyyətin , cəmiyyətin silklərə görə təşkilinin əbədiliyini sübut edir, silkləri əməkdaşlığa çağırır, din dövlətini (teokratiyanı) məhv edirdi.


Akvinalı Foma orta əsr dünyagörüşünün ensiklopediya sistemini yaratmış, bu sistem vasitəsilə öz dövrünün irəli atdığı bütün məsələləri kilsəni və feodalizm quruluşunu qəti müdafiə mövqelərindən əhatə etməyə cəhd göstərmişdir.


Məhz buna görə də papalıq , XX əsrdə dəfələrlə Akvinalı Fomanın təlimini “katolikliyin yeganə həqiqi fəlsəfəsi” elan etmiş onu neotomizm adı ilə yenidən dirçəltmişdir. Müasir katolikliyin məfkurəçiləri bu təlimdə dinin mövcudluğu və kapitalizmin əbədiliyini sübut etmək üçün “dəlilıər” axtarırdılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin