Şəhər ədəbiyyatı.
XII-XIII əsrlərdə orta əsr mədəniyyətində dünyəvi və realizm motivlərinin inkişafında şəhər ədəbiyyatı xüsusilə böyük rol oynadı. XII əsrdən şifahi şəhər folkloru meydana gəlir ki, bunda da xalqa məxsus başlanğıcın təsiri parlaq surətdə özünü göstərdi. XIII əsrdə bunun əsasında milli, xalq dillərində yazılı şəhər ədəbiyyatı yaranır. XII əsrin ortalarında şəhərlərdə realist mənzum novella (Fransada “fablio”- latınca fabula-təmsil sözündən; Almaniyada “şvanki”-məzəli hekayələr) janrı meydana gəlir. Kiçik hekayələrdə feoallar sinfinin nümayəndələri satira ruhunda təsvir olunur, katolik rühanilərinin acgözlüyü və əxlaqsızlığı ifşa olunur, saə xalq nümayəndələrinin hazırcavablılığı və ağıllığı, sağlam və təcrübi ağlı vəsf olunurdu.
Təqribən elə bu zamanlar şəhər satira eposu inkişaf edir. Bu eposun ən böyük abidəsi bir çox onilliklər ərzində (XII əsrin sonlarından XIV əsrin ortalarına qədər) Fransada yaranmış və bir çox Avropa dillərinə çevrilmiş “Tülkühaqqında roman”dır. “Tülkü haqqında roman”da kral- aslan Hobl, feodal əyan – ayı Bren, cəngavər – yaman və ac qurd İzenqrin, saray möizəcisi
– eşşək Boduen kimi təsvir olunur. Romanda toyuq,dovşan,ilbiz və s.-nin timsalında sadə camaat düşünülür. Baş qəhrəman olan tülkü Renar şəhərliyə xas olan xüsusiyyətlərə malikdir: işküzardır,zirəkdir və işcanlıdır. O, feodallarla toqquşmalarda həmişə qələbə çalır, lakin tez-tez sadə adamlarıincidir və aldadır.
Şəhər ədəbiyyatının digər görkəmli əsər XIII əsrdə Fransada yazılmış alleqoriya poeması olan “Qızıl gül haqqında roman”dır. Bu əsər də, həmçinin bir çox dillərə çevrilmişdir. Birinci hissəni 30-cu illərdə Gilyom de Loris, ikincini isə 70- ci illərdə Jan de Men yazmışlar. Poemanın ikinci hissəsi orta əsr azadfikirliliyinin parlaq nümunəsidir. Müəllif axmaqlığa və zorakılığa hücum edir, kilsə xadimlərinin cəhalətpərəstliyi və mədəniyyətsizliyini açıb göstərir. Poemada bütün insanların anadan olarkən bərabər doğulduqları təsdiq edilir.Buna görə də Jan de Menin fikrincə, onların ləyaqəti haqqında fikir yürüdərkən insanların mənşəyini deyil, şəxsi keyfiyyətlərinin və ziyalılığını nəzərə almaq lazımdır.
Şair Rutbefin (1230-1285) jablio və sirvetnləri (siyasi mövzuda şerləri) parlaq surətdə ifadə olunmuş antipapa səciyyəsi daşıyırdı. Bunlardan birində o, yazmışdı: “Roma olmalıykən müqəddəsə bünövrə, indi yuva olub satqınlıqla, şərə- Birisinin paklığı ilə təmizlənməli olan bu çirkdən zərər çəkir indi bütün el, Bütün aləm”. Papa IV Aleksandr xüsusi fərmanla rutbefin əsərlərinin yandırılmasını barədə hökm verdi.
Şəhər musiqisi və teatrı
Şəhərlərdə xalq xoru ilə sıx bağlı olan çoxsəsli (polifonik) musiqi meydana gəldi. Kilsə dramları kimi, ibarət xaraterinə malik olan, şəhər dramları – şəbihlər ( misteriyalar) də bibliya sujetlərinin səhnələşdirilməsindən ibarət idi. Lakin fərq burasında idi ki, bu şəbihlərə kənd bahar və payız bayramları üçün səciyyəvi olan xalq tamaşaları, bəzəkli geyimlərdə el oyunları və mərasimləri daxil edilmişdi. Bunların əsasında, məsələn, məşhur “ Roben və Marion oyunu” (XIII əsrin sonu) yarandı. Bu oyunda iki aşıqın – kəndli Roben və çoban qız Marionun tarixi təsvir olunur; Marion cəngavərin ona qulluq göstərməsini rədd edir, öz sevgilisinə sadiq qalır.
Şəhər teatrının inkişafı, ümumiyyətlə, folklorun teatrlaşdırılması ilə çox sıx bağlıdır. XII əsrin ortalarından, artıq, latın dilində deyil, xalq dilində göstərilən teatr tamaşalarına, tədriclə çoxlu sırf dünyəvi və məzhəkəli məzmuna malik olan səhnələr daxil edilir. Rolları şəhərlilər oynayır, tamaşalar isə bilavasitə şəhər meydanlarında göstərilirdi.
Dostları ilə paylaş: |