Təsviri incəsənət və memarlıq.
Bizans incsənəti orta əsr bədii yaradıcılığı tarixində görkəmli yer tutur. Ellinizm incəsənəti ənənələrini və imperiyada yaşayan xalqların incəsənətini mənimsəyən Bizans
sənətkarları bu əsas üzərində özlərinin xüsusi üslublarını yaratmışlar. Lakin kilsə təsiri buarad da özünü göstərdi. Bizans incəsənəti insanı bu dünyanın əzab və müsibətlərində dini mistikan aləminə çəkib aparmağa çalışırdı. Rəssamlıqda mücərrəd spiritualizm əsaslarının antik dövrdən qalma realizm ənənələri üzərində qələbəsi də buradan doğurdu. Lakin rəssamlıqda antik ənənələr heç vaxt tamamilə aradan qalxmadı.
Bizans rəssamlıq üslubu üçün hamvar siluetlərin cizgilərin süzgün ahəngi ilə uyuşması, al-qırmızı, bənövşəyi, göy, zeytunu-yaşıl və qızılı çalarların üstün olduğu nəcib rəng ahəngi səciyyəvi idi. Bizansda rəssamlığın əsas forması divar mozaikası və divar naxışları idi.
Dəzgah rəssamlığı - ikonaçəkmə də yayılmışdı. Ikona – rəsmlər taxta lövhələr üzərində tempera ilə - yumurta sarısı qatılmış boyalarla çəkilirdi. Erkən dövrdə VI əsrdə isə belə rəsmlər mum rənglər ilə çəkilirdi. Kitab miniatürləri də çox məşhur idi.
IV – VI əsrlərdə Bizans rəssamlığında antik ənənələrin mühüm təsiri hələ nəzərə çarpırdı ki, bu da imperatorların Konstantinopoldakı Böyük sarayının döşəməsindəki mozaikalarda əksini tapmışdır. Bu mozaikalarda xalq həyatından alınma məişət səhnəcikləri realist tərzdə təsvir olunurdu. Bundan sonra Bizans rəssamlığında bibliya sujetləri üstünlük təşkil edir. IX – X əsrlərdə monumental rəssamlıqda dini səhnələri məbədlərin divarı və qübbələrində təsvir etmək barədə ciddi sistem yaranır. Lakin bu dövrdə də Bizans rəssamlığı antik ənənələrlə canlı əlaqələrini hələ saxlayırdı. Bizans rəssamlığının zirvələrindən biri Konstantinopoldakı müqəddəs Sofiya məbədinin mozaikaları idi. Bu mozaikalarda antik duyum realizmi ilə dərin şövq qovuşan halda idi. XI – XII əsrlərdə Bizans rəssamlığında getdikcə daha güclü sürətdə şərtilik və üslublaşma özünü göstərir: övliyaların (müqəddəslərin) təsvirində tərkidünyalıq və mücərrədlik daha da artır, daha tutqun rənglərdən istifadə olunur. Yalnız XIV – XV əsrin birinci yarısında Bizans rəssamlığı qısamüddətli lakin, parlaq tərəqqi dövrü keçirir ki, bu da şərti olaraq “Paleoloq Oyanışı” adlanır. Həmin tərəqqi o dövrün mədəniyyətində humanizm meyillərinin yayılması ilə əlaqədar idi. Bəhs olunan oyanış rəssamların kilsə incəsənəti qanunlarının müəyyən etdiyi çərçivədən kənara çıxmağa can atması, mücərrəd deyil, canlı insan təsvirləri yaratmaları ilə səciyyələnir. Bu dövrün çox gözəl abidələri Konstantinopoldakı Xora monastrının (indiki Kapriye – Cami məscidi) mozaika və divar rəsmləri (XIV) idi. Lakin Bizansda insan şəxsiyyətinin kilsə - ehkamçı təfəkkürünün buxovlarından azad etmək cəhdləri nisbətən cəsarətsiz və qeyri-adi idi. XIV – XV əsrlərin Bizans incəsənəti italyan Oyanışının realizmi səviyyəsinə yüksələ bilmədi və əvvəlki kimi ciddi sürətdə qanunlaşdırılmış ikonoqrafiya (ikonaçəkmə) donuna bürünmüşdü.
Tətbiqi sənət yüksək inkişaf səviyyəsinə çatmışdı. Bizansda fil dişi və daşdan hazırlanmış məmulat, minalı şeylər, saxsı məmulatı, bədii şüşə və parçalar orta əsr dünyasında qiymtləndirilirdi və Bizansın hüdudlarından xaricdə geniş yayılmışdı.
Bizans orta əsr memarlığının inkişafına da mühüm töhfə vermişdir. Bizans memarları, artıq, V – VI əsrlərdə şəhərlərin yeni qaydada planlaşdırılmasına keçmişdilər ki, bu da bütün
sonrakı orta əsr memarlığı üçün səciyyəvi idi. Yeni tipli şəhərlərin mərkəzində kilsə ilə birlikdə baş meydan olurdu. Buradan küçələr hər tərəfə paylanırdı – sanki şüalanırdı. V – VI əsrlərdən başlayaraq sıra tağları olan bir neçə mərtəbəli evlər tikilir. Dünyəvi memarlığın çox gözəl abidələri Konstantinopoldakı imperator sarayları idi. Lakin, zaman keçdikcə, feodal qəsrləri və hətta bəzi şəhərlilərin evləri, getdikcə daha çox, qala görkəmi alır.
Kilsə memarlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. Yustinianın əmri ilə 532 - 537-ci illərdə Konstantinopolda məşhur müqəddəs Sofiya məbədi tikildi – Bizans memarlığının ən görkəmli əsəri yaradıldı. Məbəd diametri 30 metrdən artıq olan, sanki səmada buğlanan nəhəng günbəzlə tamamlanırdı. Bu günbəzə iki tərəfdən tədriclə ucalan mürəkkəb yarımgünbəzlər sistemi bitişirdi. Müqəddəs Sofiya məbədinin qeyri-adi təmtəraq və son dərəcə incə zövqlə işlənmiş uc görünüşü insanı xüsusilə valeh edir. Məbədin iç divarları və sütunlarına müxtəlif rəngli mərmərlərdən üz çəkilmiş və çox gözəl mozaikalarla bəzədilmişdir.
XV əsrdə Bizans dövlətinin tənəzzülü Bizans mədəniyyətinin inkişafına mənfi təsir göstərdi. İrticaçı-mistika təlimlərinin yayılması incəsənətdə yenidən sxematikliyin, quruluğun üstünlük təşkil etməsinə, rəssamlıq formalarının kanona (üsula) tabe eləməsinə gətirib çıxardı. Türkiyə işğalı Bizans imperiyasında yaşayan xalqların mədəniyyətinin inkişafında dönüş məqamı oldu. Ədəbi və bədii yaradıcılıq, xüsusilə xalq yaradıcılığı, dayanmadı. Lakin Türkiyə ağalığı şəraitində özünəməxsus xüsusiyyətlər kəsb etdi. Ədəbi-bədii yaradıcılıq xalqın öz zülmkarlarına qarşı mübarizəsini parlaq surətdə əks etdirirdi.
22-ci fəsil
Dostları ilə paylaş: |