Oyanış dövrü burjua dünyagörüşünün fərdiyyətçiliyi
Humanist dünyagörüşünün digər xüsusiyyəti fərdiyyəçilik idi. Humanistlər təsdiq edirdilər ki, insanın mənşəyi deyil, şəxsi keyfiyyətləri, ağlı, istedadı, işgüzarlığı ona uğur, var-dövlət, qüdrət, nüfuz gətirməlidir. Buna görə də onların bütün dünyagörüşünün əsasında duran fərdiyyətçilik, birbaşa, feodal korporasiya dünyagörüşünə zidd idi; feodal korporasiya dünyagörüşünə görə insan öz varlığını hər hansı bir korporasiyanın - kənddə icmanın, şəhərdə sexin və gildiyanın üzvü olması ilə və ya feodal iyerxiyasının mənsubluğu ilə sübut edirdi.
Bu fərdiyyətçilik, xüsusilə XIV - XV əsrdəki erkən Oyanış üçün səciyyəvi olan, ideallaşdırılmış ifadəsi humanistlərin ümumiyyətlə insan şəxsiyyətini və onunla bağlı olan hər nə varsa hamısının qiymətli olmasını təsdiq etmələri idi. Cəmiyyətin silki - korporasiya quruluşuna malik olması bu zaman, artıq, onun inkişafını ləngitdiyi üçün humanistlərin fərdiyyətçiliyi şübhəsiz mütərəqqi əks-feodal əhəmiyyətə malik idi. Bunula belə, lap əvvəldən, həmin dünyagörüşün mahiyyətində şəxsiyyəti elə bir formada təsdiq etmək meyli gizlənirdi ki, bu meyl fərdin tələblərinin ödənilməsinə bir məqsəd kimi yanaşır və acgözlüklə, heç bir məhdudiyyət olmadan nəşələnmək arxasınca qaçmaq üçün, hansı vasitələrlə qazanılmasından asılı olmayaraq şəxsi uğuru mədh etməkdən ötrü yol açırdı. Həmin meyl belə bir faktı əks etdiridi ki, burjua tipli sahibkarlar bir-birinə qarşı rəqabət mübarizəsində hələ o zaman "hərə özü öz yerinə və özü üçün çalışmalıdırlar" prinsipini rəhbər tuturdular. Bundan başqa humanistlərin irəli sürdükləri insan şəxsiyyətinin inkişafı idealı ancaq bəzi seçilmişləri nəzərdə tuturdu və geniş kütlələrə aid edilmirdi. Oyanış dövrü xadimlərindən çoxları sadə xalqa yuxarıdan aşağı baxır, onu avam, "qara camaat" hesab edirdilər ki, bu da onların insan idealını müəyyən qədər, birtərəfli səciyyə verirdi. Lakin bu ifrat fərdiyyətçilik təzahürləri XVI-XVII əsrin əvvəllərinin son Oyanış dövründə xüsusilə aydın şəkildə nəzərə çarpmağa başladı. Erkən humanizm dövründə isə fərdiyyətçiliyin mütərəqqi cəhətləri ön plana çıxırdı.
Bu özünü xüsusilə həm də onda göstərdi ki, erkən humanizmin şəxsiyyət idealı vətəndaşlıq məziyyətlərini də əhatə edir və fərz edirdi ki. Həmin şəxsiyyət cəmiyyətin və dövlətin xeyrinə xidmət göstərməlidir. O dövrün bir çox humanistlərində bu öz ifadəsinin doğma şəhər-dövlətlə əlaqədar olaraq coşqun vətənpərvərlikdə, onu tərənnüm etməyə və düşmənlərin qəsdlərindən qorumağa can atmağa, şəhər – dövlətə onun idarə olunmasında iştirak etməklə xidmət göstərməkdə tapırdı. Xüsusilə Florensiyada, məsələn, Kolluçço Salyutati (1331-1406) və ya tarixçi Leonardo Bruni (1370-1444) kimi bir çox məşhur humanistlər inamlı respublikaçı, öz şəhərlərinin əzəmətliliyinin tərəfdarları kimi çıxış edirdilər. Onalrın hər ikisi müxtəlif vaxtlarda Florensiya respublikasının kansleri olmuşdular.
Dostları ilə paylaş: |