Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə253/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   249   250   251   252   253   254   255   256   ...   263
Orta srlr tarixi S D Skazkin

Tarix əsərləri

Antik tarixşünaslıq ənənələri Bizansda xüsusilə möhkəm idi. Bu ənənələr orta əsr dünyasının heç bir başqa ölkəsində Bizansda olduğu qədər möhkəm deyildi. Bir çox Bizans tarixçilərinin əsərləri materialın şərh olunmasının xarakterinə, quruluşuna, antik xatirələr və əsatir surətlərinin bolluğuna, dünyəvi yönünə və xristianlığın zəif təsirinə, nəhayət dilinə görə genetik surətdə yunan tarixşünaslığının klassikləri ilə - Herodot, Fukidid, Polibi ilə əlaqələnir.


VI-VII əsrin əvvəlində Bizans tarixşünaslığı kifayət qədər zəngin idi. Bu tarixşünaslıqdan bizə Qeysəriyyəli Prokopi, Mirineyli Aqafi, Menandr, Feodilakt Simokattanın əsərləri qalmışdır. Onlardan ən görkəmlisi “Yustinianın müasiri, tarixçi və siyasi xadim Qeysəriyyəli Prokopi idi. O, “Yustinianın iranlıları, vandallar və qotlarla müharibələrinin tarixi” əsərində öz dövründəki həyatın parlaq lövhəsini yaratmışdır. Prokopi bu rəsmi əsərdə, xüsusilə “ Tikintilər haqqında traktat”da Yustinianı məhv edir.


Lakin həyatından ehtiyat edən tarixçi özünün əsl görüşlərini – senator aristokratiyasının müxalifətçi təbəqələrinin “bambılı” Yustiniana nifrətini əks etdirən görüşlərini son dərəcə məxfi yazdığı xatirələrində söyləyir. Buna görə də həmin əsər “Məxfi tarix” adlanır.


X əsrdə imperator Konstantin Baqryanorodnının zamanında antik dövrün mədəni irsini formalaşmaqda olan feodallar sinfinin mənafeyinə uyğunlaşdırmağa cəhd göstərilir. Bu məqsədlə tarix və ensiklopediyada səciyyəli bir sıra toplular tərtib olunur. Konstantinin özü də “Dövlətin idarə olunması haqqında”, “Femlər haqqında”, “Bizans sarayının mərasimləri haqqında” əsərlər yazır. Həmin əsərlərdə, birtərəfli surətdə seçilib götürülmüş olsa da, o dövrün həyatı barədə qiymətli faktlar və bir sıra mühüm tarixi-coğrafi məlumatlar, o cümlədən rus torpaqları haqqında məlumatlar vardır.


XI - XII əsrlər Bizans tarixşünaslığının çiçəklənmə dövrüdür. Bu dövrdə görkəmli tarixçilər dəstəsi – artıq qeyd olunmuş Mixail Psell, Anna Komnina, Nikita Xoniat və b. yetişir. Bu dövrün tarixşünaslığında Anna Komnina, son dərəcə nbirtərəfli olsa da, talantlı “Aleksiada” əsəri görkəmli yer tutur. Əsər müəllifin öz atası imperator I Aleksey Komninin şərəfinə yazdığı mədhiyyə idi. Anna Komninanın özünün gördüyü hadisələrin nəql olunduğu bu əsərdə Birinci xaç yürüşünün təsviri, I Aleksey Komninin normanlarla müharibələri və onun pavelçilərin (pavlikianların) üsyanını yatırması xüsusilə nəzərə çarpır. Digər istedadlı tarixçi Nikita Xoniat özünün “Rumluların tarixi” əsərində Dördüncü xaç yürüşünün faciəli hadisələrini böyük realizm qüvvəsi ilə təsvir etmişdir.


Bizans tarixşünaslığının digər axınları kilsə-ilahiyyat ehkamçılığının güclü təsirinə məruz qalmışdı. Bu bir çox Bizans salnaməçiləri üçün, mənbələrə tənqidi münasibət bəsləməkdən məhrum olan və son dərəcə müxtəlif, bəzən də əfsanəvi, hadisə və faktları bir yerə qalaq-qalaq toplayan sadə rahiblərin əksəriyyətindən ötrü, “dünyanın xəlq olunmasından” öz günlərinə qədər tarixi əhatə edən kompilyasiya salnamələrinin müəllifləri üçün səciyyəvi idi. Bununla belə, onların bəziləri zəhmətkeş xalqın həyati ilə yaxından təmasa girərək onun fikir və arzularını mənimsəyir, xalq dilini əxz edir və buna görə də, çox vaxt, xalqın həyatına aid olan ən mühüm hadisələri tarixçilərə nisbətən daha parlaq və daha müfəssəl təsvir edirdilər. Bunlardan ən görkəmliləri İoann Malala (VI əsr) və Georgi Amartol (VIII-IX əsrlər) idilər. Salnaməçilərin əsərləri çox məşhurlaşır və tez-tez qonşu xalqların dillərinə də çevrilirdi.


Bizans ədəbiyyatı

Bizans ədəbiyyatında da iki əsas cərəyan görmək olar: bunlardan biri antik ədəbi irsə əsaslanır, digəri isə kilsə dünyagörüşünün ədəbiyyata nüfuz etdiyini göstərirdi. Bu cərəyanlar arasında şiddətli mübarizə gedirdi.


Həmin mübarizədə xristian dünyagörüşü üstün gəlsə də, Bizans ədəbiyyatında antik ənənələr də heç zaman arxada qalmamışdı. IV-VI əsrlərdə antik janrlar – nitqlər, məktublar, epiqramlar (yadigar yazılar), məhəbbət lirikası, şəhvani povestlər geniş yayılmışdı. VI əsrin sonu – VII əsrin əvvəlindəən yeni ədəbi formalar, məsələn, kilsə poeziyası (himnorafiya) meydana gəlir ki, bunun da ən görkəmli nümayəndəsi Roman Sladkopeves (Xoşavaz) idi. Himnorafiya üçün mücərrəd spiritualizm eyni zamanda, xalq melodiyasından və xalq dilinin ahəngindən istifadə edilməsi səciyyəvi idi. VII-IX əsrlərdə geniş kütlələr üçün dini xarakterli ibadət qiraəti janrı – övliyaların (müqəddəslərin) tərcümeyi-halları (akioqrafiya) janrı geniş yayılır. Bu janrın nümayəndələrində övliyaların (müqəddəslərin) möcüzələri və din yolunda şəhid olmaları barədə dini xarakterli əfsanəvi hekayətlər, real hadisələr və xalq həyatının canlı məişət inciləri ilə qəribə şəkildə culqaşmışdır.


IX əsrin ikinci yarısından başlayaraq, xüsusilə X əsrdə, Bizans yazıçıları və alimləri fəal surətdə antik müəlliflərin yazılarını toplamağa başlayırlar. Patriarx Foti, Konstantin Baqryanorodnı və başqaları ellinizm mədəniyyəti abidələrinin qorunub saxlanılması işinə mühüm töhfə verdilər. Foti antik müəllifləri 280 əsəri barədə rəy toplusu tərtib etdi. Bu topluya həmin əsərlərdən geniş çıxarışlar da əlavə olundu. Fotinin toplusu “Mariobiblion” (“çoxlu kitabın təsviri”) adını aldı. Antik yazıçıların, artıq, itirilmiş olan bir çox əsərləri bizə Fotinin çıxarışları vasitəsilə gəlib çatmışdır. Saray dairələrində mənsub və mənzum “lütfkarlıq” romanları geniş yayılmışdı. Bu romanlar, bir qayda olaraq, antik tarix və əsatir mövzularında yazılırıdı.


X-XI əsrlərdə Bizansda, ərəblərə qarşı mübarizədə göstərilən igidliklər barədə xalq epos mahnıları əsasında, məşhur “Digenis Akrit” dastanı yaranır. Bu dastanda əsilzadə feodalın igidlikləri və onun gözəl qız Yevdokiyaya olan məhəbbəti qeyri-adi şairanəliklə tərənnüm olunur. Əsasına görə xalq dastanı olan “Digenis Akrit” feodal məfkurəsinin bir çox xüsusiyyətlərinin də təsirinə məruz qalmışdır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin