Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə261/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   255   256   257   258   259   260   261   262   263
Orta srlr tarixi S D Skazkin

Milli birlik şüuru.



  1. zaman İtaliyada gələcək millətin bəzi ünsürləri yaranmağa başlamışdı; ümumidil təşəkkül edir. Müəyyən mədəniyyət ümumiliyi meydana gəlir, bunlarla birlikdə isə milli birlik

şüuru oyanırdı. Yadelli müdaxilələri, ölkənin siyasi dağınıqlığı İtaliya dövlətləri arasında ədavət və bunun doğurduğu yerli vətənpərvərlik XIV – XV əsrin əvvəllərində bir çox humanistlər üçün İtaliyanın birliyi probleminin qarşısına səd çəkirdi. Lakin bu ideya, artıq, ölkəni əldən salan bədbəxtliklərdən qurtuluş yolunu ancaq siyasi cəhətdən birləşməkdə görən qabaqcıl zəkalara hakim olurdu. Qədim çağlarda İtaliyanın böyüklüyü haqqında xatirələr onun Oyanış dövründəki acizliyinə qarşı etiraz hissini qüvvətləndirirdi. Çıxış yolu Avropanın başqa böyük ölkələrindəki mütləqiyyətlər kimi qüvvətli qüvvətli mərkəzləşmiş hakimiyyət yaradılmasında görülürdü. Dante, əbəs yerə, ölkənin Müqəddəs Roma imperiyasının imperatorları tərəfindən, xüsusilə VII Henrix tərəfindən birləşdiriləcəyini gözləyirdi; o, almanların İtaliyaya keçmiş hücumlarını bərpa etmək istəyirdi. Petrarka da ölkənin birləşdirilməsi arzusunda idi. Lakin bunlar ancaq xəyal idi. İtaliyada ölkəni birləşdirməyə qabil olan qüvvələr yox idi. Ölkənin qarşısında hələ onun siyasi cəhətdən dağınıq halda qalacağı bir neçə əsr dururdu.




Humanizm maarifi və onun mərkəzləri

Petrarka və Bokkaççonun zamanından humanizm maarifi bütün İtaliyada sürətlə yayılmağa başladı. Florensiya, Roma, Neapol, Venesiya, Milanda humanistlərin dərnəkləri meydana gəldi. Bu baxımdan Florensiya xüsusilə seçilirdi. Əhalinin geniş kütlələrinin rəğbətini qazanmağa və məşhurlaşmağa çalışan Florensiya hakimləri – Mediçilər şəhəri yeni zövqlə tikilmiş kilsələrə və binalarla bəzəmək üçün çox böyük vəsait xərcləyir, böyük bəbləğə nadir əlyazıları alır və öz saraylarında böyük kitabxanalar düzəldirdilər. “Böyük” ləqəbi almış Lorenso Mediçinin hakimiyyəti daha çox dəbdəbəli və təmtəraqlı olması ilə fərqlənirdi. O öz sarayına humanist şairlər, yazıçılar, rəssamlar, memarlar, alimlər, filosoflar cəlb etmişdi.


Humanistlər bir növ şərafətli silkə çevrilmişdilər. İtaliyanın əsilzadə nəsilləri və xırda hakimləri onları kansler, katib, diplomatik elçi və s. sifəti ilə öz yanlarına xidmətə dəvət edir, bir-birinin əlindən alırdılar. XIV əsrin sonlarının ən görkəmli diplomatlarından biri humanist Koluçço Salyutati idi. Hazırcavab və acıdil yazıçı olan o, özünün siyasi rəqibinə qüvvətli zərbə vura bilirdi. Salyutatinin ədəbi hücumlarla təqib etdiyi Milan hersoqu onun barəsində demişdi: “Salyutati mənə min nəfər cəngavərdən daha çox zərər vurmuşdur”. Humanist ziyalılar özləri də öz rollarını başa düşmürdülər. Bakkaçço deyirdi: “böyük sərkərdələrin adları ancaq yazıçıları şöhrətləndirmir, əksinə kralların adları ancaq yazıçıların sahəsində nəsildən-nəsilə keçir”.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin