Antik mədəniyyətin öyrənilməsi
“Oyanış” istilahı XIV – XV əsrlərdə İtaliyada, çox vaxt, uzun müddət unudulmuş antik mədəniyyətin yenidən oyanması mənasında işlədilirdi. Bundan hrif olunmuş latın dilindən əvvəlki dövr kilsə yazıçılarının qələmi ilə təhrif olunmuş latın dilindən klassik latın dilinə qayıdılması, yunan dili və yunan mədəniyyətinin öyrənilməsi, antik ədəbiyyat və antik incəsənətə pərəstiş bununla əlaqələndirilir. Oyanış xadimləri Roma ədəbiyyatının “qızıl dövrü” latın yazıçılıarının üslubunu, xüsusilə Siseronu təqlid edirdilər. Humanistlər antik yazıçıların qədim əlyazmalarını axtarıb tapırdılar. Siseron, Tit Libi və qədim dünyanın başqa məşhur yazıçılarının əlyazmaları belə tapılırdı.
XV əsrdə Roma ədəbiyyatının salamat qalmış əsərlərinin çox hissəsi toplanıldı. Qədim əlyazmalarının yorulmaz toplayıcısı Bokkaçço idi. Əvvəlcə papa katibi, sonra isə Florensiya respublikasının kansleri olan humanist Poçço Braççolini yunan yazıçıları və filosoflarının əsərlərini latıncaya çevirmişdi.
İtaliya ilə daim əlaqə saxlayan yunan alimləri italyan humanistlərini yunan dili ilə tanış edir, onlara Homeri, Platonu əslindən oxumaq üçün imkan yaradırdılar. Bizans imperiyasında İtaliyaya çox böyük miqdarda yunan əlyazıları aparıldı. Homerin əsərlərinin yunan dilində olan əlyazılarını Petrarka özünün ən yaxşı sərvətlərindən biri hesab edirdi. Bokkaçço Homeri yunanca oxuya bilən ilk italyan humanisti idi. İtalyan humanistləri (Quarino, Filelfo və b.) yunan dilini, qədim yunan ədəbiyyatını və fəlsəfəsini öyrənmək üçün Konstantinopola gedirdilər. Məşhur yunan alimi Gemist Plifon Florensiyada yaradılmış Platon akademiyasının banilərindən biri idi. Bu akademiyanın yaradılması üçün vəsaiti Kozimo Mediçi vermişdi.
Qədim dilləri, xüsusilə yaxşı latın üslubunu bilmək yüksək qiymətləndirilirdi. Latın dili beynəlxalq münasibətlər dili, rəsmi sənədlər, elm dili olaraq qalırdı. Humanist təhsilli italyan ali ruhaniləri kilsə dilini orta əsr korlanmalarından təmizləməyə çalışırdılar. İtaliyanın humanist yazıçıları özlərindən sonra nəfis latın dilində yazılmış az əsər qoymamışlar.
İtaliyada antik incəsənət ölkənin öz zəmini üzərində - saysız-hesabsız xarabalar içərisindən yüksəlmişdir; çox vaxt ev tikərkən, bağ və bostan becərilərkən torpaq içərisindən heykəl qırıntıları çıxırdı. Qədim Roma nümunələri Oyanış mədəniyyəti klassik nümunələrə kölə kimi tabe olmamış, onları yaradıcılıqla mənimsəmiş və yenidən işləmişdir.
İtaliyada erkən burjua mədəniyyətinin yaratdığı həqiqi mənada böyük olan hər nə varsa hamısı italyan xalq dilində yazılmışdır. Başqa Qərbi Avropa ölkələrində olduğu kimi, İtaliyada da erkən burjua mədəniyyəti xalq dilində olan ədəbiyyatın görünməmiş tərəqqisinə səbəb oldu. Artıq Oyanış dövrünün başlanğıcında, XIII və XIV əsrlərin hüdudlarında, toskana ləhcəsi əsasında ümumxalq italyan ədəbi dili – canlı, zəngin, uyuşan və əhalinin bütün sinifləri üçün anlaşılan dil yaranır. Bu dildə nəinki poeziya və bədii nəsr yaradılır, həmçinin (latın dili ilə yanaşı) elmi əsərlər də yazıldı. İtalyan dilində, riyaziyyata, memarlığa, hərb texnikasında - əməli həyata yaxın olan fənlərə dair əsərlər meydana gəlir.
Antik incəsənətin (başlıca olaraq Roma incəsənətinin) güclü təsirinə məruz qalmış italyan təsviri incəsənəti, eyni zamanda, olduqca müstəqil və oxşarı olmayan incəsənəti idi. Bu təsviri dünya incəsənəti tarixində xüsusi üslub – Oyanış üslubu yaratmışdır.
Dostları ilə paylaş: |