Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Burjua ideologiyasının yaranması. İtaliyada erkən oyanış və humanizm (XIV – XV əsrlər)



Yüklə 3,06 Mb.
səhifə255/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   251   252   253   254   255   256   257   258   ...   263
Orta srlr tarixi S D Skazkin

Burjua ideologiyasının yaranması. İtaliyada erkən oyanış və humanizm (XIV – XV əsrlər)


Erkən burjua məfkurəsi və mədəniyyət yaranmasının ilkin şərtləri

XIV əsrin ikinci yarısından orta əsr Qərbi Avropasının mədəni həyatında mühüm dönüş baş verir. Bu dönüş erkən burju məfkurəsinin və mədəniyyətinin meydana gəlməsi ilə əlaqədar idi. Erkən kapitalist münasibətləri, xüsusilə muzdlu əməkdən geniş istifadə olunan manufaktura istehsalı, ilk əvvəl İtaliyada meydana gəldiyi və inkişafa başladığı üçün “Oyanış” (“İntibah”) adını almış erkən burjua mdəniyyəti də ilk dəfə həmin ölkədə formalaşmağa başladı. Bu mədəniyyət tam yüksəliş səviyyəsinə XV əsrin sonu və XVI əsrdə çatdı. XIV – XV əsrlər dövründə isə ancaq erkən italyan Oyanışından bəhs etmək olar.


Feodalizm quruluşunun hökmran olduğu zaman baş vermiş Oyanış dövründə gələcək kapitalizm cəmiyyətinin sinifləri – burjuaziya və proletariat hələ heç də formalaşmamışdı və hətta ən inkişaf etmiş İtaliya şəhərlərində belə, hər tərəfdən feodal mühiti ilə əhatə olunmuşdur. Orta əsr burgerlərinin iqtisadi baxımdan ən qabaqcıl ünsürlərindən yenicə əmələ gəlməkdə olan erkən burjuaziya, tərkibcə və onu əhatə edən ictimai mühitdəki yerinə görə, nisbətən sonrakı dövrün qalib gəlmiş burjuaziyasından xeyli fərqlənirdi. Elə bu da inkişaf etmiş burjua cəmiyyətinin mədəniyyəti ilə müqayisədə erkən burjua cəmiyyətininz özünəməxsusluğunu müəyyən edirdi.


XIV – XV əsrlər erkən İtaliya burjuaziyasının səciyyəvi xüsusiyyəti onun iqtisadi əsasının genişliyi və rəngarəngliyi idi. Bu burjuaziyanın nümayəndələri ticarət və bank əməliyyatları ilə məşğul olurdular; onların manufakturaları vardı; bundan başqa, onlar, bir qayda olaraq, torpaq mülkiyyətçiləri idilər; ətraf yerlərdə onların mülkləri vardı. O zaman məlum olan bütün ölkələrlə İtaliyanı əlaqələndirən ticarət və İtaliya şəhərlərinə çox böyük gəlir gətirən sələmçilik (bank işi) ən böyük kapital yığımı sahəsi idi. Sələmçilikdən əldə olunan gəlir həm İtaliyanın özündə aparılan əməliyyatlardan, həm də bir çox Qərbi Avropa ölkələrinin krallarına, knyazlarına, ali ruhanilərinə verilən borcdan, papalıqla maliyyə sövdələşmələrindən qazanılırdı.Buna görə də o dövr üçün çox böyük vəsaitə malik olan yuxarı dairələr – tacirlər, bank sahibləri, sənayeçilər tərkibcə cəmiyyətin ən rəngarəng ünsürlərini əhatə edirdilər. Popollanların bundan əvvəlki dövrdə feodal qüvvələrinə qarşı apardıqları uzunsürən mübarizə nəticəsində XIV əsrdə Şimali və Orta İtaliyanın başlıca şəhər – dövlətlərində siyasi hakimiyyət, artıq, bu ticarət – sənaye və bank dairələrinin yuxarı təbəqələrinin əlinə keçmişdi. Lakin bu yuxarı təbəqələrin öz içərisində də nüfuz və hakimiyyət üstündə ən varlı nəsillərin başçılıq etdikləri ayrı-ayrı qruplar və partiyalar arasında mübarizə gedirdi. Bütün bunlar şəhər əhalisinin aşağı kütlələrinin şiddətli mübarizəsi fonunda gedirdi. Həmin mübarizə isə tez-tez üsyanlara çevrilirdi. Çevriliş dalınca çevriliş baş verirdi. Hakimiyyət başında duran varlılar çox vaxt sürgün olunurdular.


Qeyri-sabitlik iqtisadiyyat sahəsində də özünü göstərirdi. İri ticarət dövriyyələri, sələmçilik əməliyyatları nəticəsində də tacirlərin və bank sahiblərinin əlində o zamankı ölçülərə görə çox böyük var-dövlət toplanırdı. Lakin, çox vaxt, bunun ardınca ticarət ekspedisiyalarının uğursuzluğu, ticarət gəmilərini quldurların ələ keçirməsi, siyasi mürəkkəbləşmələr, qüvvətli borcluların borcu ödəməkdən imtina etməsi nəticəsində müflisləşmə baş verirdi.

Ümumiyyətlə bu keçid dövrü üçün səciyyəvi olan sabaha inamsızlıq həmin adamların işgüzarlığını və səyini fəallaşdırır, eyni zamanda, o vaxtlar əldə olunması mümkün olan bütün “həyat nemətləri”nə ehtiras, ötməmiş hər andan istifadə arzusu doğururdu. Varlılar cah-calalda bir-birilə yarışırdı. Bu dövr gözəl saraylar, təmtəraqlı ev avadanlığı, bahalı və qəşəng kostyumlar dövrü idi. Xalqı istismar edir, ona xor baxır və cilovunu əlində saxlamağa çalışır, eyni zamanda ondan qorxur, onu öz hüuqları uğrunda mübarizədən çəkindirməyə çalışır, təmtəraqlı ziyafətlər düzəldirdilər.


Şəhər varlılarının, müstəbidlərin, papaların cah-calalı, memarlar, rəssamlar, heykəltəraşlar, zərgərlər, musiqiçilər, müğənnilər və şairlərə olan ehtiyacı durmadan artırdı. Bu sənətkarlar öz əsərləri ilə “seçmə adamlar”ın həyatına nəşə verməli idilər. Eyni zamanda İtaliya dövlətləri hakimlərinin istər İtaliyanın hüdudları daxilində, istərsə də ondan xaricdə mürəkkəb siyasi işlər aparmaq üçün katiblərə və mahir diplomatlara, onların mənafeyini müdafiə edəcək, işğallarına haqq qazandıracaq, haimiyyətlərini tərənnüm edəcək, düşmənlərinə qara yaxacaq hüquqşünaslara, publisistlərə və yazıçılara ehtiyacları vardı. Doğulmaqda olan burjuaziya onun xaricdəki ticarət və kredit işlərini idarə edə biləcək işgüzar adamlara, çox böyük və rəngarəng gəlirlərini hesaba ala biləcək hesabdarlara, ticarət, sənaye və bank müəssisələri üçün çoxlu qulluqçu heyətinə ehtiyac hiss edirdi.


Şəhərlərə həkimlər, notarius işçiləri, müəllimlər lazım idi. Beləcə, burjuaziya ilə birlikdə ona qulluq edən, yeni Oyanış mədəniyyətinin yaradılmasında olduqca fəal iştirak edən çoxlu ziyalılar meydana gəlir. Bu mədəniyyət öz əsasına görə doğulmaqda olan xalq kütlələrinin istismar edən və ona xor baxan burjuaziyanın mədəniyyəti idi. Lakin onun ən qədim mənbələrindən biri xalq mədəniyyəti ənənələri idi. Bu ənənələr əhalinin müxtəlif təbəqələrinin (şəhər sənətkarlarının və kəndlilərinin), o cümlədən zəhmtkeşlərin təsirini əks etdirirdi.




Oyanış

“Oyanış” (çox vaxt fransız forması olan “Renessans” kimi işlədilir) istilahı burjua elmində məna kəsb etməmişdir. Orta əsrlərdəki ilahiyyatçı və tərkidünyaçı dünyagörüşünün əksinə olaraq burjua tarixçilərinin bəziləri – J. Mişle, Y.Burkqardt, M.C. Korelin bu dövrün mədəniyyətini insan şəxsiyyətinə maraq oyanması, “dünyanın və insanın kəşfi” kimi qiymətləndirir, digərləri isə həmin mədəniyyəti antik dünyanın süqutundan sonra uzun müddət yaddan çıxmış olan antik dövrə aid qədim mədəniyyətin oyanışı (Foyqt) hesab edirlər. XIX əsrin sonunun və xüsusilə XX əsrin bir çox burjua tarixçiləri Oyanış mədəniyyətinin orta əsrlərlə sıx varislik əlaqəsinə mailk olduğunu qeyd edirdilər və indi də bunu göstərirlər. Lakin bütün bu təriflər Oyanış mədəniyyətinin yalnız bəzi zahiri cəhətlərini səthi və birtərəfli təsvir edir, onun ictimai mahiyyətini aydınlaşdırmır, tarixi əhəmiyyətinin üzərinə kölgə salır və təhrif edir.


Sovet elmi Oyanış mədəniyyətini erkən burjua mədəniyyəti hesab edir; bu mədəniyyəti feodalizm formasiyasının dərinliklərində yeni, kapitalist istehsal üsulunun doğulması zəminində meydana gəldiyini göstərir.


Lakin bu o demək deyildir ki, Oyanış mədəniyyətini ancaq təkcə burjuaziyanın bəhrəsi kimi qiymətləndirmək lazımdır. Bu mədəniyyətin yaradılmasında burgerlərin nümayəndələri də iştirak etmişdilər; onların sifarişi ilə o zamanlar tez-tez ədəbi əsərlər və incəsənət əsərləri yaradılırdı; Oyanış mədəniyyətinin meydana gəməsində yuxarıda qeyd olunmuş şəhər “ziyalıları”da iştirak edirdilər ki, bunların da sıraları elə həmin bergerlərin, bəzən sadə xalq içərisindən gələnlərin (xüsusilə rəssamlar və heykəltəraşlar) hesabına artırdı. Bütün bu müxtəlif ictimai ünsürlər. Oyanış mədəniyyətinin ümumi erkən burjua xarakterini dəyişmədən, həmin mədəniyyətində öz izlərini qoyur, bəzən ona ziddiyətli xarakter verirdilər; lakin, bununla belə, Oyanış mədəniyyətini geniş, kapitalizm cəmiyyəti burjua mədəniyyətinin sinfi məhdudluğundan uzaq mədəniyyətə çevirirdilər.

Buna görə də özlərinin feodal dünyagörüşünə qarşı mübarizəsində həmin sinfin məfkurəçiləri "cəmiyyətin bütün qalan hissəsinin… " nümayəndələri kimi çıxış edirdilər, " hər hansı ayrıca bir sinfin deyil, bütün əzab çəkən insanlığın" nümayəndələri kimi çıxış edirdilər. Elə buna görə də həmin sinfin nümayəndələri " hər kim olacaq da ancaq məhdud-burjuaziya nümayəndələrindən ibarət adamlar deyildilər".


Oyanış mədəniyyətinin elmi, ədəbi, bədii, fəlsəfəsi, pedaqoji görüşlərdə əksini tapmış ideya məzmunu, adətən "Humanizm" istilahı ilə ifadə olunur ki, bu da hananns -insana xas olan, insani - sözündəndir. "Humanistlər" istilahı XVI əsrdə meydana gəlmişdir. Lakin artıq XV əsrdə Oyanış xadimləri öz mədəniyyətlərinin adını ifadə etmək üçün (humanitas) sözünü işlədirdilər ki, bu da elmlilik, özü də dünyəvi elmlilik mənasında idi. Dünyəvi elmlər (studia humana) kilsə elmlərinə (studia divrna) qarşı qoyulurdu.


Əvvəlki dövrdə hökmranlıq etmiş kilsə-feodal mədəniyyətinin əksinə olaraq Oyanış mədəniyyətinin əsas əlaməti onun dünyəvi xarakterə malik olması idi. Əvvəldən də şəhər mədəniyyətinə xas olan dünyəvi xarakter indi, Oyanış dövründə, daha da inkişaf edir. "Dünya işləri" ilə məşğul olan erkən burjuaziyanın nümayəndələri üçün kilsə-feodal mədəniyyəti idealları (insanın, onun vücudu, ehtirasları və arzularının "günahlı" olması ideyası) çox yad idi. Humanist mədəniyyətin idealı təbiətdən, məhəbbətdən, incəsənətdən insan təfəkkürünün nailiyyətlərindən, dostlarla ünsiyyətindən zövq almağı bacaran hərtərəfli inkişaf etmiş insan şəxsiyyəti idi. Humanistlərin dünyagörüşünün mərkəzində allah deyil, insan dururdu. Italyan humanisti Piko della Mirandola car çəkib deyirdi: "Ah, can atdığına yetmək, istədiyi mənsəbə çatmaq insanın öhdəsinə düşən ən gözəl və ali vəzifədir". O, yazırdı: "Allah insanı ona görə xəlq etmişdir ki, o Kainatın qanunlarını dərk etsin, onun gözəlliyini sevsin, onun böyüklüyünə valeh olsun. Insan öz azad istəyi ilə inkişaf edə və kamilləşə bilər. Onda son dərəcə rəngarəng həyat cücərtiləri var".


Oyanış dövrünün adamları feodal dünyagörüşü sistemini tənqid edirdilər. Onlar tərki-dünyalığa və katolik kilsəsinin dünya nemətlərindən nəfs saxlamaq nəzəriyyəsinə rişxənd edir, insanın dünya nemətlərindən nəşələnmək hüququnu təsdiq edirdilər; elmi axtarışlsr tələb edir və sxolastikaya gülürdülər. Humanistlər bundan əvvəlki orta əsrlər dövrünü mövhumat, cəhalət və barbarlıq dövrü elan edirdilər.


Yeni sinfin məfkurəçiləri - humanistlər feodalizm cəmiyyətindəki mövhumata, öz mənşələri ilə, nəsillərinin qədimliyi ilə fəxr edən feodalların lovğalığına istehza edirdilər. Italyan humanisti Poçço Braççolini (1380-1459) "Alicənablıq haqqında" əsərində yazırdı: "Şan-





  • şöhrət və alicənablıq özgəsinin xidmətləri ilə deyil, bizim öz xidmətlərimizlə, özü də iradəmizin nəticəsi olan əməllərimizlə müəyyən olunur".

O, təsdiq edirdi ki, "insanın nəcibliyi onun mənşəyində deyil, öz xidmətlərindədir. Bizdən çox əsrlər qabaq, özü də bizim heç bir iştirakımız olmadan baş vermiş bir işin bizə nə dəxli var!" Humanistlərin görüşləri feodalizm cəmiyyətinin silki quruluşunu təsdiq edən feodal-kilsə məfkurəsinin əsaslarını sarsıdırdı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin