Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Humanzimin dinə və kilsəyə münasibəti



Yüklə 3,06 Mb.
səhifə257/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   253   254   255   256   257   258   259   260   ...   263
Orta srlr tarixi S D Skazkin

Humanzimin dinə və kilsəyə münasibəti

Humanistlər əvvəlki dövr feodal-kilsə mədəniyyətinin fəlsəfəsi və əxlaqi görüşlərindən çox irəli getmişdilər; hərçənd onlar dinlə və katolik kilsəsi ilə əlaqəni qəti olaraq kəsməmişdilər. Onlar dünyanın əsasına insanı qoyur. Obyektiv olaraq antroposentrizm prinsipi irəli sürürdülər. bu prinsip isə dünya haqqında ilahiyyatçıların verdikləri təsviri inkar edirdi. O zamankı şəraitdə humanistlərin bu mövqeyi, feodal- kilsə dünyagörüşünə zərbə vurduğu üçün, mütərəqqi idi.


Təsadüfi deyil ki, kilsə dünyəvi humansit məfkurəsinin ən qiymətli nümayəndələrini təqib edirdi.Lakin humanistəlin dinə münasibəti ziddiyyətli idi. Onların bəziləri dini sadə, “avam camaat” üçün zəruri olan cilov hesab edir və kilsəyə qarşı acıq çıxış etməkdən çəkinirdilər. bundan başqa, çox vaxt, onların özləri də kilsə iyerxiyasının bir çox nümayəndələri ilə bağlı idilər və hətta onlara xidmət edirdilər.


Texnikanın inkişafı ilə əlaqədar olaraq təbiət haqqında biliklərin tərəqqisi

Marks və Engels yazırdılar: “Burjuaziya istehsal alətlərində daim çevrilişlər etmədən, beləliklə, istehsal münasibətlərini və deməli ictimai münasibətlərin bütün məzmunu inqilabiləşdirmədən yaşaya bilməz”. Hərçənd XIV – XV əsrlərdə İtaliyada burjuaziya hələ yenicə doğulmaqda idi və kapitalist istehsalının ilkin forması – manufaktura istehsal alətlərində çevriliş yaratmamışdı; hər halda, bu dövrdə istehsal texnikasının inkişafında müəyyən uğurlar nəzərə çarpır. Metal emalı təkmilləşir, domna sobalarından istifadə olunmağa başlayır, əyiricilik və toxuculuq müəyyən qədər təkmilləşir (ayaq cəhrəsi və pedallı toxucu dəzgahı). Gəmiquraşdırma və gəmiçilik nəzərə çarparaq dərəcədə irəliləyir. Kompas, coğrafiya xəritələri, hər hansı yerin en dairəsini müəyyənləşdirmək üçün cihazlardan istifadə olunması açıq dənizdə uzunmüddətli səyahəti mümkün etdi və XV əsrin sonu – XVI əsrin əvvəlindəki coğrafi kəşflərdən ötrü zəmin hazırlanır.


İtaliya şəhərlərində qüllə saatları peyda olur. Boyaqçılıq, optika (böyüdücü şüşələr istehsalı), inşaat texnikası xeyli təkmilləşir. XIV – XV əsrlərdə dəqiq hesablamalar, habelə blokların, qolların və maili sahələrin birləşdirilməsi kimi texniki təkmilləşmələr tətbiq olunması tikinti işini sürətləndirdi və əvvəlki əsrlərin sənətkarları üçün əlçatmaz olan memarlıq vəzifələrinin öhdəsindən gəlmək (məsələn, məşhur memar Brunelleskinin layihəsi əsasında Florensiya soborunun günbəzinin qurulması) imkanı verdi. Topçuluğun meydana gəlməsi hərbi işdə böyük dəyişikliklər yaratdı ki, bunun özü də dəqiq üsullar və hesablamalar tətbiq olunmasını tələb edirdi. Hərbi mühəndislər (onların çoxu elə həmin memarlar idilər) mərminin uçuş uzaqlığını, uçuş xəttini, mərminin çəkisi ilə barıtın nisbətini, qala divarlarının mərmi zərbəsinə müqavimət qüvvəsini nəzərə almalı olurdular. İstehkam, bənd, kanal, liman tikintisi texnikası təkmilləşirdi.


Dəqiq hesab aparmadan iri ticarət, bank və sənaye əməliyyatları həyata keçirmək olmazdı. XIV əsrin 60-cı illərindən Florensiyada nisbətən mükəmməl hesabdarlıq üsulu – həmişə mədaxil, məxaric və mənfəəti asanlıqla hesaba almaq üsulu – “iki hesablı mühasibat” meydana gəlir; belə mühasibatda paralel olaraq debet və kredit hesabı aparılırdı. XV əsrdə rəssamlıq sahəsində də hesablama prinsipi tətbiq olunmağa başlayır; rəssamlıq mənzərənin riyazi baxımdan dəqiq görünüş qanunları əsasında qurulur. Miqdar nisbətlərinə əsaslanan tamın ayrı-ayrı hissələri arasındakı ciddi mütənasiblik gözəlliyin əsas prinsipi oldu. Musiqi nəzəriyyəsini də riyazi bünövrə üzərində qurmaq üçün ilk təşəbbüslər edildi.


İstehsal və ticarət kimi, incəsənətin ehtiyacları da təbiət və onun hadisələrini daha diqqətlə öyrənməyi tələb edirdi; hərçənd dini-sxolastika dünyagörüşünün ağalığı buna hələ də mane olurdu. Coğrafi biliklər dəqiqləşir və genişlənirdi. Astronomiya sahəsində, xüsusilə astronomiyanın dənizçiliyin təcrübi ehtiyacları ilə bağlı olan sahəsində, uğurlar qazanılmış, planet cədvəlləri (Regiomontan cədvəlləri) təkmilləşdirilmişdi; bu cədvəllər əsasında planetlərin vəziyyətini qabaqcadan müəyyənləşdirmək mümkün idi. Meyit yarmağı “günah” iş kimi yasaq edən kilsənin törətdiyi əngəllərə baxmayaraq təbiblər və rəssamlar insan bədənini diqqətlə öyrənirdilər.


Rəssamlıqda mənzərə təsvirinin oynamağa başladığı rol Oyanış xadimlərinin təbiətə nə dərəcədə diqqət yetirdiklərini göstərir. Eyni zamanda ilk botanika və zoologiya parkları meydana gəlir. XV əsrin görkəmli alimi Kuzalı Nikolay (1401-1464), yepiskop olmaqla bir çox cəhətdən dini nəzəriyyələrin əsiri olsa da, təbiəti sxolastika mühakimələri yolu ilə deyil, təcrübə yolu ilə öyrənməyə çağırırdı.

O, təbiətşünaslığın riyazi əsaslar üzərində inkişaf etdirməyə cəhd göstərir, “ hər cür idrakın ölçüdən ibarət olduğunu” təsdiq edirdi. Kuzalı Nikolay Yerin hərəkətsiz durmasına, onun Kainatın mərkəzi olmasına şübhə edirdi. Riyaziyyatçı Luka Poççoli (1445-1514) riyaziyyatda “hər şeyə tətbiq oluna bilən ümumi qanunauyğunluq” görürdü. Onun kitabı hesab, cəbr və həndəsənin (o cümlədən həm də ticarət hesabının) təcrübi tətbiqinə həsr olunmuşdu. Lakin bunlarla yanaşı Paççoli ədədlərin əsrarəngiz xüsusiyyətlərinin sxolastika şərhinə çox yer verir. Elm və ədəbiyyatın inkişafı üçün İohan Huttenbeqrin Almaniyada kitab basılması (kitab çapı) işini kəşf etməsi (təqr.1445) çox böyük rol oynadı. Kitab basılması (kitab çapı) işi sürətlə bütün Avropada, o cümlədən də İtaliyada yayıldı və yeni mədəniyyətin məşhurlaşmasında qüdrətli vasitəyə çevrildi. Artıq ilk kitablar təkcə dini məzmunda deyil, eyni zamanda dünyəvi məzmunda idilər. Üstəlik kitab hazırlanması xeyli ucuzlaşmışdı; onu ancaq varlılar deyil, eyni zamanda əhalinin, o cümlədən şəhər əhalisinin, geniş kütlələri ala bilərdilər.


İtaliyada erkən Oyanış dövrü, burjua mədəniyyətinin XV əsrin sonlarından başlanan yüksəlişi üçün şərait hazırladı ki, Engelsin – “bu insanlığın o vaxta qədər məruz qaldığı mütərəqqi çevrilişlərin ən böyüyü idi. Dahilərə ehtiyac olan və təfəkkür, ehtiras xarakter gücünə görə, hərtərəfliliyin və alimliyinə görə dahilər yeetirən dövr idi” – sözləri həmin yüksəlişə aiddir.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin