Qərbi Avropa Şərq ölkələri.
XI-XIII əsrlərdə ancaq müxtəlif Avropa ölkələri ilə Şərq ölkələri arasında da iqtisadi, siyasi və mədni
əlaqələr genişləndi və möhkəmləndi.
Avropalıların şərq ölkələrinə iqtisadi, siyasi, dini və ticarət məqsədləri ilə etdikləri səyahətlər (Gilyom Rubruk, Covanni Planno Karpini, Nikolo, Maffeo Marko Polo və b.), əmtəə
sənətkarlıq və əkinçilik məhsulları mübadiləsi Qərb üçün fövqəladə dərəcə sərfəli idi. Bu səyahətlər avropalıların
görünüş dairəsini xeyli genişləndirdi; acropalılar şərq xalqlarından bir sıra texniki nailiyyətləri, o cümlədən yel dəyirmanı və təkmilləşdirilmiş su çarxını əxz etdilər. Şərq ölkələrindən bir sıra kənd
təsərrüfatı bitgiləri-çəltik,qarabaşaq, qarpız, limon,
ərik aparıldı. Avropaya Suriyadan gətirilən şəkər qamışı qəndindən istifadə olnumağa başladı. Elə bu zaman şərq parça nümunələri əsasında bəzi parçalar-muslin
(Mesopatamiyadakı Mosul şəhərinin adından), Dəməşq (Dəməşq şəhərinin adından ), atlas (ərəbcə “gözəl”) parçaları
toxunmağa başlandı. Həmçinin Siciliya və ispaniya ərəbləri vasitəsilə yayılan şərq təsiri məişət yeniliiklərində- saqqal qoyulması, isti hamam düzəldilməsi, alt paltarının tez-tez dəyişdirilməsi və s. Sahələrdə də özünü göstərdi.
XIII əsrin 40-cı illərində Mərkəzi Avropa monqol işğalı təhlükəsi qarşısında qaldı. Batu xanın qoşunları 1237-1240 cı illərdə rus torpaqlarını var-yoxdan çıxardıqdan və viran qoyduqdan sonra 1241-ci ilin yazında polşa və Macarıstan üzərinə yeridi. Başlıca olaraq polyak və alman dəstələrindən ibarət olan böyük bir ordu Sileziyada monqol-tatar işğalçılarının qabağını saxlamağa cəhd göstərdi. Lakin bu ordu tamamilə darmadağın edildi. 60 min nəfərlik macar qoşunları da məğlub edildi. Monqol-tatarlarının ön dəstələri Adriatikaya qədər gəlib çatdı. Xaç yürüşləri və daxili didişmələr nəticəsində zəifləmiş Qərbi Avropa başının üstünü kəsdirmiş qorxunc təklükə qarşısında aciz qaldı.
Lakin rus torpaqlarının qəhramancasına müqaviməti nəticəsində bu zaman üçün əsaslı sürətdə əldən düşmüş monqol-tatarlar gözlənilmədən Qara dəniz sahilindəki və Volqanın arxasındakı düzlərə qayıtdılar. Rus torpaqları bu həlledici məqamda Qərbi Avropa üçün sipər oldu.
Bu arada alman cəngavərləri İsveç, Norveç və Danimarka ilə ittifaqda, Roma papasının xeyr-duası ilə rus knyazlıqlarının ağır vəziyyətindən öz mənafelərinə istifadə etməyə çalışırdılar. Onlar, demək olar, monqollarla eyni vaxtda Şimal-Qərbi Rus torpaqlarına qarşı xaç yürüşü təşkil etdiər. Bu yürüş Novqorod knyazı Aleksandr Yaroslaviçin Neva (1240) və Çud gölü (1242) üzərindəki məşhur vuruşmalardakı parlaq qələbələri nəticəsində tamamilə boşa çıxdı. XIII əsrin 40-cı illərinin ortalarında IV papa İnnokenti, hətta, monqol-tatarlarla ittifaq bağlamağa da cəhd göstərdi. O, monqol-tatarlara katolikləşməyi təklif etdi. Bununla papa Latın imperiyası üçün təhlükə törədən saraçinlərə və öz düşməni olan Almaniya imperatoru II Fridrixə qarşı monqolların timsalında müttəfiq qazanmaq idi. Papa həmçinin tatarların monqol hakimiyyəti altında olan rus torpaqlarını Roma kuriyasına tabe etmək məqsədi güdürdü.
Dostları ilə paylaş: |