Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XI-XV ƏSRLƏRDƏ QƏRBI AVROPADA BEYNƏLXALQ ƏLAQƏLƏR



Yüklə 3,06 Mb.
səhifə225/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   221   222   223   224   225   226   227   228   ...   263
Orta srlr tarixi S D Skazkin

XI-XV ƏSRLƏRDƏ QƏRBI AVROPADA BEYNƏLXALQ ƏLAQƏLƏR


§1. XI-XV ƏSRLƏRDƏ QƏRBI AVROPADA BEYNƏLXALQ ƏLAQƏLƏR


Beynəlxalq münasibətlərin xarakteri.

XI-XV əsrlər ərzində Avropada müəyyən beynəlxalq münasibətlər sistemi yaranır; tədriclə bəzi diplomatik nomalar və ənənələr işlənib hazırlanır. Lakin bu dövrün beynəlxalq münasibətləri hələlik kifayət qədər müntəzəm xarakter almamışdı: daimi səfirlər və diplomatik nümayəndəliklər yox idi; beynəlxalq hüquq da hələlik təşəkkül etməmişdi; bu anlayışın özünü, bütövlükdə, çətin ki, həmin dövrə aid etmək mümkün olsun4 bu dövrdə beynəlxalq hüququn ancaq ayrı-ayrı ünsürləri hər şeydən əvvəl, muharibə hüququ və dəniz hüququ (məsələn, XII əsrdə qanun halına salınmış Barselona dəniz hüququ ) inkişaf etməkdə idi. Bu dövrdə beynəlxalqmünasibətlərin inkişafına bir neçə amillər təsir göstərirdi. Xalqaların və dövlətlərin yaxınlaşmasına xüsusilə Avropanın iqtisadi inkişafı-feodallaşma prosessinin başa çatması. Şəhərlərin meydana gəlməsi, daxili və xarici ticarətin genişlənməsi ilə əlaqədar olan inkişaf kömək etdi. Digər tərəfdən, xarici ticarət, çox vaxt, ticarət rəqabəti zəmnində meydana gələn ziddiyyətlər də doğururdu. Bazarın inkişafı ilə əlaqədar olaraq feodalların tələbatının artması ilə nəticələnmədi; bu həmdə feodalların özgə torpaqlarını və sərvətini qəsb etmək cəhdlərini də gücləndirdi. Bu isə həm Avropanın özündə, həm də onun hüdüdlarından kənarda çoxlu mübaribələr doğurdu.; bir çox Qərbi Avropa ölkələrinidə mərkəzi kral hakimiyyətinin qüvvətlənəməsi və feodal dağınılarının tədriclə aradan qaldırılması da, həmçinin münaqişə və toqquşmalar doğururdu. Sülalə ixtilafları bu münaqişə və toqquşmaları dahada kəskinləşdirirdi. Bir çox feodal senyorlar və dövlətlər (vassallıq əlaqələrinin çulğaşıqlığı və dolaşıqlığı üzündən) həmin münaqişə və toqquşmalara cəlb olunurdular. Dövlətlərin sərhədləri daim dəyişirdi.


Daha qüdrətli hökmdarlar başqalarını özlərinə tabe etməyə çalışır, dünya ağalığını iddiaları irəli sürür, öz hegomonluqları altında “universal” (hər yeri əhatə edən) dövlət yaratmağa cəhd edirdilər. Bu universallıq meyllərinin başlıca ifadəçiləri kimi roma papaları və alman imperatorları çıxış edirdilər.


Xalqların formalaşması prosesi və bəhs olunan dövrün sonlarına yaxın milli dövlətlərin təşəkkülü prosesinin başlanması Avropada bveynəlxalq munasibətlərin inkişafına böyük təsir göstərirdi. Xarici amillər- XIII əsrdə monqol-tatarların Şərqi və Cənubi Avropaya basqını, XIV-





  1. əsrlərdə türklərin –osmanlıların Ön Asiya və Balkan yarımadasında möhkəmlənməsi də mühüm rol oynadı.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin