XIV-XV əsrlərdə təriqətşilik hərəkatları.
Amansız təqiblər və dilənçi cəmiyyətlərinin fəaliyyətinə baxmayaraq təriqətçilik hərəkatları ara vermirdi. Köhnə təriqətçilərin əvəzinə yeniləri yaranırdı. XIV-XV əsrlərdə təriqətlərin mərkəzi Cənubi Fransa və Lombardiyadan Şimal Şərqi Fransa, Niderland, İngiltərə, Cənubi və Qərbi Almaniya və Çxiyaya keçdi. Bu dövrün təriqətçilik, hərəkatlarının mühüm xüsusiyyəti burger və kəndli-plebey təriqətlərinin bir-birindən dəqiq surətdə ayrılması, kəndli-plebey təriqətlərinin “kəskin surətdə seçilən partiya baxışına “ çevrilməsi idi bu qətiyyətli mövqeyə malik təriqətlər bəzən açıq kəndli üsyanları ilə qovuşurdu. Məsələn, XIV əsrin əvvəlində Dolçino başda olmaqla apostol qardaşları təriqəti daha mülayim təriqətçilik cərəyanlarından ayrıldı və kəndli –plebey üsyanında aparıcı rol oynadı. Həmin üsyanın başçısı Dolçino oldu. Çon Bollun həmfikirləri olan erkən lollardlar təriqəti Uot Tayler üsyanı ilə qovuşdu. Taborçular cəbhəsindəki ən qiymətli qruplar da feodalizm ələyhinə kəndli- plebey hərəkatı ilə sıx bağlı idi.
Eyni zamanda, burger təriqətli daha da inkişaf edir və daha aydın şəkildə əlahiddələşir. Onların baxışlarının nəzəri əsasları, xususilə Con Biklif və onun arıcıllarının , Yan Qus (Hus və qusçu (husçu) muharibələri dövründə “fincançı”ların (“çaşniklərin”in) təlimlərində dərinləşir və təşəkkül edir.
Lakin bu dövrdə də, aydın surətdə ifadə olunan kəndli-plebey və burger təriqətləri ilə yanaşı elə təriqətçilik hərəkatları da inkişaf edirdi ki, bu təriqətlər də ümumi ad altında bəzən öz ictimai yönünə görə müxtəlif cərəyanlar gizlənirdi. Bu məsələn, XIV əsrin sonu – XV əsrdə yeni yaranmış bir sıra təriqətlər üçün səciyyəvi idi. Bu təriqətlərdə, üsyanlarla əlaqədar olmasa da, qüvvətli kəndli-plebey cərəyanı nəzərə çarpırdı.
XIV əsrdə təriqətçilər içərisində “ruhçular”ın (“spirtualçılar”ın) təlimi böyük nüfuza malik idi. Onlar fransiskiçilər cəmiyyətinin-qətiyyətli cinahı əsasında yaranmış cərəyan idi. Bu cərəyanın nümayəndələri fransiskiçilər cəmiyyətinin məslək dönümü ilə razılaşmırdılar. “Ruhçular”ın başçısı ilahiyyatçı Pyotr Olivi idi. Onun görüşlərində incilçiliklə zahidlik çulğaşmışdı. Rəsmi kilsəni “cismani” və “günahlı” kilsə kimi kəskin tənqid edən və papalığın tezliklə məhv olacağını xəbər verən Pyotr Olivi yoxsulluq və məhəbbətə əsaslanan yeni kilsə yaratmağa çağırırdı. Olivi təlimi burger təriqəti çərçivəsindən kənara çıxmırdı. Lakin sadə xalq kütləsi içərisində yayıldıqda bu təlim daha qətiyyətli ruhda izah olunurdu. bu özünü XIII əsrin sonu –XIV əsrin ən kütləvi təriqətçilik hərəkatlarından birində- Cənubi Niderland, alman torpaqları, Avtriya, Çexiya, İtaliya və Fransanı əhatə edən beginlər hərəkatında, həmçinin ona yaxın olan beqardlar və franstiçelli (“qardaşlar”) hərəkatlarında gösterdi. Olivinin baxışları təriqətçilərə böyük təsir göstərdi. Təriqətçilər (xüsusilə Cənubi Fransa beginləri) onu özlərinin ruhani atası hesab edirdilər.
Onlar ən qətiyyətli əhvali-ruhiyyəyə malik olan hissəsi Olivinin katolik kilsəsi və papalığın məhv olacağı haqqında peyğəmbərliyini tezliklə “ilahi çevrilmiş” olacağının (hetta bu çevrilişi konkret vaxtları -1325, 1330, 1335-ci illərdə müəyyən olunurdu) qabaqcadan xəbər verillməsi kimi izah edirdilər; “ilahi çevriliş” nəticəsində elə bir cəmiyyət yaranacaqdır ki, həmin cəmiyyətdə “heç kəs öz yaxın admını incitməyəcək” və hər cür əmlak ümumi olacaqdır. Bununla yanaşı beginlərin mühüm hissəsi burger burger təriqəti mövqələrində qaldı; “ kilsə qayda –qanunları”nı tənqid etməklə kifayətləndi. “Azad ruh” məzhəbindən olan cürbəcür zahidlik təriqətləri Almaniya, Flandriya və Şimali Fransa torpaqlarındakı beginlərə və beqardlara yaxın idilər. “Azad ruh “ zahidlik təriqətləri, artıq adı çəkilmiş, XIV əsr alman ilahiyyatçıları- zahidləri Ekkart və çəkilmiş, XIV əsr alman ilahiyyatçıları-zahidləri Ekkart və başqalarının təlimlərinin təsiri altında idilər. Bu təriqətlərin tərəfdarları öz diqqətlərini insanın özündə, onun daxili aləmində azad “ilahi ruh” axtarmağa cəmləşdirirdilər. Bu meyllər və həmin meyllərə xas olan panteizm ünsürləri onları kilsənin gərəksizliyi ideyasına gətirib çıxarırdı. Lakin onlar ictimai, antifeodal tələblər irəli sürmürdülər; bu təriqətlər, bir qayda olaraq, burger təriqətlər irəli sürmələr; bu təriqətlər, bir qayda olaraq, burger təriqətlərindən ibarət idilər.
XV əsrdə ən mühüm təriqətçilik hərəkatları ingilis lollardçılığı və qusçuluq(husculuq) idi.XV əsr lollardlarının böyük əksəriyəti, Con Bollun daha erkən ardıcıllarından fərqli olaraq, burger tipli dinc təriqətçilər idilər; hərçənd onların mühüm hissəsi sadə zəhmət adamları –kasıb şəhər və kənd sənətkarları və tacirləri kəndlilər və hətta kənd təssərüfatı fəhlələri, habelə yoxsul məhəllə keşişləri idilər. Lollardların əsas kütləsi Con Biklif təliminə əsaslanırdı. Onlar ruhaniləri kəskin tənqid edir, kilsə ondanbirinə qarşı çıxır, kilsə əmlakının müsadirə olunmasını, hamı üçün o cümlədən dünyəvi adamlar üçün, vəz azadlığı, ibadətin ana dilində olmasını tələb edir, lakin mövcud quruluşa toxunmurdular.
XV əsrin 30-cu illərində kəndli-plebey kütlələrinə məxsus əmlak ümumiliyi və bərabərliyi ideyaları təbliğ edən kiçik birlollard qrupu istisna təşkil edirdi. Lakin bu qrup, təşkilat baxımından, ümumi hərakatdan ayrılmamışdı. XV əsrin əvvəlində Çexiyada meydana gələn və bu vaxta qədər orada yayılmış bir çox təriqətləri özünə birləşdirən qusçu təriqəti son dərəcə müxtəlif ictimai təbəqələri öz ətrafına cəlb etmişdi. Qusçuluq ilk əvvəl Yan Qusun (Husun) mülayim burger təliminə əsaslanırdı; bu təlim, habelə çex cəmiyyətinin bütün təbəqələrinin alman ağalığı və papa əmirliyindən azad olunmaq arzularını əks etdirirdi. Lakin hərəkat sonradan iki cəbhəyə parçalandı; burger tipli təriqətçilərdən ibarət olan mülayim cəbhə-çaşniklər (fincançılar ) cəbhəsi və radikal cəbhə -taborçular cəbhəsi; taborçular cəbhəsində XV əsrin 20-ci illərinin əvvəlində, tezlikləyer üzərində ilahi səltənətin bərqərar olacağı haqqında inqilabi kəndli-plebey ideyaları, xüsusilə xiliazm ideyaları üstünlük təşkil edirdi.
Dostları ilə paylaş: |