Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XII-XIII əsrlərdə papalığın yüksəlişinin ictimai və siyasi zəmini



Yüklə 3,06 Mb.
səhifə215/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   211   212   213   214   215   216   217   218   ...   263
Orta srlr tarixi S D Skazkin

XII-XIII əsrlərdə papalığın yüksəlişinin ictimai və siyasi zəmini.

XII-XIII əsrlərdə katolik kilsəsinin nüfuzu və papalıq daha da güclənir həmin proses bununla əlaqədar idi ki, o zaman Qərbi Avropa ölkələrinin çoxu feodal dağınıqlığı vəziyyətində idi. Güclü mərkəzləşmiş dövlətlərin olmadığı şəraitdə, bu zaman üçün öz qüdrətini artırmış olan kilsə müəyyən bir müddət ərazində bütün ölkələrdə nüfuzu olan yeganə qüvvə idi. Engelsin fikrincə bu dövrdə katolik kilsəsi “feodalizm sisteminin böyük beynəlmiləl mərkəzi idi”.Papalıq feodal dağınıqlığından məharətlə öz mənafeyinə uyğun istifadə edirdi. Onun ayrı-ayrı Qərbi Avropa ölkələrində başlıça dayağı kilsə iyerxariyasının nümayəndələri hər şeydən əvvəl, adətən çox geniş toxunulmazlıq imtiyazlarına malik olan yepiskoplar və monastrlar idilər. Lakin eyni zamanda həm öz ölkələrinin kralının, həm də bir kilsə başçısı kimi papanın vassalı olan və bir çox cəhətdən hər ikisindən aslı olan bu adamlar ayrı-ayrı dövrlərdə müxtəlif cür mövqe tuturdular. Onları bir çoxu öz ölkələrində mərkəzi hakimiyyətin qüvvətlənməsinə tərəfdar idilər və buna görə də papalığığın ifrat teokratiya iddialarına rəğbət bəsləmirdilər; digərləri əksinə papa siyasətini öz ölkələrində qızğın surətdə həyata keçirir, mərkəzi


hakimiyyətin qüvvətlənməsinə mane olur və mərkəzi hakimiyyətdən ayrılmağa çalışan feodal çıxışlarını müdafiə edirdilər.

XII-XIII əsrlərdə papalıq öz nüfuzunu qüvvətləndirmək üçün dövrün bütün ən mühüm hadisələrindən istifadə edirdi. O, Şərqə qarşı xaç yürüşlərinin təşkilatçısı kimi çıxışedirdi; İspaniyada Rekonkistaya “xristian dünyasını kafirlərdən qorumaq” kimi dini səciyyə verirdi; Kilsə bütpərəstlər arasında xristianlığın yayılması şüarı altında alman cəngavərlərinin slavyan və Pribaltika xalqalarına qarşı qarətkarlıq yürüşlərini müqəddəsləşdirirdi. Papalıq feodalizmə qarşı xalq hərakatları və təriqətlərinin yatırılmasında fəal iştirak edirdi.


Kilsə və onun başçısının-papanın siayasi nüfuzu, həmçinin Roma kruyasının maliyyə qüdrətinə əsaslanırdı. Bura ibəil Avropanın bütün katolik ölkələrindən mühüm pul məbləği-kilsə torpaq mülklərinin gəliri, kilsə ondabiri olaraq, xaç yürüşləri üçün toplanan rüsumlar və başqa kilsə vergiləri axıb gəlirdi. Çox vaxt Avropanın dünyəvi hakimiyyəttinin maliyyə ehtiyatlarından çox artıq olan böyük vəsaitə malik papalar fəal xarici siyasət yeritmək imkanına malik idilər.Qərbi Avropada kilsə və papalığın qüdrətinin möhkəmlənməsinə bir də bu kömək edirdi ki,o hələ də cəmiyyətin bütün əqli və məfkurə həyatı üzərində öz hakimiyyətini saxlamaqda idi.


Papa II Kalikst 1123-cü ildə uzun sürən fasilədən sonra Roma I Lateran kilsə məclisi çağırdı.Bu kilsə məclisi 1122-ci ildə bağlanmış Vorms sazişini təsdiq etdi .O zamandan belə kilsə məclisi müntəzəm olaraq çağrılırdı.


XIII əsr papalığın beynəlxalq nüfuzunun da ən qüdrətli çağı idi. Bu, artıq, III İnnokentinin papalığı (1198-1216) zamanı özünü biruzə verdi.O kilsə hakimiyyətinin dünyəvi hakimiyyətdən üstün olması ideyasını VII Qriqoridən daha fəal müdafiə etdi və dünya ağalığı iddiası irəli sürdü.





  1. İnnokenti Papa vilayətindəki bütün mülklərini bərpa etdi və onun sərhədlərini xeyli genişləndirdi; bir ara o hətta Sicilya krallığınında hakimi oldu. III İnnokenti papa kursiyasına bütün katolik dünyasında ali məhkəmə pilləsi vardı. O, ingilis kralı Torpaqsız İohanın, Araqon və Portuqaliya krallarının özlərini onun vassalı hesab etmələrinə nail oldu. III İnnokenti və onun varisləri ümumavropa münsifi rolu oynamaq iddiasına düşərək öz elçıləri vasitəsilə daim Qərbi Avropa dövlətlərinin işlərinə qarışırdılar.

Papa seçkiləri ətrafında çox zaman, uzun müddət davam edən uzun-uzadı mübarizənin qarşısını almaq üçün 1274-cü ildə II Lion kilsə məclisi müəyyən etdi ki, yeni papa seçməyə toplaşmış kardinallar xarici aləmdən tamamilə təcrid olunmalı-“qıfıl altında” olmalıdırlar” buradanda kardinalların seçki sessiyası “konklav” adı aldı. Əgər kardinallar üç gün ərzində seçkini qurtarmasaydılar, onların yemeyi nahar və şam üçün bir boşqab yeməklə məhdudlaşdırılmalı idi. Beş gün keçdikdən sonra kardinalları ancaq çörək və suyun ümidinə qoyur və bundan sonra keçən konklav müddəti üçün onlar öz kilsələrinin gəlirlərindən məhrum edilirdilər.





  1. Lion kilsə məclisində (1225) monqollara qarşı birgə mübarizə aparmaq zərurəti barədə qərar qəbul etdirməklə papalar özlərini XIII əsrin ortalarında Qərbi Avropanın başı üstünü almış “tatar təhlükəsi”nə qarşı mübarizələr qələmə verməyə çalışırdılar. Lakin həqiqətdə papa Avropa xalqlarının bu basqına qarşı mübarizəsinə başçılıq etməyə cəhd göstərmirdi. O və onun varisləri monqol xanlarının köməyi ilə Rus torpaqlarında katolizm təsirini yaymaq ümidi ilə, ancaq onlarla – monqol xanları ilə danışıqlar aparmaq üçün yollar axtarırdılar.

Papa VIII Bonifasi (1294-1303) Palaığın nüfuzunu daha artıq qaldırmağa çalışaraq 1300-cü ildə “kilsənin yubleyinin” bayram olunmasını təşkil etdi. O, bu münasibətlə həmin bayramda iştirak edənləri “günahlarının bağışlandığını” etdi və xüsusi indulgensiyalar- günahların bağışlanması barədə fərmanlar buraxdı ki, fərmanlar da pulla satılırdı. Bu vaxtdan etibarən oluqca gəlirli indulgensiya satışı bütün katolik ölkələrində geniş yayıldı. VIII Bonifasi, bütün qüvvəsi ilə mürtece papa teokratiyası ideyalarını əməli olaraq həyata keçirməyə cəhd göstərdi. 1302-ci ildə o, “Unam snctam” bullası verdi. Həmin bullanın son müddəasında deyilirdi: “Hər bir xəlq olunmuş insanın Roma baş keşişinə itaət etməsi qurtuluş üçün vacib şərtdir”. Bununlada papa hakimiyyəti yer üzərində ali hakimiyyət elan olunurdu. VIII Bonifasinin bullası papanın allahın yerdə müavini kimi tanınmasını tələb edir, dünyəvi hökmdarların hakimiyyətinin papanın səlahiyyətindən aslı oluğunu bildirirdi; bulla universal teokratiya mütləqiyyəti (daha dəqiqi irekratiya mütləqiyyəti, yəni ruhanilərin idarə etdiyi mütləqiyyət) elan edirdi.


Lakin öz sələfləri VII Qriqori və III İnnokenti kimi VIII Bonifasinin iddiaları da əməli olaraq həyata keçirilə bilməzdi. Belə ki, bunun üçün nə iqtisadi, nə də siyasi zəmin vardı. Bu dövrə dövlət mərkəzləşdirilməsi prosesi milli dövlətlər- Fransa, İngiltərə və başqa dövlətlər çərçivəsində kral hakimiyyəti tərəfindən həyata keçirilirdi. Papa siyasəti bu mütərəqqi proseslə barışmaz ziddiyyətdə idi. Tarixi inkişafın gedişi göstərdi ki, papanın dünyəvi hakimiyyəti üzərində üstünlük ideyası həmişə həm son dərəcə mürtəce, həm də xəyali olmuşdur.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin