Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


IX-XI əsrlərdə papalığın tənəzzülü.Kluni hərəkatı



Yüklə 3,06 Mb.
səhifə214/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   210   211   212   213   214   215   216   217   ...   263
Orta srlr tarixi S D Skazkin

IX-XI əsrlərdə papalığın tənəzzülü.Kluni hərəkatı

IX əsrin ikinci yarısından etibarən papalığın, demək olar 200 ilə qədər davam edən tənəzzül dövrü başlanır. Karolink imperiyasının bölüdürülməsindən İtaliya siyasi cəhətdən pərakəndə vəziyyətdə qaldı. Papa bir feodal hakim kimi İtaliya feodalları içərisində ən qüdrətlisi olmaqdan çox geri qalırdı. Italiya feodallarının öz təsiri altına salmaq iqtidarında olmayan papa ayrı-ayrı feodal qruplarının ara mübarizəsində bir alətə çevrildi; bəzən də bu ara mübarizələrinin qurbanı oldu. Frank imperiya imperiyasının dağılması papalığın bundan əvvəlki dövr ərzində avropanın başqa ölkələri və vilayətlərinin ruhaniləri ilə əlaqələrnini müvəqqəti olaraq pozdu. Bununla palağın ümum avropa nüfuzu və maliyyə əsası qismən sarsıldı.


Papalığın tənəzzülündən istifadə edən iri feodallar, artıq onunla hesablaşmır, papalara məxsus torpaqları ələ kecirirdilər. I Otton zamanında Roma imperiyası adlanan imperiyanın yaranmasından sonra papa taxtını ,demək olar, yüz il ərzində Almaniya imperatorlarının əlaltıları zəbt etdilər. Yerlərdə isə kilsə getdikcə ayı-ayrı dünyəvi hakimlərdən aslı vəziyyətə düşürdü.


Papalığın tənəzzülü yepiskop və arxiyepiskopların hakimiyyətinin güclənməsinə səbəb oldu. Onlar ümümkilsə mənafeini özlərinin siyasi mənafelərinə və varlanmaq cəhdlərinə tabe edən feodal kinyazlara çevrildilər. Kilsə getdikcə daha artıq “dünyəviləşir”,yoxsulluq və zahidlik (tərki-dünyalıq) idellından getdikcə uzaqlaşırdı ki, bu da onun nüfuzunu və kütlələrə təsir qüvvəsini sarsıdırdı.


Bununla əlaqədər olaraq rahiblər içərisində kilsənin mənəvi nüfuzunu və dünyəvi hakimlərə münasibətində onun müstəqilliyini möhkəmləndirməyə, qüvvətli kilsə təşkilatı yaradılmasına, o cümlədən papa hakimiyyətinin gücləndirilməsinə yönəlmiş hərəkat başlandı.





  1. əsrin əvvəlində həmin hərakata Kluni monastrı (Farnsa burqundiyasında ) başçılıq edirdi.

Bu monastr, çox keçmədən, böyük monastr birliyinin ( XII əsrin sonlarına doğru Kluni monast birliyinə Fransa,Almaniya,İtaliya, İngiltərə və İspaniyanın 2000-ə yaxın monastrı daxil idi) mərkəzi oldu. Kluni abbatı bilavasitə papaya tabe idi: sərt nizamnamə monastrların yalnız dünyəvi hakimlərə deyil , həm də yerli yepiskoplara da tabe olmasına yol vermirdi. Nizamnamə subaylıq əhdini (“selibat”ı) pozmamağı rahiblərdən ciddi surətdə tələb edirdi. Kluniçilər , həmçinin kilsə vəzifələrinin satılmasına (“simoniya”ya) və yepiskopları,arxiyepiskopları dünyəvi hakimlərin təyin etməsinə qarşı çıxırdılar. Kluniçi təbliğatın müvvəffəqiyyətini təmin


etmək üçün monastrlarda kilsə ruhunu kök saldığı kitabxanalar və məktəblər açırdı. Rahiblərə fiziki əməklə məşğul olmaq qadağan edildi.

Kluni hərakatından, həmçinin iri feodal əyanların bir qismi də istifadə etdi. Onlar bu hərakatdan bir tərəfdən kral hakimiyyətinə və onu müdafiə edən yepiskoplara qarşı mübarizə üçün, digər tərəfdən isə xalq çıxışlarına və bu zaman qüvvətlənən təriqətçilik hərakatlarına qarşı bir vasitə kimi istifadə etdilər. X-XI əsrlərin bir çox feodal senyorları Kluni monastrlarına səxavətlə torpaq bəxşişləri verir,çox vaxt özləridə bu monastırlarda zahidliyə qapılır və Kluni islahatını qızğın mudafiə edirdilər.


1059-cu ildə Romada Lateran kilsə məclisində Kluni hərəkatının əsas başçılarından biri rahib hildebrand (sonralar papa VII Qriqori) papa seçkilərində yeni qayda tətbiq olunması barədə qərar qəbul etdirə bildi: bundan sonra papaları imperatorların və ya başaq dünyəvi hakimlərin mudaxiləsi olmadan kardinallar seçməli idilər.


Papa olduqdan sonra VII Qriqori( 1073-1085) özünün “Papanın hökmü” adlı əsərində papa teokratiyası proqramını irəli sürdü. O, papa hakimiyyətinin dünyəvi hökmdarların hakimiyyətindən üstün olduğunu israr edirdi. Bu cəsarətli və mətin siyasətçi bütün fəaliyyətini öz proqramının həyata keçirilməsinə yönəltdi. O, alman kralı (sonralar imperator) IV Henrixlə şiddətli mübarizə apardı. Investitura üstündə munaqişə bu mübarizə üçün bəhanə oldu. Cənubi İtaliyanın normand hersoqları onun arşısında vassallıq andı içdilər və öz torpaqlarını “Müqəddəs Pyotra bəxşiş” olaraq ona verdilər. VII Qriqori Macarıstan karllığında və İngiltərə kralı İşğalçı Bilhelmdən də bu cür etməyi tələb etdi.O, İspaniya və Çexiyada, Danimarka və Dalmasiyada, Korsina və Sardinyada da buna bənzər siyasət yeridirdi. Böyük rus knyazı Yaroslav Mudrının oğulları arasındakı ara mübarizələridən istifadə edən papa onun oğullarından birinə- İsyaslava, Kiyev knyazı olduqdan sonra Roma taxtının vassallığını qəbul etməsi şərti ilə, kömək vəd etdi.


VII Qriqori papalığın nüfuzunun və katolik kilsəinin möhkəmlənməsinə nail oldu. Lakin onun teokratiya ideaları və universal papa mütləqiyyəti yaratmaq planları həyata keçmədi. Onun siyasəti Fransa və İngiltərədə məğlubiyyətə uğradı; Almaniyada tam müffəqiyyətlə sona çatmadı. İmperator IV Henrixlə uzunsürən mübarizəsinin sonunda papa, Romanı tərk etməyə və İtalyanın cənubuna qaçmağa məcbur oldu. O buradada öldü.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin