Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə205/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   201   202   203   204   205   206   207   208   ...   263
Orta srlr tarixi S D Skazkin

& 2.Bizans XIII- XV Əsrlərdə

Daxili mübarizə nəticəsində zəifləmiş Bizans XIII əsrin lap başlanğıcında xaçlılar (səlibçilər) üçün asan qənimət oldu. Dördüncü xaç yürüşünü Konstantinopol divarlarına doğru yönəldən Venetsiya. Almaniya imperiyası Papalığ Bizans imperiyasına zərbə vurdular.


Nəticədə, müvəqqəti olaraq, Bizansın varlığına son qoyuldu. Xaçlılar Konstantinopolu dağıtdıqdan sonra imperiya parçalanmağa başladı; bu isə imperiyanıb bütün sosial-iqtadi və siyasi inkişafının gedişində hazırlanmışdı. Feodal didişmələrinin sarsıtdığı əyalətlər Konstantinopolun köməyinə gəlmədilər. Tezliklə, onlar da istilaçıların qurbanı oldular. 1204-cü ildə Bizansın xarabaları içərisində yeni, süni sürətdə yaradılmış dövlət - Latın imperiyası (yunan imperiyası olan Bizansdan fərqləndirilərək belə adlandırılmışdı) meydana gəldi. Bu imperiyaya xaçlıların seçdikləri imperator Flandriyalı Balduni (1204-1205) başçılıq edirdi. Patriarx taxtını Venetsiyanın əlaltısı olan ali katolik ruhanisi Tomazo Morozini tutdu. Latın imperiyasının pravoslav kilsəsi Roma papasının başçılığını qəbul etməli idi.


Konstantinopolu ələ keçirən qaliblər, yalnız bütün Bizans torpaqlarını deyil, həmçinin Balkan slavyanlarının torpaqlarını da əhatə edən böyük bir dövlət yaratmaq xəyalında idilər. Lakin bu xam xəyal idi. Doğrudur, Qərbi Avropa feodalları Frakiyanı, Makedoniyanı, Fessaliyanın bir hissəsini, Orta Yunanıstanın şərq yarısını, Pelopennesi, Egey və İoni dənizi adalarını və Kiçik Asiyanın şimal-qərb hissəsində bəzi dayaq məntəqələrini ələ keçirə bildilər. Lakin öz hakimiyyətlərini bütün Balkan yarımadasına və Kiçik Asiyanın hər yerinə şamil edə bilmədilər. Balkanın yerli slavyan və yunan əhalisi cəngavərlərə inadlı müqavimət göstərdilər. Mübarizədə bolqar çarı Kaloyan başçılıq etdi. Onun ordusu 1205-ci ildə Adrianopol yaxınlığında xaçlıları sarsıdıcı məğlubiyyətə uğratdı. Xaçlıları Kiçik Asiyada uğursuzluq haqladı. Kiçik Asiya və Balkanda müstəqil dövlətlər Nikeya imperiyası (mərkəzləri Nikeya, Nimfey olmaqla Kiçik Asiyanın şimal-qərb hissəsində), Trabzon imperiyası ( Qara dənizin cənub sahili boyunda) və Korinf körfəzindən Dirraxiyaya ( Draça) qədər ərazini əhatə edən Epir istibdadı meydana gəldi.


Latın imperiyası Qərbi Avropa baronlarına məxsus feodal mülklərinin möhkəm olmayan birliyi idi. Onlardan ən iriləri bunlar idilər: Makedoniya və Fessaliyada Fessalonika krallığı, Peloponnisdə Axeya (Moreya) knyazlığı, Orta Yunanıstanda Afina-Fiva hersoqluğu. Ən iri ticarət mərkəzləri venetsiyalılara çatdı. Adrianopol, Mərmərə dənizində limanlar - Pedesto , Qallipoli , Peloponnesdə Koron və Modon, Egey dəniz adaları, Krit adadı, Konstantinopolun ticarət məhəllələri onların əlinə keçdi. Latın imperiyasında feodal dağınıqlığı hömkranlıq edirdi: bu dövlət feodal torpaq mülklərinə bölünmüşdü; burada ən mürəkkəb vassallıq sistemi tətbiq olunurdu. Eyni zamanda kəndlilərin feodal asılılığı güclənirdi. İşğalçıların tərəfinə keçmiş Bizans feodalları öz mülklərini saxlamışdılar. Qərbi Avropa feodallarının Bizansı işğal etməsi nəticəsində burada əmələ gəlmiş feodal təsisatları daha bitkin formaya düşdü.

Latın istilası Bizansın, o cümlədən bir çox inkişaf etmiş şəhərlərin, tənəzzülünə səbəb oldu. Qəsbkarların katolik qaydası ilə idabət tətbiq etmələri, yunanların dini etiqadı və adətləri ilə qətiyyən hesablaşmaları pravoslav əhalinin böyük narazılığına səbəb oldu. Yunan dövlətləri - Nikeya imperiyası və Epir istibdadı və həmçinin Bolqarıstan işğalçılarına qarşı müqavimət mərkəzi oldular. Nikeya imperiyası daha qüvvətli və iqtisadi cəhətdən davamlı çıxdı. Fəal Nikeya imperatoru III İoani Vatas (1222-1254) dövlətin möhkəmləndirilməsinə , feodal özbaşınalığının aradan qaldırılmasına, qüvvətli ordu yaradılmasına nail oldu. O, latın cəngavərlərini Kiçik Asiyadan sıxışdırıb çıxartdı, sonra isə Frakiyanı tabe etdi və Epir istibdadını özünün vassalına çevirdi.


Latınların ağalığına qarşı mübarizədə başlıca qüvvə xalq kütlələri idi.Vətənpərvərlik əhvali-ruhiyyəsi feodalların bir qismi içərisində də güclənmişdi. Bundan da Nikeya imperatorları Bizansın yadelli əsarətindən azad edilməsinə nail olmaqda istifadə etdilər.


Yunan xalqının öz istiqlaliyyəti uğrunda uzunsürən mübarizəsi nəticəsində, 1261-ci ildə, müvəqqəti olan Latın imperiyası süquta uğradı və onun xarabalıqları içərisində yenidən Bizans dövləti dirçəldi. Mahir və çevik siyasəti olan sonuncu Nikeya hakimi VIII Mixail Paleoloq (1259-1282) latın baronları və venetsiya tacirlərinin bütün düşmənlərini birləşdirə bildi. Latın imperiyasına qarşı mübarizədə o, kenyalıları öz tərəfinə çəkdi. Lakin Kenya donanmasının yardımı, əvvəllər venetsiyalıların istifadə etdikləri ticarət imtiyazlarının kenyalılara verilməsi bahasına satın alındı. 1261-ci ildə Mixail Paleoloqun qoşunları kenyalıların və Konstantinopol əhalisinin köməyi ilə paytaxtı ələ keçirdi. Bizans imperiyası bərpa olundu. İmperator taxtında isə VIII Mixailin şəxsində Paleoloqlar sülaləsi möhkəmləndi. Bu sülalə Bizans dövlətini bəzi fasilələrlə ta həmin dövlətin varlığına son qoyulana qədər (1261-1453) idarə etdi.


Lakin bərpa olunmuş Bizans imperiyası bir vaxtlar qüdrətli və geniş ərazilərə malik olmuş bir dövlətin yalnız kölgəsi idi. İndi bu dövlətin tərkibinə ancaq Kiçik Asiyanın şimal-qərbi, Frakiyanın və Makedoniyanın bir hissəsi, Fassalonika, Arxipelaqın bəzi adaları, Peloponnesdə bir sıra dayaq məntəqələri( Mistra, Monemvastniya, Mayna) daxil idi. Trabzon imperiyası və Epir istibdadı müstəqilliklərini saxladılar. Paleoloqların zamanında Bizans imperiyasını hər tərəfdən sıxışdırdılar: şərqdən türklər, şimaldan serblər və bolqarlar hücum edirdilər. Mixail Paleoloqun hakimiyyəti dövründə qərbdə yeni düşmən – Neapol – Siciliya kralı Anjulu Karl peyda oldu; venetsiyalılar Arxipelaq adalarının bir qismini, genuyalılar isə Qara dənizdə bir sıra dayaq məntəqələrini tutmuşdular; latın cəngavərləri Peloponnesdə və Orta Yunanıstanda öz mülklərini hələ də saxlayırdılar.


Son Bizans feodalizmi XIII-XV əsrin I yarısı və onun xüsusiyyətləri

Bizansın varlığının son iki əsr yarımı feodal münasibətlərin hökmranlığı dövrüdür. Azad kəndlilərin asılı feodal kəndlilərinə çevrilməsi prosesi başa çatır. Kəndlilərə bir feoadalin torpağından sərbəst şəkildə digərinin mülkunə keçmək qadağan olundu. Dövlət sərəncamları feodallara aça kəndliləri qəbul etməyi icazə vermir. Onları öz keçmiş ağalarına qaytarmağı tələb edirdi. Proniya olaraq bəxşiş verilmiş torpaq mülkləri , tamamilə, müəyyən müddətdə məhdudlaşdırılan şərti istifadə torpalarının Qərbi Avropa feodu və ya leni sayaq irsi mülklərə çevrilir. Kəndlilərin feodal asılılğının qəti olaraq qanunlaşmasında ekskussiya mühim rol oynadı. Toxunulmazlıq ( imunnitet) hüququu verilmiş feodallara onlardan asılı olan əhali üzərində geniş məhkəmə və inzibati hüquqlara malik olmaları barədə təminat verilirdi.


Son Bizans dövründə kəndlilərin asılılğı formaları müxxtəlif idi. Asılı kəndlilərin əsas qrupu - irsi isrsi torpaq istifadəçiləri ilə ( pariklər) ilə yanaşı , mənbələr də tez-tez yadlar və ya azadlar haqındada məlmat verilirdi. Bu kəndlilərdə torpağa görə asılı vəziyyətdə idilər. Lakin ona görə azad adlanırdılar ki, hələ vergi siyahilarina daxil edilməmişdilər. Adətən müəyyən müddət keçdikdən sonra feodallar azadları da pariklərin vəziyyətinə salırdılar. Asılı kəndlilərin feodal malikanələrində yaşayan müəyyən hissəsi təhkimli vəziiyyətdə idi. Feodallar öz şəxsi torpalarının bir hissəsinin məhsulun müəyyən payını almaq müqabilində payçı kəndliləri icarəyə verirdilər.


Kəndlilərdən alınan verginin bir hissəsi başlıca olaraq pul ilə alınan , heyat başı vergi adlanan vergi idi. Buna əlavə olaraq məhsul , əsas etibarı ilə taxıl və çaxır töycüsü də


ödənilirdi. Pariklər burada da ( əkinçiliyə və arabaçılığa ) gedirdilər. Doörudur, biyar kəndlinin sayı bİzansda da az idi, imperiyanın bir sıra vilayətlərin də ildə 12 gün , bəziləri isə həftədə 1 gün idi. Bununla yanaşı feodallar çoxlu əlavə rüsümlar - malqaradan , örüşlərdə istifadədən, balıq tutulması ə ov müqavilində , yağ və caxır çəkən dəzgahlardan istifadəyə görə ( Qərbi Avropa banaliteti kimi) haqq mehkemə və bazar kömrükləri vardır. Dövlət mülklərinin ağır yükü – möhkəmləndirilmiş hərbi məntəqələr tikmək və s. Habelə kilsənin xeyirinə ödənilən vergilərin ağırlığı kəndlilərin üzərinə düşürdü. XIV –XV əsrlərdə feodal rentası , xüsusilə müxtəlif cür vergilərin çoxalması hesabına artırdı.


XIII – XIV əsrlərdə Bizansda azad kəndli təbəqəsi qalmişdı. Azad kəndlilər başlıca olaraq, Kiçik Asiyanın, Pelononnesini və Epirin dağ rayonlarında yaşayırdılar. Bu yerlərlar də icma qayda – larının qalıqları qüvvətli idi. Nadir istisnalar nəzərə alınmamaqla son , Bizans icması, artıq, azad icma deyil, feodaldan asıkı olan təhkimli icma idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin