Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Norveç XII əsrin sonu – XIII əsrdə



Yüklə 3,06 Mb.
səhifə185/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   181   182   183   184   185   186   187   188   ...   263
Orta srlr tarixi S D Skazkin

Norveç XII əsrin sonu – XIII əsrdə.

Feodal münasibətlərinin inkişafı ilə ictimai mübarizədə kəskinləşdi. Bu mübarizə çox vaxt krala və onu müdafiə edən qulluqçu əyanlara qarşı çıxış formasını alırdı. ən böyük hadisə





Norveçdə baş vermiş vətəndaş müharibələri oldu.

Birinci

mərhələdə bu mübrizə taxt-tac

iddiaçılarının mübarizəsindən ibaret idi.

Lakin çox çəkmədən, bir tərəfdən cəmiyyətin

kəndli dövləti qüvvətləndirməkdə marağı

olan

feodallaşmış

elementləri



qulluqçu

əyanlar , digər tərəfdən isə , artmaqda olan istismardan

əzab

çəkən məzlum

kəndli

təbəbqələri bu mübarizəyə getdikcə daha fəal surətdə qarışmağa başladılar.

1174-cu

ildə

birgebeynerlər üsyanına fırıldaqçı Sverrir

başçıliq etdi.

Birgeynerlərn- yoxsullar

onun

qələbəsi ilə öz vəziyyətlərini yaxşılaşdıracalarına umid edirdilər. Lakin Sverrir (1184 – 1202) hakimiyyətə gəldikdən sonra iri torpaq sahiblərinin qqulluq adamlarının mənafeyinə uyğun siyasət yeritməyə başladı. Həmin iri torpaq sahibləri - qulluq adamları içərisində birgebeynerlər içərisindən çıxmışla vardır ki, bunlarda mübarizənin gedişində həmin mövqeyə qalxmışlar. Kilsə üzərində kralın ali hakimiyyətini bərqərar etməyə çalışan Sverrirlə ruhanilər arasında mübarizə o qədər şiddətləndiki papa kralı kilsədən kənar etdi, papa fərmanı ilə Norveçdə dini ayinlər qadağan olundu. Sverrir də, öz növbəsində, papanı müdafiə edən ali ruhaniləri Norveçdən qovdu. Kəndli üsyanları ara vermirdi. Çünki


feodallaşma prossesi və kəndlilərin müflisləşməsi müharibələr dövründə sürətlənmişdi. Xalq hərəkatı və , ancaq əski əyanlar və kilsə xadimləri Sverririn varisləri ilə barışdıqdan və yeni feodal sahibləri ilə birlikdə kral hakim iyyəti ətrafına toplaşdıqdıqdan sonra yatırıldı. Norveçdə kral hakimiyyəti XIII əsrdə kral Maqnus Qanuninin zamanında möhkəmləndi. O 1274 -cu ildə birinci ümumnorveç hüquq toplusu xatırlatdı kı, bu da vilayət, qanunnamələrini əvəz etdi. Yerli idarə orqanlarına kraldan asılı torpaq sahibləri- kralın vassalları başçılıq etməyə başladı. Kəndlilər siyasi həyatda iştirak etməkdən kənar oldular. Bununla belə, kilsə və dünyəvi torpaq sahibləri Norveç bondlarını şəxsi azadları qalıqlarından tamamilə məhrum edə bilməlidir. Norveçdə feodalizm zəif inkişaf etmişdi. Başqa skandinaviya ölkələrinə nisbətən isə daha zəif inkişaf etmişdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin