Skandinaviya ölkələri XI-XV əsrlərdə.
Skandinaviya ölkələrində feodalizmin inkişafının özünəməxsusluğu .
Antik dünyanın təsir dairəsindən kənarda inkişaf etmiş və yetkin feodal cəmiyyətlərinin təsirinə nisbətən gec məruz qalmış Skandinaviya ölkələrində - Dnimarka, İsveç və Norveçdə nəsli münasibətlərin və patriarxal köləliyin qalıqları uzun müddət davam etdi. Skandinaviyada erkən feodalizm dövrü XII-XIII əsrlərədək uzandı. Bu şəraitdə təşəkkül edən feodalizm xeyli dərəcədə özünəməxsusluğu ilə fərqlənirdi: Skandinaviya ölkələrində kəndlilərin şəxsi asılılığı və biyar çox yayılmamışdı. (Norveç isə bunların ümumiyyətlə nə olduğunu bilmirdi); feodalların len üzərindəki hüququ Qərbi Avropa ölkələrinə nisbətən məhdud idi; Vassallıq münasibətləri (feodal iyerarxiyası) isə daha az inkişaf etmişdi.
Skandinaviya ölkələrinin ləng inkişafı , xeyli dərəcədə , təbii – coğrafi şəraitlə izash olunur: iqlim burada nisbətən sərt idi; buzlaqlar və dağlıq ərazilər üstünlük təşkil edird; taxıl əkini üçün münasib yerlər az idi. Norveç və İsveçin dağlıq rayonlarının ancaq bəzi yerlərində əkinçiliklə məşğul olmaq üçün əlverişli şərait var idi; özü də əkinşilik olduqca aşağı səviyyədə idi. Maldarlıq böyük rol oynayırdı; meşəlik vilayətlərdə və şimalda – tundurada xəz dərili heyvan ovu və maralçılq inkişaf etmişdi; sahil boyunda isə balıqçılıqla məşğul olurdular. Skandinaviyalılar qədimdən mahir gəmiquraşdıran və dənizçi idilər. Skandinaviya yarımadasının ancaq cənub hissəsində- Skone vilayətlərində, habelə düzənlik Yutlandiya yarımadasında (yaxınlıqdakı adalarla birlikdə) əkinçilik üçün əlverişli şərait vardı. Ikitarlalı və üçtarlalı əkin sistemləri, torpağın dəmir gavahınlı kotanla becərilməsi Skandinaviyanın başqa vilayətlərinə nisbətən burada daha tez yayılmağa başladı.
Erkən orta əsrlərdə skandinaviyalıların ictimai-siyasi quruluşu.
Erkən orta əsrlərdə Skandinaviya əhalisinin əsas kütləsini azadlar-bondlar təşkil edirdilər. Bondlar xüsusi təsərrüfatları olan və tək-tək xutorlarda (Norveçdə və İsveçin bəzi rayonlarında) , ya da kiçik kəndlər halında (Danimarkada və İsveçin çox hissəsində) yaşayan əkinçilər, maldarlar, ovçular və balıqçılar idilər.
Danimarka icmalarında torpağın vaxtaşırı yenidən bölüşdürülməsi qaydası tətbiq olunurdu. Əkin torpaqları böyük ailələrin mülkiyyətində idi. Bu torpaqlar özgəninkiləşdirilə bilməzdi. Həmin torpalar odal adlanırdı. Hətta böyük ailələr parçalanmağa başladıqda onun tərkibindən ayrılan fərdi ailələr torpaq sahələrinə sərbəst sərəncam vermək hüququ əldə etmədilər. Nəsil üzvləri uzun müddət ərzində odal əldə etmək və onu ödənclə almaqda üstunluk hüququ əldə saxladılar. Meşələr, biçənəklər və başa yerlər bütün mahal əhalisinin ümumi mülkiyyətində qalırdı və ümumi mülklər (almendalar) adlanırdılar. Skandinaviya şəraitində sinifli cəmiyyətin təşəkkülü ləng gedirdi. Yerli özünü idarə oranları bondların vilayət və mahal xalq yığıncaqları olan tinqlər böyük rol oynayırdılar. Burda məhkəmə işləri başa çatdırılır, mübahisələr həll edılır, müxtəlif sazişlər bağlanırdı. Əyannların ictimai nüfuzu tədricən güclənirdi. Onların qüdrətinin mənbəyi, hər şeydən əvvəl mal-qara naxirları, ticarət və xüsusən bikinçilərin dəniz yürüşləri və basınları zamani ələ keçirilən sərvət idi. Nəsili əyanların torpaq mülklərinə malik olduğu yerlərdə onlar əsir qulları qisməndə yoxsullaşmış azad kəndliləri istismar edir, onlara istifadə üçün torpaq sahələri verirdilər. əkinçiliyin mühum rol oynadığı Yutlandıya yarımadasında və Skonede də mülkədarlara məxsus əkinləri olan mülklər meydana gəlirdi.
Bir tərəfdən əyanların qüdrəti artdıqca, digər tərəfdən isə azad kəntlilərin bir hissəsi onlardan asilı vəziyyətə düşdükcə siniflərin əmələ gəlməsi prosesi dərinləşir və dövlətin yaranması üçün ilkin şərtlər əmələ gəlirdi. Vikinq yürüşləri bu prosesı sürətləndirirdi.
Nəsli əynlar içərisində ayrılan ilk Skandinaviya kralları üçün müddət ərzində xeyli dərəcədə, tayfa və tayfa ittifaqı başçıları olaraq qaldılar. Bununla bele eyni zamanda siyası birliyin əsasları qoyulurdu. Danimarkada bu proses hələ VIII əsrdə başlanmış, X əsrin II yarısında Göygöz Haralt ( təqr. 950 – təqr.986 ) kral hakimiyyətinin xeyli mohkəmləndirmişdi. Konunq Gözəlsaçlı Harald IX əsrin sonunda Norveçin bır çox tayfa mahalini özündən asılı hala sala bildi. XI əsrin əvvəllərində Norveçin birləşdirilməsi əsasən başa çatdı. Lakin Norveçdə kral hakimiyyəti kifayət qədər möhkəm olmadı. Kral Ollaf Haradson (1016 -1028) ölkədən qovuldu və üsyana qalxmış kəndlilər və əyanlara qarşı mübarizədə həlak oldu. Norveç Danimarka ilə İngiltərəni birləşdirmiş Danimarka Kralı Knutun (1018 – 1035 ) geniş ərazili lakin mohkəm olmayan dovlətinin tərkibinə daxil edildi. Knutun olumundən sonra ço çəkmədi Norveç və İngiltərə öz müstəqilliyini bərpa etdi. İsveç ərazisində uzun müddət iki krallıq movcud oldu- şimala doğru mərkəzi upsala olmaqla sveylərin vilayəti və cənuba doğru qot ( yot) tayfalarının vilayəti. Bu vilayətlərin Upsala krallarının hakimiyyəti altında birləşdirilməsi XI əsrin əvvəllərinə yaxın baş verdı. Lakin hələ XII əsrdə də İsveç kralının hakimiyyəti çox məhdud idi. Ayrı – ayrı vilayətləri faktiki olaraq yerli əyanlar idarə edirdilər.
Öz vəziyyətini möhkəmləşdirməyə çalışan kral hakimiyyəti xristian kilsəsinə arxalanmağa çalışırdı. Lakin xristianlaşdirma kəndlilər və nəsli əyanların inadli müqavimətinə rast gəldi. Onlar bütpərəstliyin saxlanılmasında öz azadliqlarının qorunmasını görürdülər. Buna görədə kral hakimiyyətinin güclənməsinə qarşı mübarizə bəzən bütpərəstliyin saxxlanılması uğrunda mübarizə forması alırdı. Xristian kilsəsi skandinaviyada X əsrin sonu - XI əsrin əvəllərində möhkəmləndi.
Lakin bütpərəstlik hələ XII əsrdə də əti şəkildə aradan qaldırılmadı. Bununla belə feodallaşmanın mufəvvəqiyyətləri ilə birlikdə kilsənin nüfuzu da artdı. Təribən 1103-cü ildə LunddA umumskandinaviya arxiyepiskopluğu təsis olundu. Krallar kilsəyə səxavətlə bəxşişlər payladılar. Kilsə əlahiddə məhkəmə səlahiyyətləri əldə etdi. Və skandinaviyada feodal huui nüfuzunun yayıcısı oldu. Kilsə, oz xeyirinə torpağa sərəncam verməklə əlaqədar bəzi məhdudiyyətlərin ləğv edilməsinə nail oldu.
Dostları ilə paylaş: |