İTALİYA XIII-XV ƏSRLƏRDƏ
Şimali və Orta İtaliyada təhkimçilik hüququnun dəfn edilməsi
Əmtəə - pul münasibətlərinin erkən inkişafı və pul rentasının geniş yayılması nəticəsində Şimali və Orta İtaliya kəndlilərinin xeyli hissəsi artıq, XIII əsrin əvvəllərinə yaxın şəxsən azad idilər. XIII əsrdə, kəndlilərin şəxsi azadlıq alması Şəhər kommunalarının siyasəti buna çox kömək etdi. Şəhər kommunaları xüsusi dekretlərlə öz tabeçiliklərindən olan ərazilərdə təhkimçilik hüququnu ləğv edirdilər. 1256-cı ildə Boloniyada təhkimçilik hüququ bu cür, tənətənəli surətdə ləğv olundu. Boloniya hakimləri öz dekretlərini << Cənmət aktları>> adlandırırdılar. Həmin dekreütde 400 feodala məxsus 6 minə yaxın təhkimli kəndli azad olundu. 1289-cu ildə təhkimçilik hüququ, faktiki olaraq, Florensiyada da ləğv edildi. Şəhərlərin <> siyasəti bir neçə səbəblə izah olunurdu. Bununla onlar, birinisi, feodalların iqtisadi və siyasi baxımdan zəifləməsinə, ikincisi, vergi verən və xidmətə cəlb olunan əhalinin artmasına, üçüncüsü, şəkərin kənd təsrrüfatı məhsulları ilə təmin olunmasında feodalların inhisarını ləvğ etməyə nail olurdular; şəhərə gətirilən kənd təsrrüfatı məhsullarının qiymətini də şəhər hakimiyyət orqanları tənzim edirdilər. Nəhayət, kəndlilərin azad olunması şəhərlərdən ötrü sənətkarlıq istehsalının işçi qüvvəsinə artmaqda olan tələbatını ödəmək üçün lazım idi.
Bütün bu hadisələr,obyektiv olaraq, mütərəqqi olsalar da, onlar kəndlilərin vəziyyətini, heç də, yaxşılaşdırmadı. Məsələ burasında idi ki, kəndlilər azad olunarkən özlərinin, ənənəvi, torpaqdan istifadə hüquqlarını da itirdilər. Bu da kəndlilərin olanışığını birdən – birə pisləşdirirdi. Buna görə də təsadüfü deyildi ki, bəzən, şəhər hakimiyyət orqanları kəndliləri ağır cəza ilə qorxudaraq təhkimli vəziyyətdən imtina eyməyə məcbur edirdilər. Topaqdan istifadə hüququndan məhrum edilməklə azad olunmaları kəndliləri daha ağır şəkildə istismar etmək üçün şərait yaradırdı. K. Marks İtaliyada təhkimçilik münasibətlərinin dağılması prosesinin burada kapitalist istehsalının erkən inkişafı ilə bilavasitə əlaqədar olduğunu göstərir. Onun dediyi kmi, “kapitalist istehsalının hamıdan tez inkişaf etdiyi İtaliyada, təhkimçilik müansibətləri də hamıdan tez dağıldı. Burada təhkimli kəndli, torpaq üzərində, özü üçün, hər hansı bir mühüm zaman hüququ təmin edib qurtarmamış azadlığa buraxılır. Buna görə də azad olunma onu, dərhal, qanundan xaric edilmiş öroletara çevirir; üstəlik o, həmin saatdaca şəhərlərdə özünə yeni ağalar tapır”
XIII əsrin sonlarına yaxın Şimali və Orta İtaliya kəndlilərinin çoxu, artıq, şəxsən azad idilər. Onların bir hissəsi keçib şəhərlərə getmiş, usta köməkçiləri və muzdlu fəhlələrlə qaynayıb qarışmışdılar. Digər, torpaqdan məhrum edilmiş kəndlilərin daha mühüm hissəsi icarədarlara çevrilmişdilər: onlar icarəyə götürdükləri torpaqlardan müxtəlif şərtlərlə istifadə edirdilər. Məsələn, Toskanada yarılığa işləmə - yarıcılıq (messadriya) üstünlük təşkil edirdi. Bu icarə sistemində icarəçi becərdiyi məhsulun yarısını torpaq mülkiyyətçisinə verməli idi. Messadriya Şimali və Orta İtaliyanın başqa rayonlarında da yayılmışdı. Lakin bu yerlərdə,
hmçinin qısamüddətli payçılıq icarəsi (məhsulun 1/3 və ya 1/4 –i qədər) da yayılmışdı. Bundan başqa, əvvəlki kimi, əski feodal torpaqdan istifadə formaları – emfitebzis və libellari də geniş yayılmışdı.
XII-XIV əsrlərdə Messadriya, qismən də payçılıq icarəsinin başqa növləri, yarımfeodal xırda kəndli icarəsi forması idi. Yarılığa işləyən kəndlilər icarəyə torpaq sahəsi götürərkən, çox vaxt, torpaq sahibindən avadanlıq, iş heyvanı və toxum da alırdılar. Kəndli icarə müddəti qurtarmayınca birinci icarəyə götürdüyü torpağı qoyub gedə bilməzdi. əgər gedərdisə, geri qayıtmağa məcbur edilir və ondan elə ağır cərimə alınırdı ki, var – yoxdan çıxırdı. Yarım il qabaqcadan məlumat vermək şərti ilə yarılığa işləyən kəndlilər icarəyə götürdüyü torpaqdan azad surətdə çıxıb getmək hüququna malik idi. Lakin formal olaraq qəbul edilmiş bu hüquqdan, təcrübədə, demək olar, istifadə etmək mümkün olmurdu. Belə ki, icarəçi torpaq sahibinə ondan aldığı avadanlığı qaytarmalı, borcunu ödəməli, yayda isə, bundan əlavə, həmin ilin bütün məhsulunu verməli idi. Beləliklə, icarəçi, torpaq mülkiyyətçisindən kölə asılılığından düşürdü. həmin yarımfeodal xüsusiyyətləri ilə yanaşı yarlığa işləyən kəndlilər üçün kapitalist icaərsinin bəzi ünsürləri də səciyyəvi idi. Məsələn, icarəçi əməyindən başqa öz mayasının bir hissəsini də təsrrüfata sərf edirdi; torpaq mülkiyyətçisi isə həmin təsərrüfata torpaqdan savayı, toxum, avadanlıq və ya iş heyvanı formasında öz vəsaitinin digər hissəsini də qoyurdu. K. Marks, buna görə də, payçılıq icarəsini kənd təsrrüfatının feodalcasına təşkilindən kapitalistcəsinə təşkilinə keçid forması hesab edirdi. Torpaq münasibətlərinin bu yeni keçid formaları kənddə feodalizm quruluşunun əsaslarını sarsıdırdı.
Dostları ilə paylaş: |