Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sexlərin şəhər patrisiatı ilə mübarizəsi



Yüklə 3,06 Mb.
səhifə91/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   87   88   89   90   91   92   93   94   ...   263
Orta srlr tarixi S D Skazkin

Sexlərin şəhər patrisiatı ilə mübarizəsi

Şəhərlərin fedal senyorlarla mübarizəsi çox böyük hallarda şəhər idarəçiliyinin, bu və digər dərəcədə, şəhərlilərin əlin\ keçməsi ilə nəticələndi. Lakin bu zaman üçün şəhərlərdə, artıq, nəzərə çarpacaq dərəcədə ictimai təbəqələşmə getmişdi. Buna görə də feodal senyorlarla mübarizə bütün şəhərlilərin qüvvəsi ilə getse də onun nəticələrindən, adətən, şəhər əhalisinin yuxarı təbəqələri – mülk (ev) sahibləri, torpaq sahibləri, o cümlədən həmçinin feodal tipli torpaq sahibləri, sələmçilər, tranzit ticarətlə məşğul olan varlı tacirlər – topdan satiş tacirləri istifadə etdilər.


Bu, yuxarı imtiyazlı təbəqə məhdud, qapalı qrup olmaqla şəhər əsilzadələri (patrisiat) idi. Bu təbəqə öz sıralarına yeni üzvləri çətinliklə buraxırdı.Şəhər şurası, şəhər rəisi, habelə şəhər məhkəmə kollegiyası ( şeffen, eşeven, skabin) yalnız patrisiata mənsub olan adamalrın içərisindən secilirdi. Bütün şəhər idarəçiliyi, məhkəmə və mailiyyə, o cümlədən vergi qoyulması yuxarı şəhər təbəqələrinin əlində idi. Bütün bunlardan onlara mənafeyinə və şəhərin ticarət – sənətkr əhalisinin geniş kütlələrinin ziyanına istifadə olunurdu.


Lakin sənət inkişaf etdikcə və sexlərin rolu möhəmləndikcə sənətkarlar, xırda tacirlər, şəhər yoxsulları şəhərdə hakimiyyət uğrunda şəhər patrisiatı ilə mübarizəyə giridilər. Bu mübarizə XIII-XV əsrlərdə orta əsrlər Avropasının, deməy olar, bütün ölkələrində genişləndi və çox vaxt silahlı üsyanlara qədər olduqca kəskin xarakter aldı. Sənətkarlıq istehsalının çox inkişat etdiyi bir sıra şəhərlərdə (məsələn, Kölndə, Auqsburqda, Florensiyada) sexlər qalib gəldilər. Geniş miqyaslı ticarət və tacirlərin əsas rol oynadıqları digər şəhərlərdə isə mübraizədən yuxarı şəhər təbəqələri qalib kimi çıxdılar (məsələn, Hamburq,Lubek, Rostok və Hanza ittifaqının başqa şəhərlərində belə olmuşdu).


Lakin sexlərin qalib gəldikləri yerlərdə də şəhərin idarə olunması əsl demokratik idarəçilik olmadı. Belə ki, ən nüfuzlu sexlərin varlı yuxarı təbəqələri öz qələbələrindən sonar patrisiatın bir qismi ilə birləşdi və ən varlı şəhərlilərin mənafeyinə uyğun hərəkət edən yeni oliqaxnya idarəçiliyi qurdu.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin