Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodalizmə sadə əmtəə təsərrüfatı



Yüklə 3,06 Mb.
səhifə87/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   83   84   85   86   87   88   89   90   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodalizmə sadə əmtəə təsərrüfatı

Şəhələrdə cəmlənən əmtəə istehsalı və bununla əlaqədar olan mübadilə təkcə şəhərlərin özündə deyil, həm də kənddə məhsuldar qüvvələrin inkişafında çox böyük rol oynamağa başladı. Bilavasitə istehsalçıların – kəndlilərin natural təsərrüfatı tədriclə əmtəə münasibətlərinə cəlb olunur, ictimai əmək bölgüsünün daha da dərinləşməsi və ayrı –ayrı rayonların, təsərrüfat sahələrinin (əkinçilik, maldarlıq, mədən işləri, büxtəlif sənət növləri) ixtisaslaşması əsasında daxili bazarın inkişafına şərait yaranırdı.


Orta əsr əmtəə istehsalını kapitalist əmtəə istehsalı ilə eyniləşdirmək, yaxud bir çox burjua tarixçiləri (A. Pirenn, A. Dopş və bir çox başqaları) kimi, kapitalist əmtəə istehsalının başlanğıcını bilavasitə orta əsr əmtəə istehsalında görmək lazım deyildir. Orta əsr əmtəə istehsalı xırda, əlahiddələşmiş, getdikcə daha çox əmtəə mübadiləsinə cəlb olunan, lakin, özgə əməyini geniş miqyasda istismar etməyən əmtəə istehsalçılarının – sənətkarlar və kəndlilərin öz əməyinə əsaslanan sadə (qeyri – kapitalist) əmtəə istehsali və tərrüfatı idi: ictimai məhsulun ancaq az bir hissəsini bazar münasibətlərinə daxil edirdi; nisbətən məhdud bazara xidmət edir və geniş təkrar istehsalın olduğunu bilmirdi.


Sadə əmtəə istehsalı kapitalizmdən çox əvvəl və feodalizmdən qabaq meydana gəlmiş və mövcud olmuşdur. Bu istehsal müxtəlif ictimai formasiyaların doğurduğu şəraitə uyğunlaşmış və ona tabe olmuşdur. Sadə əmtəə istehsalı feodalizm cəmiyyəti üçün xas olduğu formada, bu cəmiyyətin doğurduğu əsaslar üzərində inkişaf etmiş və həmin cəmiyyətdə hökmranlıq edən şəraitdən asılı olmuşdur: bu cəmiyyətin təkamülünün ümumi qanunauyğunluqlarına tabe olaraq onunla birlikdə inkişaf etmişdir. Yalnız feodalizm cəmiyyətinin müyyən mərhələsində - xırda müstəqil istehsalçıların istehsal vasitələrindən ayrılması və işçi qüvvəsinin kütləvi müqyasda əmtəəyə çevrilməsi şəraitində sadə əmtəə istehsalı inkişaf edərək kapitalist əmtəə istehsalına çevrilməyə başladı. Bu vaxta qədər isə, orta əsr şəhəri feodalizm cəmiyyətində başlıca əmtəə istehsalı və mübadilə mərkəzi olduğu kimi, sadə əmtəə istehsalı da feodalizm cəmiyyəti iqtisadiyyatı və ictimai quruluşunun üzvü və ayrılmaz hissəsi olaraq qalırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin