Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Məhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsrrüfatından ayrılması



Yüklə 3,06 Mb.
səhifə84/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   80   81   82   83   84   85   86   87   ...   263
Orta srlr tarixi S D Skazkin

Məhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsrrüfatından ayrılması

X-XI əsrlər üçün Qərbi Avropanın tsərrüfat həyatında mühüm dəyişikliklər oldu. Feoal istehsal üsulunun möhkəmlənməsi ilə əlaqədar olaraq məhsuldar qüvvələrdə baş vermiş inkişaf, erkən orta əsrlər dövründə sənətkarlıqda daha sürətlə gedirdi. Bu özünü sənətkarlıq texnikası və vərdişlərinin tədriclə dəyişməsi və tərəqqi etməsində, ictimai isthsalın gtenişlənməsi və fərqlənməsində göstərirdi. Ayrı – ayrı sənəd növləri: metal əridilməi və emalı – hər şeydən əvvəl dəmirçilik və silahqayırma, parça istehsalı – kətan və mahud parçalar, dəri emalı, dulus çarxından istifadə olunmaqla daha təkmil gil qablar istehsalı, dəyirmancılıq və tikinti işləri xeyli təkminləşmişdi. Mədən işləri və müxtəlif peşələr – metal, duz çıxarılması, meşə materilaı, balıq, xəz dəri tədarükü, dəniz heyvanları ovlanması da inkişaf edirdi. Sənatkarlıq məmulatı ishesalı, getdikcə daha çox, kənd təsərrüfatından fərqlənən xüsusi əmək fəaliyyəti sahsəsinə çevrilirdi. Bu əmək fealiiyəti sahəsi, artıq kəndli əməyi ilə bir araya sığmır. Sənətkarın daha da ixtisaslaşmasını tələb edirdi.Elə bir məqam çatdı ki, sənətin müstəqil istehsal sahəsinə çevrilməsi labüd oldu.


Sənətin kənd təsrüüfatından ayrılması üçün digər zəmin, sonuncunun – kənd təsrrüfatının inkişafındakı tərəqqi oldu. Kənd təsrrüfatı alətləri və torpağı becərmə üsulları təkmilləşdikcə, xüsusilə bir neçə cüt öküz qoşulan dəmir kotan, habelə ikitarlalı və üçtarlalı əkin sistemləri hər yerdə yayıldıqca kənd təsrrüfatında əmək məhsuldarlığı artdı, daha çox daxili məskunlaşma və yeni torpaqların təsrrüfat baxımından mənimsənilməsi yolu ilə becərilən torpaqların sahəsi artdı. Taxıl və texniki bitkilər – kətan, çətənə, vayda, (parça boyamaq üçün maddə alınan bitki), zeytun və s. əkini genişlənir, bostançılıq, bağçılıq, üzümçülük və kənd təsrrüfatı ilə sıx əlaqədar olan çaxırçəkmə və yağçəkmə peşələri inkişaf edir və təkmilləşirdi. Mal qaranın, o cümlədən atların atların sayı artmış, cinsi yaxşılaşdırılmışdı. Atdan təkcə hərbi işdə deyil, nəqliyyat vasitəsi kimi də getdikcə daha geniş istifadə edilməyə başlandı; bəi rayonlarda atdan öküz əvəzinə əkinşilikdə də istifadə olunmağa başladı ki, bu da torpağın becərilməsini xeyli sürətləndirirdi.


Kənd təsrrüfatındakı bütün bu dəyişikliklər nəticəsində məhsuldarlıq artdı, kənd təsrrüfatı məhsulları istehsalı üçün sərf olunan vaxt azaldı; nəticədə kənd təsrüüfatı məhsullarının miqdarı da artdı. Feodal rentasının artmasına baxmayaraq, kəndlinin əlində öz istehlak ehtiyaclarını ödəmək üçün ishetsal olunandan əlavə, müəyyən qədər, artıq məhsul qalmağa başladı. Bu kənd təsrrüfatı məhsullarının bir hissəsini ixtisaslı sənətkarların hazırladıqları məmulata bümadilə etmək imkanı verdi. Bununla kəndli ona lazım olan bütün sənətkarlıq məhsullarının öz təsrrüfatında ishetsal etnək zərurətindən azad oldu.


Göstərilən iqtisadi zəminlə yanaşı I və II minilliklərin hüdudlarında orta əsr şəhərlərinin yaranması üçün zəruri olan mühüm ictimai şərtlərdə meydana gəldi: feodallaşma prosesi başa çatdı və bu yeni quruluşda dərin sinfi zidiyyətlər olduğunu aşkara çıxardı. Bir tərəfdən hakim sinif formalaşdı: nəticədə bu sinfi zinət şeylərinə olan tələbatı peşəkar sənətkarların artmasına səbəb oldu. Digər tərəfdən, getdikcə daha çox zülmə məruz qalan kənlilər getdikcə daha çox şəhərlərə qaçmağa başladılar. Qaçaq kəndlilər ilk şəhərlərin əhalisinin əsasını təşkil etdilər.


Şəhərin kənddən ayrılması

Beləliklə, X-XI əsrlər üçün Avropada sənətin kənd təsrrüfatından ayrılması üçün zəruri olan bütün çərtlər meydana gəldi. Əl əməyinə əsaslanan sənətkarlıq – xırda sənaye istehsalı kənd təsrrüfatından ayrılma prosessində bir sıra mərhələlərdən keçdi. Əvvəlcə, sənətkarlıq, başlıca olaraq, istehlakçının sifarişi ilə məmulat hazırlayan istehsal forması idi. İstehlaçı üçün məmulat bəzən materialından hazırlandı. Bu mərhələdə həmin istehsal forması, hər şeydən əvvəl, natural təsərrüfatın ayrılmaz bir hissəsi kimi kənddə, sonralar isə həm də şəhərlərdə fəaliyyət göstərir. Bu zaman əmtəə istehsalı hələ rüşeym xarakterində idi. Çünki əmək məhsulu bazara çıxmamışdı.


Sənətin inkişafında növbəti mərhələ, əsasən, sənətkarın müəyyən sifarişçi üçün deyil, bazar üçün işləməsi ilə səciyyələnir. Bu halda sənətkar,artıq, bazara müraciət etmədən yaşaya bilməzdi. Sənətkar əmtəə istehsalçısına çevrilir. Demək, kənd təsrrüfatından ayrılıb əlahiddələşmiş sənətkarlığın meydana gəlməsi əmtəə istehsalı və əmtəə münasibətlərinin yaranması, şəhərlə kənd arasında mübadilə meydana gəlməsi demək idi. F. Engels yazırdı: “İstehsalın iki əsas iri sahəyə - əkinçilik və sənətə ayrılması ilə bilavasitə mübadilə üçün olan istehsal - əmtəə istehsalı, onunla birlikdə isə ticarət meydana gəlir” Ayrı – ayrı istehsalçılar arasında mübadilə cəmiyyət üçün həyati zərurətə çevrilirdi.


Lakin sənətkarlıq məmulatı üçün satış bazarının məhdud olduğu, feoal hakimiyyətinin isə istehsalçını ondan ötrü zərurui olan müstəqillikdən məhrum etdiyi kəndəə əmtəə sənətkarlığının inkişafı üçün imkanlar olduğca məhdud idi. Buna görə də sənətkarlar kənddən qaçır və müstəqil təsrrüfatçılıq etmək, öz məhsullarını satmaq, zəruri xammal almaq üçün nisbətən əlverişli şərait tapdıqları yerlərdə məskən salırdılar.Sənətkarların bazar mərkəzləri və şəhərlərə köçməsi kənd sakinlərinin bu yerlərə ümumi axışın bir hissəsi idi.


Kəndlilərin, o cümlədən həm də hər hansı bir sənəti olan kəndlilərin kənddən qaçması





  1. zaman onların feodal zülmünə müqavimətinin ifadələrindən biri idi.X-XIII əsrlərdə (İtaliya

IX əsrdən) Qərbi Avropanın hər yerində yeni, feodal tipli şəhərlər coşğun surətdə artdı. Bu şəhərlər əhalisinin tərkibi, onun əsas məşğuliyyəti və ictimai quruluşuna görə kənd yerlərindən seçilirdilər.Beləliklə, sənətin kənd təsrrüfatından ayrılması nəticəsində ort əsr şəhərləri yarandı. Onların meydana gəlməsi feodalizm tarixində yeni mərhələ müəyyən etdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin