Anql – sakslar icərisində təbəqələşmə
Britaniyada məskən saldıqdan sonra ilk yüzilliklərdə anql – sakslarda kerllərlə yanaşı nəsli əyanlar – erllər də meydana gəldi. Erllər daha varlı və nüfuzlu, kerllərə nisbətən daha yüksək verkeldlə (qanbahası – tərç) qorunan adamlar idilər. Cəmiyyətin aşağı təbəqəsi qullar və yarımazad adamlardan ibarət idi ki, bunlar da, əsasən, əsarət altına salınmış kelt əhalisinin nümayəndələri idilər. Qullardan ya həyət – baca qulluqçuları kimi istifadə olunur, ya da onlara istifadə üçün kiçik torpaq parçası verib əyanlatın torpaqlarını becərtdirirdilər.Yarımazad letlər və unlilər (anql – saksların asılı hala saldıqları keltlər – uelslilər belə adlanırdılar) bir qayda olaraq, özgə torpağında yaşayır və öz ağalarına məhsulla töyçü verir, bəzən də ağa torpağında işləyirdilər. Keltlərin kiçik bir qismi öz torpaqları və azadlıqlarını saxlamışdılar.
Anql – sakslarda feodallaşma prosesinin başlanması VII əsrə aiddir. Bu dövr üçün kerllər içərisində əmlak bərabərsizliyi nəzərə çarpır və icma dağılmağa başlayır. VII əsrdən kral həm boş qalmış torpaqlar, həm də kerllərin yaşadıqları torpaqlar hesabına torpaq bəxşişləri paylamağa başlayır. Bu torpaq bəxşişləri xüsusi fərmanlarla rəsmiləşdirilirdi. Fərmanla bəxşiş verilən torpaq “boklend” (anql – saksca “vos” - fərman, “land” - torpaq) adlanırdı. Belə torpaq irsi vermək, vəsiyyət etmək, girov qoymaq,satmaq olardı. Bu artıq xüsusi torpaq mülkiyyəti idi. Həmin torpaq mülkiyyəti, adətən, kralın xeyrinə bir çox mükəlləfiyyətlərdən azad olunur, onun sahibi çox vaxt toxunulmazlıq hüququ əldə edirdilər.
Boklendin gəlməsi ilə İngiltərədə iri feodal torpaq mülkiyyəti inkişafa başladı. Azad icma üzvləri olan nql – sakslar tədriclə iri torpaq sahiblərindən asılı hala düşməyə başladılar. Bu həm anq – sakslar içərisində artmaqda olan əmlak bərabərsizliyi, həm də nəsli və hərbi – qulluqçu əyanların zorakılığı və təzyiqi nəticəsində baş veridi. Müflisləşmiş icma üzvlərinin asılı hala düşdükləri iri torpaq sahibləri anql – sakslarda “qlaford” (bu sözün nisbətən son forması olan lord “senyor” və ya “ağa” anlayışlarına müvafiq gəlirdi) adlanırdı. Lakin azad kəndlilərin əsas kütləsi uzun müddət, hər halda IX əsrədək, feodallaşma prosesinə ad cəlb olunurdu. Azad icma isə öz əhəmiyyətini saxlamaqda 0davam edirdi. Buna görə də əyanlar, kilsə və kral drujinaçılarının mülklərində, əsasən, kelt əhalisinin nəsillərindən ibarət olan qullar və yarımazadlar iştəyirdilər. İcmanın möhkəm olması və azad kəndlilərin uzun müddət qalması nəticəsində İngiltərədə (Avropanın kontinet hissəsinə nisbətən) kral hakimiyyəti və onun torpaq bəxşişləri iri topaq mülkiyyətinin yaranmasında və ümumiyyətlə feodallaşma prosesində xüsusilə böyük rol oynadı. Anql – sakson dövlətlərinin inkişafı və bu dövlətlərdə kral hakimiyyətinin möhkəmlənməsi ilə kral drujinaçılarının – “Qezitlər” in də əhəmiyyəti artırdı. Əski nəsli əyanlar (erllər) qismən onlara qarışdı, qismən də yeni hərbiçi – qulluqçu əyanlar tərəfindən sıxışdırıldılar.
İngiltərənin feodallaşmasına kilsə də bütün vasitələrlə kömək edirdi. Anql – saksların hələ VI əsrin sonunda (597-ci il də) başlanmış xristianlaşması yalnız VII əsrin ikinci yarısında əsasən başa çatdı. Yeni din anql – sakson cəmiyyəti hakim təbəqəsinin mənafeyinə cavab verirdi. Belə ki, bu din kral hakimiyyətini və onun ətrafında qruplaşmış əkinçilik əyanlarını gücləndirirdi. Kral və əyanların yepiskorlara və meydana gəlməkdə olan çoxlu monastırlara verdikləri torpaq bəxşişləri iri kilsə torpaq sahibliyinin inkişafına kömək edirdi. Vəsiyyət, hədiyyə torpağı özgəninkiləşdirməyin başqa formaları yolu ilə torpaq bəxşışləri almaqda marağı olan kilsə torpaq üzərində xüsusi mülkiyyətin inkişafını şirnikləşdirir və kəndlilərin asılı düşməsinin artmasına hər cür yolla haqq qazandırırdı. Buna görə də özlərinin xristianlığa qədərki işi ayinlərində icma qaydalarının dayağını görən azad anql – sakson kəndliləri xristianlığın yayılmasını inadlı və uzun sürən müüqavimətlə qarşıladılar.
Dostları ilə paylaş: |