Alman feodallarının Lababoyu slavyanlara qarşı təcavüzünün başlanması.
X əsrin ortalarından alman feodallarının şərqdə fəal qəsbkarlıq siyasəti başlayır.Bu siyasət slavyanlara qarşı yönəlmişdi.Həmin siyasət alman feodallarının öz torpaq mülklərini genişləndirmək və onlara tabe olan asılı adamların sayını artırmaq cəhdinin nəticəsi idi.Katolik kilsəsi bu siyasəti müdafiə edirdi.Çünki slavyan vilayətlərinin əhalisini öz dininə döndərmək niyyətində idi.Alman təcavüzünün ilk qurbanı saksların qonşuları- Lababoyu slavyanlar oldular.I Henrix bütün serb-lujitsa slavyanları qrupu, habelə bəzi başqa slavyan tayfaları (lüticlər,obodritlar) üzərində baş qoydu.Lakin başqa məsələlərdə bu tayfalar müstəqilliklərini saxlayırdılar: öz knyazlarından asılı idilər və öz adətləri ilə yaşayırdılar: alman feodalları onların daxili həyatına qarışmırdılar.Slavyanlara qarşı alman feodal təcavüzünün yeni mərhələsi I Ottonun hakimiyyəti dövründə başlayır.Bu zaman alman feodalları uzunsürən mübarizədən sonra Elba (Laba) ilə Oder (Odra) arasında yaşayan slavyan tayfalarını asılı hala salmağa və onları Almaniya imperiyası tərkibinə daxil etməyə müvəffəq oldular.İtaət altına salınmış slavyanlar üzərində ağalığı möhkəmləndirmək üçün onlar zorla
xristianlaşdırılırdılar.Slavyan torpaqlarının böyük amansızlıqla həyata keçirilən istilası X əsrdə, heç də həmişə zəbt olunmuş ərazilərin feodal mənimsənilməsi cəhdləri ilə əlaqədar olmurdu: çox vaxt bu istilalar bac vermə münasibətlərinin xüsusilə ağır formasının bərqərar olmasına gətirib çıxardı.
Slavyanlar dəfələrlə üsyana qalxmış, alman qarnizonları və məskunlarını məhv etmiş, xristianlıqdan imtina etmişdilər.X əsrin sonunda lababoyu slavyanlarının üsyanları nəticəsində alman feodalları, Serbiya - Lujitsa vilayəti istisna edilməklə, tutduqları slavyan torpaqlarını itirdilər.
Feodalizm quruluşu yaranmasının başa çatması.
Onuncu yüzillik ərzində Almaniyada cəmiyyətin feodallaşması prosesi, əvvəllər azad olan icma üzvlərinin böyük əksəriyyətinin feodal asılılığın cəlb olunması özünün əsas xüsusiyyətləri ilə başa çatır.
Bu prosesdə mühüm rol erkən feodal dövlətinə məxsus idi.Erkən feodal dövlətinin bütün daxili və xarici siyasəti feodalizmin təntənəsinə fəal surətdə kömək edirdi.Artıq I Henrixin siyasəti - qəsrlər tikilməsi və ağır silahlanmış atlı cəngavər qoşunlarının yaradılması feodallaşmanın gedişini əhəmiyyətli dərəcədə sürətləndirdi.Kral qəsrləri təkcə macar basqınlarını dəf etmək üçün dayaq məntəqələri deyil, həm də ətraf yerlərdə yaşayan əhalinin feodal istismarı mərkəzləri idilər.Yığma piyada xalq qoşunlarından atlı cəngavər qoşunlarına keçid azad icma üzvlərinin təbəqələşməsini sürətləndirdi, azad icma üzvlərinin yuxarı dairələri cəngavərlərin sırasına qarışır və bu yolla həmin sinfin tərkibinə daxil olurdu; azad icma üzvlərinin müflisləşmiş və buna görə də atlı hərbi xidmət göstərmək iqtidarında olmayan geniş kütləsi isə öz ictimai vəziyyətinə görə şəxsən asılı halda olan kəndlilərlə yaxınlaşırdı.Feodallaşma prosesinin sürətlənməsi üçün Ottonun kilsə islahatı daha böyük əhəmiyyətə malik idi.Kilsə torpaqlarında toxunulmazlıq hüququnun ( immunitetin-tərc.) inkişafı, toxunulmazlıq hüququ əldə etmiş kilsə mahallarının (kilsə immunitet mahallarının-tərc) hüquqlarının genişlənməsi azad icma üzvlərinin feodal istismarı dairəsinə cəlb olunmasına və onların təkmilləşdirilməsinə gətirib çıxartdı.
Başqa ölkələrdə olduğu kimi Almaniyada da feodalizmin təntənəsi, nəticə etibarilə, cəmiyyətdə məhsuldar qüvvələrin inkişafı sayəsində mümkün olmuş dərin daxili ictimai-iqtisadi irəliləyişlərin nəticəsi idi.Üçtarlalı əkin sisteminin yayılması, xüsusilə daxili məskunlaşma - boş yerlərin tutulması və meşələrin qırılması yolu ilə əkin sahələrinin artması, ölkənin cənub vilayətlərində üzümçülüyün genişlənməsi, kənd sənətkarlığınln inkişafı,X əasrdə kənd əhalisinin bir qismində sənətkarlığın əkinçi əməyində ayrılması meylinin nəzərə çarpması bunu göstərir.
Almaniyada feodalizmin qəti təntənəsi cəmiyyəti quruluşunda bundan əvvəlki icma quruluş ünsürlərinin aradan qalxmasına gətirib çıxardı.Yalnız bəzi ucqar yerlərdə (Frislandiya,Ditmarşen,Tirol, az bir surətdə - Saksoniya) hələ azad icma üzvləri təbəqəsi az-çox əhəmiyyətli dərəcədə qalmaqda idi.
Bu dövrdə asılı və təhkimli kəndlilərdən feodal istismarı hər şeydən əvvəl biyar formasında həyata keçirilir, müxtəlif töycülər də buna əlavə olunurdu.Biyarın hakim feodal rentası forması kimi geniş yayılması kəndlilərin xüsusilə ağır asılılıq formasını,şəxsi asılılığını,təhkimli asılılığını doğururdu.
əsrdə feodallar sinfinin daxili birləşməsi prosesində mühüm müvəffəqiyyətlər qazanılır: vassallıq münasibətləri yaranır, hakim sinfin iyeraraxiya quruluşu meydana gəlir.Feodal mülkü getdikcə daha çox ölkənin iqtisadi və siyasi həyat yerlərinə çevrilir. Ətraf yerlərin əhalisi üzərində inzibati və məhkəmə hakimiyyəti buradan başlanırdı.Bu mülkədara qeyri-iqtisadi X əsrdə alman erkən feodal dövləti böyük rol oynayırdı.Alman tayfalarının siyasi cəhətdən birləşməsi onun hüdudları daxilində baş verdi; tayfa ayrılığının qarşısı alınmağa başladı; alman xalqının əsasları yarandı.Məhz X əsrdə "almanlar" (tiusch,tiutsche,deutsch) termini, tayfa mənşəyi nəzərə alınmadan Almaniyanın bütün əhalisinin adını əks etdirən adi anlyışa çevrilir;920-ci ildə başlayaraq sənədlərdə "almanların krallığı" (latınca Regnum
Teutonicorum) ifadəsinə təsadüf olunur.
Lakin feodallaşma inkişaf etdikcə vahid erkən alman dövlətinin meydana gəlməsi və müvəqqəti olaraq qüvvətlənməsini mümkün edən ictimai əsas da getdikcə daha çox məhdudkaşırdı.Tayfa hersoqlarının siyasi cəhətdən mərkəzdən ayrılma meyillərini aradan qaldıran kral hakimiyyəti iri feodal torpaq sahiblərinin siyasi iddialarının artmasının qarşısını müvəffəqiyyətlə ala bilmədi.I Otton və varislərinin kilsə islahatı kilsə feodallarının kral hakimiyyəti ətrafında toplanmasında təsirli vasitə idi.Lakin bu kilsə müəssisələrinin kilsə mülklərini icma və allod torpaqları hesabına möhkəmləndirmək və onların əvvəlki mülkiyyətlərini asılılığa cəlb etmək üçün mərkəzi hakimiyyətin köməyinə ehtiyac hiss etdiyi dövrdə belə idi.Özünün xüsusi möhkəm qeyri-iqtisadi məcburiyyət aparatı olan kilsə mülklərinin yaranması müvəffəqiyyətlə başa çatdıqca çox geniş və yığcam ərazilərin sahibinə çevrilən iri kilsə feodalları iri dünyəvi sahibkarlar kimi artıq XI ısrin birinci yarısında getdikcə daha çox mərkəzi hakimiyyətə qarşı müxalifətə keçirlər.
Dostları ilə paylaş: |