Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə74/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   70   71   72   73   74   75   76   77   ...   263
Orta srlr tarixi S D Skazkin

Ottonun kilsə siyasəti

Xarici düşmənlərlə mübarizədə müvəffəqiyyətlərə baxmayaraq ölkədə kral hakimiyyətinin vəziyyəti, əvvəlki kimi, möhkəm olmayaraq qalırdı.Tayfa hersoqları kral hakimiyyətinin mərkəzləşdirmə siyasətinə inandlı müqavimət göstərdilər.Onlar, ancaq I Henrix hersoqluqların daxili işlərinə hər cür müdaxilədən imtina etdikdən sonra onun kral tituluna malik olduğunu qəbul etdilər.Lakin I Henrixin oğlu və varisi I Otton (936-973) hersoqların müstəqilliklərinin ləğv etməyə cəhd göstərdikdə bu üsyanla nəticələndi.


Bu mərkəzdən ayrılma cəhdlərinin qarşısını almaq və mərkəzi hakimiyyətin nüfuzunu möhkəmləndirmək üçün yerlərdə kral tituluna malik olduğunu qəbul etdilər.Lakin I Henrixin


oğlu və varisi I Otton (936-973) hersoqların müstəqilliklərini ləğv etməyə cəhd göstərdikdə bu üsyanla nəticələndi.

Bu mərkəzdən ayrılma cəhdlərinin qarşısını almaq və mərkəzi hakimiyyətin nüfuzunu möhkəmləndirmək üçün yerlərdə kral hakimiyyətinin siyasətini yeritməyə, onun etibarlı dayağı olmağa qabil olan təsirli idarəçilik orqanları yaratmaq zəruri idi.I Otton bu vəzifəni kilsə ilə ittifaqın köməyi ilə həll etməyə səy göstərdi.O kilsəni dövlətə xidmət etdirməyə çalışırdı.Bu ittifaqın maddi əsası kralın kilsə müəssisələrinə külli miqdarda torpaqlar bəxşi etməsindən ibarət oldu.Bu cür bəxşiş olunan torpaqların böyük əksəriyyəti I Otton və onun oğlu II Otton hakimiyyəti illərində paylanılmışdı. Kilsəyə torpaqlar baxşiş verilməsilə yanaşı bu torpaqlarda yaşayanlarla əlaqədar olaraq geniş siyasi hüquqlar da verilirdi.Kilsə toxunulmazlıq hüququ əldə etmiş ən iri feodala ( immunistə) çevrilirdi.Toxunulmazlıq hüququ almış kilsə mahalının (kilsə immunitet mahalının) ərazisində kilsə məhkəməsindən başqa hər hansı bir məhkəmə qadağan olunurdu.Kilsə müəssisələri asılı əhali üzərində ali (cinayət) məhkəmə hüququ əldə edirdilər.


Ottonun toxunulmazlıq (immunitet) imtiyazları kilsə müəssisələrinə genişdövlət səlahiyyəti verməklə onları faktiki olaraq dövlətin ən mühüm icra orqanlarına çevirirdi.Yepiskopluqlara və bilavasitə imperatordan ya kraldan asılı olan imperiya və ya kral abbatlıqlarına onların torpaq mülkiyyətinin hüdudlarından çox kənara çıxan ərazi üzərində kral bannı deyilən hüquq verilirdi.Kral bannı dedikdə krala və onun vəzifəli adamlarına məxsus olan dövlət funksiyaları və səlahiyyətlərinin ( məhkəmə, hərbi,inzibati və s.) toplusu başa düşülürdü.





  1. Otton kilsəyə səxavətlə torpaq mülkləri və siyasi hüquqlar paylamaqla onu möhkəm tellərlə taxt-taca bağlamağa, öz hakimiyyətinin itaətkar silahına çevirməyə çalışırdı.Bütün yepiskop və abbat vəzifələri kralın faktiki sərəncamında idi.Ruhanilər bu vəzifələrə yalnız namizəd irəli sürürdülər. Həmin namizədləri kral tədris edir və kral onlara vəzifə verirdi.Yepiskop və ya imperiya (kral) abbatı vəzifəsi boş qaldıqda onların torpaqlarından alınan bütün gəlir krala çatırdı.Buna görə də imperator (kral) boş qalmış həmin vəzifələrə adam təyin etməyə tələsmirdi

Kral ali kilsə əyanlarını inzibati, diplomatiya, hərbi dövlət xidmətlərinə cəlb edirdi.Otton qoşunlarının böyük hissəsini yepiskoplar və imperiya abbatlarının vassalları təşkil edirdilər ; çox vaxt həmin qoşun bölmələrinə döyüşkən yepiskop və ya abbat başçılıq edirdi.Kral hakimiyyətinin xidmətinə cəlb olunmuş və onun başlıca dayağı olan bu kilsə təşkilatı ədəbiyyatda imperiya kilsəsi (Reichskirche) adı almışdır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin