Almaniya krallarının İtaliya siyasəti və Müqəddəs roma imperiyasının yaranması.
Ottonun kilsə siyasəti, məntiqi olaraq, kral hakimiyyətinin Roma kilsəsinin başında duran papalıq üzərində nəzarətə nail olmaq niyyətinə düşməsi ilə başa çatdı.Papalığın tabe edilməsi siyasəti İtaliyanın işğal olunması və Böyük Karl imperiyasına bənzər bir imperiyanın dirçəldilməsi planları ilə sıx bağlı idi.I Ottonun bu niyyətini alman feodallarının çoxu müdafiə edirdi.Onlar kral hakimiyyətinin İtaliya siyasətini özlərinin zəngin italiyan torpaqlarının qarət olunması hesabına varlanmaları üçün əlverişli bir vasitə hesab edirdilər.Qəsbkarları dəf etmək üçün birləşməyə qabil olmayan, papalığın tənəzzül dövrünü keçirən siyasi cəhətdən dağınıq İtaliya ayrı-ayrı feodal quruplarının mübarizəsi - bütün bunlar Ottona öz planlarını həyata keçirməyi asanlaşdırırdı.O, 951-ci ildə çoxlu ruhani və dünyəvi alman feodallarının köməyinə arxalanaraq İtaliyaya özünün birinci yürüşünü etdi.
Bu yürüş nəticəsində Şimali İtaliya (Lombardiya) ələ keçirildi, I Otton isə lanqobard kralı titulunu qəbul etdi.10 ildən sonra o, papa ilə italiyan feodalları arasında mübarizənin növbəti kəskinləşməsində istifadə edərək yenidən İtaliyaya yürüş etdi.Bu yürüş nəticəsində I Otton nəhayət özünün şöhrətpərəst niyyətlərini həyata keçirdi.962-ci ilin əvvəlində Romada I Ottonun başına imperator tacı qoydu.Bu ərəfədə I Otton xüsusi müqavilə ilə papanın İtaliyadakı torpaqlarına olan iddiasını qəbul etdi.Lakin Almaniya imperatoru bu torpaqların ali senyoru elan edildi.Papa məcburi surətdə imperator qarşısında and içdi ki, bu da papalığın imperiyaya tabe olması ifadəsi idi.
Beləliklə,962-ci ildə başda Almaniya imperatoru olmaqla Müqəddəs Roma imperiyası meydana gəldi.Bu imperiyanın tərkibinə Şimali İtaliya və Orta İtaliyanın xeyli hissəsi, bəzi slavyan torpaqları,habelə, Cənubi və Cənub-Şərqi Fransanın bir hissəsi daxil idi.XI əsrin birinci inki.af;n;nyarısında Burqundiya krallığı (Arelat) da imperiyaya birləşdirildi.
Almaniya imperatorlarının yaratdıqları Roma imperiyası, şübhəsiz, mürtəce dövlət qurumu idi: bu imperiya Qərbi Avropada milli dövlətlərin meydana gəlməsi yolunda əngəllərdən biri idi.F.Engels göstərmişdir ki, "milli dövlətlərin yaradılması meyli... orta əsrlərdə ən mühüm tərəqqi vasitələridən biri idi".
İmperiya bu meyli həm Fransa, həm slavyan torpaqları, həm də xüsusilə İtaliyada həyata keçirilməsinə maneə olurdu.Lakin Müqəddəs Roma imperiyasının mürtəce xarakteri Almaniyanın, alman xalqının özünə münasibətdə xüsusilə qüvvətli şəkildə büruzə verdi.İmperator titulu və onunla əlaqədar olan dünya ağalığı iddiası milli alman dövlətinin yaradılması yolunda əngəl oldu, qüvvələrin Almaniyanın həqiqi milli mənafeyi ilə heç bir əlaqəsi olmayan işğalı İtaliya yürüşlərində sərf olunması ilə nəticələndi.
I Ottondan başlayaraq Almaniya imperatorları X əsrdə öz hakimiyyətlərinin çoxunu İtaliyada keçirir, papalarla münasibətləri yoluna qoymaqla məşğul olur, İtaliya feodalları ilə nəhayətsiz çəkişmələrdə iştirak edir və bu zəngin ölkənin tamamilə öz hakimiyyətləri altına salmaq üçün səmərəsiz cəhd göstərdilər.Kralın, demək olar, daim Almaniyada olmaması, təbiidir ki, iri alman feodalları üçün əlverişli olub onların müstəqilliyini artırır, ölkədə mərkəzdən ayrılmağa çalışan qüvvələri gücləndirirdi.
Dostları ilə paylaş: |