Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə78/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   74   75   76   77   78   79   80   81   ...   263
Orta srlr tarixi S D Skazkin

1070-1075 illərdə Saksoniya üsyanı.

Papalıq və öz düşmənləri ilə - Almaniyanın iri feodalları ilə toqquşmağa hazırlaşan IV Henrix kral hakimiyyətinin maddi əsasını gücləndirmək üçün Saksoniyanı kral mülkünə çevirməyə çalışırdı.Burada kral qalaları (burqlar) tikilir və hələ də qalmaqda olaan icma torpaqları fondu və kəndli tipindən olan allod sahiblərinə məxsus torpaqlar hesabına yeni kral mülkləri yaradılırdı,həmçinin kral cəngavərlərinin - ministerialların- feodallar sinfinin aşağı təbəqəsinin istifadəsinə verilmək üçün çoxlu torpaq mülkləri yaradılırdı.


Bütün bu tədbirlər Saksoniyada hələ qalmaqda olan azad kəndlilərin- allod sahiblərinin təhkimləşməsinə səbəb oldu.IV Henrix , bununla bərabər, Saksoniyada əvvəllər krala məxsus olan, lakin, iri feodallar tərəfindən ələ keçirilmiş torpaqları inadla geri qaytarmağa çalışdı.Kralın siyasəti 1070-ci ildə Saksoniyada üsyana səbəb oldu.Əvvəlcə sakson feodal əyanlarının yuxarı dairələri IV Henrixə qarşı çıxış etdi.Üsyanda, eyni zamanda, azad və asılı kəndlilər də iştirak edirdilər.Onlar Saksoniyanın yuxarı feodal dairələrini müdafiə etməkdən daha çox, azad icmanın qalıqlarını qoruyub saxlamaq uğrunda, özlərinin təhkimliyə çevrilməsinə qarşı çıxış edirdilər.


Mübarizənin ikinci mərhələsi (1073-1075) kəndlilərin kütləvi çıxışları ilə nəticələnir.Onlar kral qalalarını və kral mülklərinin təsərrüfat - inzibati mərkəzlərini dağıdırdılar.Otton Northeymlinin başçılığı ilə krala düşmən olan Saksoniya əyanları qrupu kəndlilərin müvəffəqiyyətlərindən öz mənafelərinə istifadə etmək məqsədi ilə üsyana qoşuldu.


Lakin kəndlilərin, bu zaman Turinkiyaya da keçən, antifeodal hərəkatının genişlənməsi qonşu feodalları qorxuya saldı.Onların başçıları kralla danışıqlar zamanı (1074-cü ildə) kəndlilərin hesabına güzəştə getdilər.Saksoniya feodal atlı qoşunları Lankenzals yaxınlığındakı həlledici vuruşmada (1075) piyada kəndli dəstələrini məhv olmaq təhlükəsi qarşısında qoyub döyüş meydanından qaçdı.IV Henrix üsyançı kəndli dəstələrinə amansızcasına divan tutdu.Əyanlarla isə o, sülh bağladı.Otton Northeymlini Saksoniyada özünə canişin təyin etdi.1073-1075-ci illər üsyanının məğlub olması nəticəsində azad Sakson kəndliləri asılı və təhkimli feodal kəndliləri vəziyyətinə düşdülər.


Almaniya imperatorlarının kilsə siyasətinin iflasa uğraması.

Papalıq investitura uğrunda mübarizədə özünə Klüni hərəkatında dayaq tapdı.Bu hərəkat hələ X əsrdə kilsə daxilində meydana gəlmiş və Fransa Burqundiyasında Klüni monastrlarında başladığı üçün belə adlanırdı.Klüni hərəkatı kilsəni qüvvətləndirməyi, onun mənəvi nüfuzunu qaldırmağı qarşısına məqsəd qoymuşdu.Bu hərəkat, bir tərəfdən dünyəvi feodalların kilsə torpaqlarını zəbt etmələrinə və kilsə üzündə öz qəyyumluqlarını bərqərar etmələrinə qarşı dura bilmək üçün, digər tərəfdən isə kilsənin təhkimli halına salınmış kəndlilərin müqavimətini qıra bilməkdən ötrü kifayət qədər qüvvətli üçün kilsə təşkilatını mütəşəkkil hala salmağa çalışırdı.


Klünçilər kilsənin (ruhanilərin getdikcə artan "dünyəviləşməsi" nəticəsində sarsılan : məni nüfuzunu qaldırmağa , kilsə intizamını möhkəmləndirməyə, dağınıq kilsə təşkilatlarını birləşdirməyə qabil qüvvəli rahiblikdə görürdülər.Onlar ruhanilərin subay qalması haqqında kilsə qayasına ("selibat") ciddi əməl olunmasını təkəb edirdilər.Çünki evli ruhanilər ailə və varislərinə mal-dövlət toplamaq qayğıları içərisində itib-batdıqları üçün kilsənin mənafeyi ilə maraqlanmırdılar.Klüniçilər, həmçinin kilsə vəzifələrinin satılmasına ("simoniya") və xüsusən kilsənin dünyəvi hakimlərdən asılı hala düşməsinə qarşı çıxırdılar.Papalar da elə bundan istifadə edib imperator hakimiyyətinə qarşı Klüni hərəkatına arxalanmağa çalışırdılar.


Klüni hərəkatı alman ruhaniləri içərisində geniş yayılmışdı ki, bu da ölkə daxilində mərkəzdən ayrılmağa çalışan qüvvələrin mövqeyini möhkəmləndirirdi.Klüni tələblərinin qatı tərəfdarı rahib Hildebrand idi.O, faktiki olaraq, bir çox illər ərzində papalığın işlərinə rəhbərlik etmişdi.1059-cu ildə Lateran kilsə yaxınlığında (Romada) papa seçilməsinin yeni qaydası müəyyən olundu.Yığıncağın qərarına əsasına papanın xarici təsir olmadan kardinallar- öz dini rütbələrini papadan almış ali kilsə əyanları seçməli idilər.Bu qərar imperatorun papa seçkilərinə müdaxilə etmək cəhdinə qarşı çevrilmişdi.Lateran kilsə yığıncağı, həmçinin, yepiskop və abbatların dünyəvi investituralarına qarşı da çıxdı.1073-cü ildə Hildebrand VII Qriqori adı ilə papa seçildi və özünün kilsəni möhkəmləndirmək məramnaməsini əməli olaraq yerinə yetirməyə başladı.O öz fikrincə düzgün olmayaraq təyin olunmuş bir neçə alman yepiskopunu vəzifələrindən kənar etdi.


IV Henrix Saksoniya üsyanını yatırdıqdan sonra VII Qriqorinin alman ruhanilərini özünə tabe etmək və onların kral hakimiyyəti ilə əlaqəsini zəiflətmək cəhdlərinə qarşı qətiyyətlə çıxış etdi.O, 1076-cı ildə ali alman ruhanilərinin Vorms yığıncaqlarında VII Qriqorinin vəzifədən devrildiyini elan etdi.Buna cavab olaraq VII Qriqori IV Henrixi kafir elan etdi və onu kral rütbəsindən , kral təbəələrini isə öz hökmdarlarına and içməkdən azad etdi.Buna cavab olaraq VII Qriqorinin bu hərəkətlərinə Almaniyada iri alman feodalları- təkcə dünyəvi feodallar deyil , həm də bir çox yepiskop və abbatlar o saatdaca cavab verdilər.Bu onlardan ötrü mərkəzdənayrılma çıxışları üçün əlverişli bəhanə idi.Cənubi alman feodal əyanları krala qarşı əsl müharibəyə başladılar.Saksoniya feodalları yenidən üsyana qalxdılar.


IV Henrix VI Qriqori qarşısında təslim olmağa məcbur oldu.1077-ci ilin yanvarında o özünü kiçik bir məiyyəti ilə birlikdə papa ilə görüşmək üçün İtaliyaya yola düşdü.Alp dağını çətinliklə aşdıqdan sonra IV Henrix bu zaman Kanossa qəsrində (Şimali İtaliya) olan VII Qriqori ilə görüşə nail olmağa çalışdı.Salnaməçilərin məlumatına görə IV Henrix bütün kral rütbəsi nişanlarını çıxarıb, əyaqyalın və ac halda üç gün səhərdən axşamacan qəsrin qarşısında gözlədi.Nəhayət o, papanın yanına buraxıldı və diz çöküb bağışlanılmasını xahiş etdi.


Lakin Henrixin itaəti yalnız hiylə idi.Belə ki, o, papa tərəfindən bağışlanıldıqdan sonra Almaniyada öz vəziyyətini bir qədər möhkəmləndirib yenidən VII Qriqoriyə qarşı çıxdı.İmperiya və papalığın hələ bundan sonra da uzun müddət gah bu, gah da digər tərəfin müvəffəqiyyəti ilə keçən mübarizəsi Vorms sazişinin bağlanması (1122) ilə sona yetdi.IV Henrixin oğlu və varisi V Henrixlə papa II Kallikst arasında bağlanmış bu saziş yepiskop seçilmək qaydasını tənzim etdi.

Vorms sazişi yepiskop seçilməsində imperiyanın ayrı-ayrı vilayətləri üçün müxtəlif seçki sistemi müəyyən etdi.Bundan sonra Almaniyada yepiskopu ruhanilər seçməli idilər.Seçkidə imperator iştirak etməli idi.Yepiskop yerinə bir neçə namizəd olduqda həlledici söz imperatora məxsus idi.İmperator dünyəvi investitura həyata keçirilməli - yepiskopluq torpaqları üzərində hakimiyyət rəmzi olan hökmdar əsasını təqdim etməli idi.Dünyəvi investituradan sonra ruhani investitura gəlirdi: papa və ya onun nümayəndəsi yepiskopa ruhani hakimiyyət rəmzi olan üzük və əsa verirdi.İtaliya və Burqundiyada isə yepiskop seçkiləri imperator və ya onun nümayəndəsinin iştirakı olmadan keçirilməli idi.Yeni yepiskop seçildikdən və papa tərəfindən təsdiq olunduqdan yalnız altı ay sonra imperator yepiskopa hökmdar əsası verirdi.Beləliklə, imperator investiturası xalis formal hadisəyə çevrilirdi.Vorms sazişi İtaliya və Burqundiyada imperiya kilsə sistemini dağıtdı.Almaniyada isə Otton kilsə siyasətinin başlıca prinsiplərinə zidd olan qarşılıqlı güzəştə əsaslanan qayda qoyuldu.XII əsrdə Almaniyada mərkəzi dövlət hakimiyyəti zəifləyir, uzunsürən feodal dağınıqlığı dövrü başlayır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin