Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə79/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   75   76   77   78   79   80   81   82   ...   263
Orta srlr tarixi S D Skazkin

İngiltərə XI əsrin ortalarınadək.


Britaniyada anql-sakson krallıqları və feodallaşma prosesinin xüsusiyyətləri.

Anql-saksların işğal etdikləri Britaniya ərazisində (bu ərazi də sonralar,əslində İngiltərə oldu) V əsrin ikinci yarısından VII əsrin əvvəlinədək olan dövrdə bir neçə anql-sakson barbar krallığı meydana gəldi: Yutlar tərəfindən yaradılan Kent krallığı - uzaq cənub- şərqdə , Uesseks





  • adının cənub və cənub-(şərqdə) , Nortumbriya (şimalda) və Mersiyanı isə ölkənin mərkəzində) başlıca olaraq anqllar yaratmışdılar.

Britaniyanın qırılıb qurtarmaqdan xilas ola bilmiş kelt əhalisinin müəyyən hissəsi istilaçılarla- qədim almanlarla qaynayıb qarışdılar.İkincilik xalqının etnik tərkibində kelt ünsürü belə daxil oldu.


Anql – sakson krallıqlarında feodalizm quruluşunun yaranması bəzi xüsusiyyətlərə malik idi. Onalrdan ən mühümləri – icma qaydalarının nisbətən möhkəm olması, allodun franklara nisbətən daha gec meydana gəlməsi və azad kəndlilərin aradan qalxması və iri feodal torpaq sahibliyinin yaranması prosesinin nisbətən ləng getməsi idi. Bu xüsusiyyətlər Britaniyanın nusbətən zəif romalaşmasının, Roma rəsiri qalıqlarını xeyli dərəcədə məhv etmiş anql – sakson işğalının dağıdıcı xarakterinin və Britaniyaya köçmüş anql, saks, yut və friz tayfalarının Roma Qaliyyasında məskunlaşmış franklar, vestqotlar və ya burqundlara nisbətən ictimai – iqtisadi infişafın nisbətən daha aşağı səviyyəsində olmasının nəticəsi idi. Onlrdan fərqli olaraq anql – sakslar və yutlar Britaniyanın istila olunmuş vilayətlərində əhalinin əsas kütləsini təşkil edirdilər və burada feodal münasibətlərinin inkişafı dağılmaqda olan ibtidai icma quruluşunun daxili təkamülü yolu ilə gedirdi.


VI – VII əsrlərin Britaniya anql – sakson “qanunları” ndan məlumdur ki, onların üstünlük təşkil edən məşğulliyəti əkinçilik idi. Lakin təsrrüfatda maldarlıq da böyük rol oynayırdı.Balıqçılıq, ovçuluq və meşə meşə sərvətləri, bəzi yerlərdə isə duz, dəmir, qurquşun çıxarılması da az əhəmiyyətə malik deyildi.

Anql – sakslar torpağı, adətən, 4 və 8 öküz qoşulmuş ağır kotanla şumlayırdılar. Bəzən nisbətən yüngül – bir cüt öküz qoşulmuş kotandan da istifadə olunurdu. İkitarlalı əkin sistemi xeyli yayılmışdı. Payızlıq buğda, çovdar, arpa, yulaf, paxla və noxud becərilirdi. Ayrı – ayrı sahibkarlara məxsus əkin sahələri adda – budda şəkildə bir – birinə qarışmış halda idi; adətən ətrafında çəpər çəkilirdi; məhsul yığımından sonra çəpərlər götürülür və sahələr bütün kəndin ümumi istifadəsinə verilir. İcmanın mal – qarası üçün ümumi örüşə çevrilirdi. İlk əvvəl anql – sakson cəmiyyətinin əsasını icma üzvü olan azad kəndlilər – kerllər təşkil edirdilər. Onlar icmanın hüdudları daxilində qayda adlanan (il ərzində 4 cüt öküz qoşulmuş bir kotanla çevrilməsi mümkün olan torpaq sahəsi (xeyli böyük əkin sahələrinə malik idilər.Bu birlikdə təsrrüfatçılıq edən böyük ailənin torpaq payı idi.Hər bir təsrrüfatın icmanın ümumi istifadəsində qalan biçənəklər, otlaqlar, boş yerlər, neşələr və s.dən də istifadə etmək hüququ vardı.VII əsrin ortalarına qədər anql – sakslarda kiçik, fərdi ailə hələ hökmranlıq etmirdi. Əkinçilik icmasından qonşuluq icmasına keçid başa çatmamışdı.


İcma üzvlərinin malik olduğu torpaqlar, uzun müddət,sərbəst surətdə özgəninkiləşdirilə bilən (allod tipli) mülkiyyətə çevrilmədi. Bu torpaq ancaq icma qaydaları və qohum qrupun (dha doğrusu böyük ailənin) bütün üzvlərinin hüquqları dairəsində sərəncan vermək olardı. Nisbətən sonrakı dövrün sənədlərində adət hüququna, icma hüququna, əsaslanan belə torpaq mülkü “folklend” adlanır. Folklend ana xetti ilə keçə və özgələrə verilə bilməzdi. Onu vəsiyyət etməkdə olmazdı.Folklendə sərəncam olunmasındakı məhdudiyyətlər İngiltərə torpaq mülkiyyətinin inkişafını ləngidirdi. Nisbətən davamlı icmanın qalması feodallar tərəfindən təhkimliləşdirilməyə qarşı mübarizədə azad kəndlilərin qüvvələrini gücləndirirdi ki, bunun özü də, həmçinin, feodallaşma prosesini ləngidirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin