Anql –sakslarda erkən feodal dövləti
Anql – saks krallıqlarının başında onların yarandıqları vaxtdan etibarən kral dururdu. Lakin Britaniyanın işğalından sonrakı ilk dövdə anql – saksların yerli idarəçilik təşkilatının əsasında azad kənd icması quruluşu dayanırdı. Kəndin azad sakinləri kənd yığıncaqlarına toplanır, özlərinin təsərrüfat və başqa icma məsələlərini həll edirdilər.
Anql – sakslarda yüzlük adlanan müəyyən mahala daxil olan kənd icmalarının nümyəndələri yüzlük yığıncaqlarına toplanır, burada yüzbaşı seçirdilər. Yüzbaşı yüzlünün işlərini idarə edirdi. Yüzlük yığıncaqlarında, başlıca olaraq, yüzlüyə daxil olan müxtəlif kəndlərin sakinləri arasında qalxmış məhkəmə işlərinə baxılırdı.
Feodal münasibətlərinin inkişafı ilə kənd icması və kənd yığıncağı, getdikcə daha çox, qlaforddan və ya onun darğasından asılı hala düşürdü. Yüzlük yığıncağında isə azad kerllərin seçki ilə müəyyən olunan nümayəndələrini yüzlüyün ən iri və nüfuzlu torpaq sahibləri, habelə ağsaqqal, keşiş və dörd nəfər ən varlı kəndlinin şəxsində kəndin rəsmi nümyəndələri əvəz etdilər.Yüzlüyün başçısı – yüzbaşı zaman keçdikcə kral məmuruna çevrilirdi.
Anql – saksların xalq yığıncaqları, yəqin ki, əvvəllər hər bir anql – sakson krallığının o zamn azad icma üzvü olan öyüşçülərinin yığıncağı idi. IX əsrdən bu yığıncaqlar ancaq hər bir
krallığın iri inzibati mahalları – skirlər (və ya şayrlar) miqyasında toplanırdı. Sonralar bu mahallar qraflıq adlanmağa başladı. Əvvəllər bu yığıncaqlarda nəsli – tayfa əyanlarının nümayənələri həlledici rol oynayırdılar ki, bunun da başında eldormen durudu. Sonralar kralhakimiyyətinin inkişafı nətivəsində eldormen kral məmuru – skirqerefa (şayr – rib, daha sonralar işlədilən (şerifsözü bundan əmələ gəlmişdir) ilə əvəz olundu. Bu vaxtdan məsələlərin həllində skirin yalnız ən əsilzadə və ən qüdrətli adamları – iridünyəvi torpaq sahibləri,habelə yepiskop və abbatlar iştirak edirdilər. Lakin bütövlükdə,erkən anql – sakson feodal dövlətləri siyasi quruluşunun xüsusiyyəti icma idarə formalarınn uzun müddət qalması və onların feodal dövləti orqanlarına gec çevrilməsidir.
Dostları ilə paylaş: |