Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XI əsrin ikinci yarısının siyasi böhranı.İnvestitura uğrunda mübarizələrin başlanmsı



Yüklə 3,06 Mb.
səhifə77/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   73   74   75   76   77   78   79   80   ...   263
Orta srlr tarixi S D Skazkin

XI əsrin ikinci yarısının siyasi böhranı.İnvestitura uğrunda mübarizələrin başlanmsı.

Yeni Frankoniya sülaləsinin (1024-1125) ilk kralları - II Konrad və III Henrix mərkəzi hakimiyyəti yeni ictimai şəraitə uyğunlaşdıraraq onun mövqeyini saxlamağa cəhd göstərdilər.Beə ki, II Konrad fövqəladə dərəcədə qüvvətlənmiş dünyəvi və ruhani iri sahibkarlara qarşı çoxlu feodallar təbəqəsinə arxalanmağa çalışdı.Bunun üçün o, senyorlarla vassallar arasındakı münasibətlərə müdaxilə edirdi.





  1. Konrad senyorlara vassalların torpağını özbaşına müsadirə etməyi qadağan etdi.III Henrix, artıq, imperiya monastlarında kifayət qədər dayağı olmadığı halda, yeni - ayrı-ayrı feodalların tabeçiliyində olan "xüsusi monastrların rahibləri ilə yaxınlaşmağa çalışdı, onların himayəsi rolunda çıxış etdi.Lakin bu tədbirlər Almaniya vilayətlərində olduğu kimi, bütövlükdə

imperiyaya da siyasi böhranın qarşısını ala bilmədi.Böhran IV Henrix (1056-1106) hakimiyyətinin 15 ili ərzində - kralın həddi-büluğa çatmadığı dövrdə surətlə artdı.Məhz bu zaman papalıqla onu müdafiə edən qüvvətli italiyan feodalları qrupu və bir sıra İtaliya şəhərləri ilə qüdrətli alman dünyəvi feodalları arasında qəti olaraq ittifaq yarandı.


Siyasi böhran XI əsrin 70-ci illərində imperatorla papa arasında investitura üstündə açıq və şiddətli mübarizəyə çevrildi.İnvestitura, yuxarıda deyildi kimi, ümumiyyətlə torpaq mülkünə gətirmə hissəsinə - senyorun öz vassalına feod verməsinə deyilirdi.Yepiskop və abbatlarla əlaqədar olaraq investitura hadisəsinə təkcə yeni yepiskop və ya abbata torpaq mülkləri və müvafiq kilsə müəssəsinin (yepiskopluq və ya abbatlığın) asılı əhalisi üzərində idarəçiliyin verilməsi deyil, həm də onların rütbəsinin təcrid olunması daxil idi ki, bunun əlaməti olaraq


onlara üzük və əsa verilirdi.İnvestitura hüququ, mahiyyət etibarilə, ruhanilərin seçmiş olduqları yepiskop və abbatları öz vəzifələrinə təyin etmək hüququ demək idi.

I Ottondan başlayaraq imperator yepiskop və abbatların investituralarını özləri həyata keçirir və bunda öz hakimiyyətlərinin ən mühüm dayaqlarından birini görürdülər.Əvvəllər belə qayda ilə razılaşan papalar, XI əsrin ikinci yarısında, ali ruhanilər- yepiskop və abbatlarla əlaqədar olaraq imperatorlara məxsus investitura hüququna iddia etməyə başladılar.İmperiyanın bütün hissələrini əhatə edən bu mübarizədə feodalizm cəmiyyətinin müxtəlif sinifləri və ictimai qrupları üçün mühüm əhəmiyyəti olan ictimai-iqtisadi məsələlərin bütöv bir kompleksi- kilsə işlərində imperatorun ya papanın birinci olması, Almaniyada erkən feodal monarxiyasının aqibəti, alman feodalizm cəmiyyətinin sonrakı siyasi inkişafının əsasları, Almaniya ilə imperiyanın İtaliya və Orta İtaliya şəhərlərinin gələcək inkişafı məsələləri həll olunurdu.Mübarizəyə feodalizm cəmiyyətinin həm yuxarı dairələri, həm də aşağı kütlələri cəlb olunurdular.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin