Danimarka basqınlarının yenidən başlanması
əsrin sonlarında, bu zaman üçün təkcə Danimarkanı deyil, həm də Skandinaviya yarımadasının cənub hissəsini öz hakimiyyətləri altında birləşdirən Danimarka kralları yenidən İngiltərəyə basqın etməyə başladılar və 1016-cı ildə burda Danimarka krallarının hakimiyyətini bərqərar etdilər. Kral Knut (1016-1035) eyni zamanda İngiltərə, Danimarka və Norveç kralı
oldu. İri anql – sakson toraq sahiblərinin şəxsində özünə dayaq tapmağa çalışan Knut onların vaxtı ilə əldəetdkləri imtiyaz və hüquqların bir çoxunu təsdiq etdi.
İngiltərədə Danimarka ağalığı möhkəm olmadı. Danimarka dövlətindəki daxili çəkişmələrdən istifadə edən anql – sakslar yadelli zülmünə qarşı mübarizəni davam etdiririlər. Knutun ölümündən sonra, çox çəkmədən, böyük Danimarka dövləti dağıldı. İngilis taxtına əski anql – sakson sülaləsinin nümayəndəsi Mömün Eduyard (1042-1066) əyləşdi.
İnkişaf etmiş orta əsrlər XI – XV əsrlərdə
ORTA ƏSR ŞƏHƏRLƏRİNİN YARANMASI VƏ İNKİŞAFI, ONLARIN FEODALİZM CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Erkən feodalizm dövründən inkişaf etmiş feodalizm dövrünə keçid üçün şərait curətlə sənət və mübadiləmərkəzlərinə çevrilən şəhərlərinyaranması və inkişafı nəticəsində yaranmışdı. Bu kefiyyət etibarilə, feodalizm cəmiyyətində onun iqtisadiyyatı, siyasi quruluşu və mənəvi həyatına mühüm təsir göstərən yeni hadisə idi. Buna görə də Qərbi Avropa ölkələrinin çoxunda, artıq əsasən, şəhərlərin yarandığı dövr – XI yüzillik erkən orta əsrlərlə (V-XI) feodalizmin daha tam inkişaf etdiyi dövr (XI-XV) arasında robolaji cərhəddir.
Erkən orta əslər dövründə natural təsərrüfatın hökumranlığı
Qərbi Avropada orta əsrlərin ilk yüzillikləri natural təsərrüfatın, demək olar, şəriksiz hökumranlığı ilə səciyyə olunurdu. Kəndli ailəsi təkcə öz ehtiyacını ödəmək üçün deyil, feodala töyçü vermək üçün lazım olan bütün kənd təsrrüfatı məhsulları və sənətkarlıq məmulatını, əmək alətləri və geyim şeylərini də özü ishetsal edirdi.Kənd əməyinin sənətlə birləşmiş olması natural təsrrüfatın səciyyəvi xüsiyyəti idi. İxatisaslaşmış sənətkarların yalnız kiçik bir hissəsi, adətan həyat – baca işçiləri sifəti ilə, iri feodalların malikanələrində yaşayırdılar. Sayca çox olmayan kənd sənətkarları – dəmirçilər, dulusçular, dabbaqlar sənətlə yanaşı kənd təsrrüfatı ilə də məşğul olurdular.
Məhsul mübdiləsi olduqca cuzi idi. Başlıca olaraq bəzi yerlərdə hasil edilən, lakin təsrrüfat üçün vacib olan mallarla – dəmir, qalay, mis, duz və n. a.ilə, habelə o zaman Avropada istehsal olunmayan və Şərqdən gətirilən zinət şyləri ilə - ipək parçalar, bahalı zərgərlik məmulatı, qəşəng işlənmiş silah, ədviyyat şeyləri və s. ilə ticarət edilirdi. Bu ticarətdə gəzərki həyat keçirən tacirlər, ən çox əcnəbi tacirlər (bizanslılar, ərəblər, suriyalılar, yəhudilər və b.) başlıca rol oynayırdılar. Xüsusi olaraq satış üçün nəzərdə tutulmuş kəndtəsərrüfatı məhsulları və sənətkarlıq məmulatı istehsalı yəni əmtəə istehsalı Qərbi Avropanın cox hissəsində, demək olar inkişaf etməmişdi. Əski Roma şəhərləri tənəzzülə uğramış, iqtisadiyyat aqrarlaşmışdı.
Erkən orta əsrlər dövründə, başlıca olaraq, boş qalmış və yarıdağıdılmış Roma şəhərlərinin (Milan, Flopensiya, Bolanya,Neopal, Amalfi, Paris, Lion, Arl, Köli, Mayis, Stasburq, Trip, Auqcburq, Vyana, London, Jork, Çester, Qloster və b.) yerində şəhər tipli məskənlər qalmışdı. Lakin onların çox hissəsi ya inzibati mərkəzlər, ya möhkəmləndirilmiş məntəqələr ( qalalar – “burqlar” ), ya da kilsə mərkəzləri ( arxiyepiskol, yepisqol və s. iqamətkarları) idilər. Lakin bu dövrdə şəhərlər hələlik sənət və ticarət mərkəzlərinə çevrilmişdilər. Onların cuzi miqdarda əhalisi, adətən, kənd sakinlərindən heç nə ilə fərqlənmirdilər.Bir çox şəhərlərdə meydanlar və boş yerlərdən əkin yeri, otlaq kimi istifadə olunurdu. Erkən orta əsr şəhərində yaşayan sayca çox olmayan sənətkar və tacirlər əsasən, ancaq həmin şəhərin sakinlərinə xidmət edir, ətraf kəndlərə nəzərə çarpacaq təsir göstərmirdilər. Şəhər tipli məskənlər ən çox Avropanın daha çox romalaşmış vilayətlərində - İtaliya,Cənubi Qalliya, vestqot, sonra isə ərəb İspaniyası, habelə bizansda qalmışdı. Hərçənd bu vilayətlərin özündə də VI-VIəsrlərdə şəhərlər tənəzzülə uğramışdı. Lakin onların bəziləri, hər halda, yenə də çox əhalili idilər. Bu şəhərlərdə ixtisaslaşmış sənətkarlıq, daimi bazarlar qalmaqa idi. Xüsusilə İtaliya və Bzansda ayrı – ayrı şəhərlər Şərqlə iri vasitəçi ticarət mərkəzləri idilər. Lakin, hətta bu vilayətlərin özündə də şəhərlər feodalizmin meydana gəlməsinə müəyyənedici təsir göstərirdi. Avropa qitəsinin çox hissəsində isə şəhər tipli məskənlərə nadir halda təsadüf olunurdu. Onların əhalisi az idi və bir o qədər nəzərə çarpacaq iqtisadi əhəmiyyətə malik deyildilər.Qərbi avropa bütovlükdə, öz inkişafına görə yüksək tərəqqi etmiş sənəkarlıq
məhsulları istehsalı və qızğın ticarətəmalik olan çoxlu şəhərlərin çiçəkləndiyi Şərqdən, hətta Bizansdan da geri qalırdı.
Dostları ilə paylaş: |