Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərin – sənət və ticarət mərkəzlərinin yaranması



Yüklə 3,06 Mb.
səhifə86/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   82   83   84   85   86   87   88   89   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərin – sənət və ticarət mərkəzlərinin yaranması

Şəhərlərin yaranmasının konkret tarixi yolları olduqca rəngarəngdir. Kənndən cıxıb gedən və qaçan kəndlilər – sənətkarlar sənətlə məşğul olmaq üçün əlverişli şəarit olmasından asılı olaraq müxtəlif yerlərdə məskən salırdılar. Bəzən, belə yerlər, xüsusuilə İtaliya və Cənubi Fransada Erkən orta əsrlərin inzibati, hərbi və kilsə mərkəzləri olur, çox vaxt, əski roma şəhərlərində yerləşirdilər. İndi bu əki şəhərlərdə yeni həyat dirçəlir, lakin başqa tipli – feodal


tipli şəhərlər əmələ gəlirdi. Həmin məntəqələrin bir çoxu möhkəmləndirilirdi ki, bu da sənətkarlar üçün zəruri olan təhlükəsizliyi təmin edirdi.

Həmin mərkəzlərdə xeyli əhali – qulluqçuları və çoxlu məiyyətləri ilə birlikdə feodalların, ruhanilərin, kral hakimiyyəti və yerli idarəçilik nümayəndələrinin və b-nın toplanması isə burada sənətkarlara öz məmulatlarını satmaqdan ötrü əlverişli şərait yaradırdı. Lakin çox vaxt, xüsusilə Şimal – Qərbi və Mərkəzi Avropada sənətkarlar böyük feodalmülklərinin, Votçinaların, malikanələrin, qəsirlərin yaxınlığında, mopastır, divarlarının dibində məskən salırdılar. Bu yerlərdə yaşayanlar monastıra gələn mömünlər və ziyarətçilər onların mallarının istehlakçısı ola bilərdi. Sənətkarlar əskidən ənənəvi bazar yerləri olan mühüm yolların qovşağında yerləşən yaşayış məntəqələrində, çay bərələri və körpülərin yanında, çay ağızlarında, gəmilərin dayanması üçün əlverişli olan buxta və körpəzlərin sahillərində və b. yerlərdə də məskən saldılar. Xeyli əhali sənətkarlıq istehsalı cəmləşdikdə belə “ kiçik bazar yerləri (bəzi ölkələrdə bunlar “port” adlanırdı) də,həmçinin şəhərlərə çevrilirdilər.


Şəhərlər Qərbi Avropanın ayrı – ayrı vilayətlərində müxtəlif sürətlə artırdı. Şəhərlər sənət və ticarət mərkəzləri kimi hər yerdən tez – IX əsrdə İtaliyadameydana gəldilər (Venesiya, Kenuya, Piza Florensiya, Bari, Neapol, Amalfi): Xəsrdə isə Fransanın cənubunda şəhərlər yarandı (Marsel, Arl, Narbon, Moipelye, Tuluza və b). Ehtimal ki, bu vilayətlərdə inkişaf etmiş sinifli cəmiyyətin (Roma imperiyası) başqa yerlərə nisbətən, daha tez feodal münasibətlərinin inkişafı əsasında məhsuldar qüvvələrin tərəqqi etməsi sənətin kənd təsrüüfatından ayrılmasına, habelə kənddə sinfi mübazənin kəskinləşməsinə və təhkimli kəndlilərin kütləvi surətdə feodal torpaqlarından qaçmasına gətirib çıxartdı.


İtaliya və Cənubi Fransa şəhərlərinin erkən meydana gəlməsi və inkişafına təsir göstərənamillərdən biri İtaliya və Cənubi Fransanın Bzansla və o zaman daha inkişaf etmiş Şərq ölkələri ilə ticarət əlaqələri idi. Nəhayət, burada çoxlu Roma şəhərləri və qalaları qalıqlarının olması da müəyyən rol oynamışdı. Çünki qaçqın kəndlilər insan yaşamayan yerlərə nisbətən bu şəhər və qala qalıqlarında daha əsaslıqla özlərinə yurd, sığınacaq, ənənəvi bazarlar, Roma bələdiyyə hüququnun qalıqlarını tapa bilərdilər. X-XI əsrlərdə Şimalı Fransa, Niderland, İngiltərə və Almaniyada (Reyn boyunca və Dunayın yuxarı boyunca) da şəhərlər meydana gəlməyə başladı. Flandriya şəhərləri – Brukke, İpr, Kent, Lnll, Arras və b. Zərif mahud istehsalı ilə şöhrətlənirdilər. Onlar Avropanın bir çox ölkələrinin həmin mahudla təmin edirdilər. Bu vilayətlərdə yalnız bəzi şəhərlər əski şəhərlərin (Roma şəhərlərinin) yerində meydana gəlir. Çoxu isə yeni yaranırdı.


Sonralar – XII-XIII ədrlərdə Reynarxası Almanıyanın şimal ucqarlarında və daxili vilayətlərində, Skandinaviya ölkələrində, habelə İrlandiya, Macaristan və Dunay kiyazlıqlarında, yəni feodal münasibətlərinin daha ləng inkişaf etdiyi yerlərdə də feodal şəhərləri artmağa başladı. Burada bütün şəhərlər, bir qayda olaraq, “kiçik ticarət yerləri” və “port” lardan yaranmış təzə şəhərlər idi.Qərbi və Mərkəzi Avropada şəhərlər qeyri – bərabər şəkildə yayılmışdı. Şımalı və Orta İtaliyada, habelə Flandriya və Brabantda şəhərlər xüsusilə sıx idi. Lakin başqa ölkələr və regionlarda da,xırda şəhərciklər də daxil olmaqla, şəhərlərin sayı o qədər idi, kəndli bir gün ərzində onlardan hər hansı birinə gedib çata bilərdi.


Bu və ya digər şəhərin yarandığı yer, vaxt və konkret şəraitnə qəfər müxtəlif olsa da o, həmişə bütün orta əsrlər Avropası üçün ümumi olan iqtisadi prosesin – sənətlə əkinçilik arasında ictimai əmək bölgüsünün və bu əsas üzərində əmtəəistehsalı və mübadilənin inkişafının nəticəsi idi.


Bu proses üzərindən xarakterə malik idi və feodalizm ixtimai formasiyası çərçivəsində başa çatmamışdı. Lakin X-XIII əsrlərdə bu proses xüsusilə intensiv şəkildə keçdi və feodalizm cəmiyyətinin inkişafında mühüm keyfiyyət irəlilişinə gətirib çıxartdı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin